UEFA Çempionlar Kuboku 1957/1958 Haqqinda Melumat - Vikipedia

UEFA Çempionlar Kuboku 1957/1958 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

UEFA Çempionlar Kuboku 1957/1958

Avropanın əsas futbol yarışı UEFA Çempionlar Kubokunun 3-cü mövsümü

UEFA Çempionlar Kuboku 1957/1958 — Avropanın əsas futbol yarışı UEFA Çempionlar Kubokunun 3-cü mövsümü. Turnirin finalında İtaliyanın "Milan" klubunu əlavə vaxtda (90 dəqiqədən sonra hesabı 2–2 idi) məğlub edən İspaniyanın "Real Madrid" komandası qalib olmuşdur. Bu Madrid klubunun turnirdə ard-arda qazandığı 3-cü çempionluğu idi. Bununla birlikdə, 1957/1958 mövsümü "Mançester Yunayted" klubunun 8 oyunçusu öldüyü faciəli Münhen aviasiya qəzası ilə yadda qaldı; oyunçular Belqrad şəhərində keçirilən və 3–3 hesablı bərabərliklə bitən "Srvena Zvezda" ilə dörddəbir final mərhələsinin cavab oyunundan qayıdırdılar. İngiltərə çempionu yarımfinalda İtaliyanın "Milan" klubuna məğlub olaraq turniri tərk etdi.

UEFA Çempionlar Kuboku 1957/1958
1957/1958 Avropa Kuboku
1957/1958 Avropa Çempionları Kuboku
Yarış məlumatları
Tarix 4 sentyabr 1957 – 28 may 1958
Başlama tarixi 4 sentyabr 1957
Bitmə tarixi 28 may 1958
Komanda sayı 24
Yekun nəticəsi
Çempion İspaniya Real Madrid (3-cü dəfə)
İkinci İtaliya Milan
Yarış statistikası
Oyun sayı 48
Qol sayı 189 (matç başına: 3.94)
Tamaşaçı sayı 1906185 matç başına: 39712
Mükafat sahibləri
Bombardir(lər) İspaniya Alfredo Di Stefano (10 qol)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Turnirdə ilk dəfə İrlandiya, Şimali İrlandiyaŞərqi Almaniya təmsilçiləri iştirak etdilər, Türkiyə isə yarışa heç bir klubunu göndərə bilmədi, çünki Türkiyə FF "Beşiktaş"ı püşkatma üçün qeydiyyata almağa gecikdi.[1] "Sevilya" son çempionatda ikinci yeri tutmasına baxmayaraq, turnirə dəvət aldı, çünki İspaniya çempionu "Real Madrid" turnirin son qalibi kimi avtomatik iştirak edirdi; iki İspaniya təmsilçisi 1/4 finalda qarşılaşdılar, bu da yarışda ilk hal idi ki. eyni ölkənin iki təmsilçisi bir-birinə qarşı oynuyurdular.

"Şemrok Rovers", "Stad Düdelanj", "Vismut Karl Marks Ştadt", "Sevilya", "Benfika", "Vaşaş", "Qlenavon", "Sent-Etyen", "Yanq-Boyz", "OME Buxarest", "Royal Antverpen", "Dukla Praqa" və "Ayaks" turnirdə ilk dəfə iştirak edirdlərsə, "Rapid Vyana" və "Real Madrid" üçün bu üçüncü idi.

İlkin mərhələ redaktə

23 iyul 1957-ci ildə Fransa Futbol Federasiyasının Parisdəki mənzil-qərargahında ilkin mərhələnin püşkü atıldı.[2] Son çempion kimi "Real Madrid" avtomatik yer qazandı, qalan 23 klub isə coğrafi olaraq üç səbətə qruplaşdırıldı. Hər səbətdə çıxan ilk dörd klub və birinci səbətdəki daha dörd klub sentyabr ayında ilkin mərhələdə oynamalı idilər, digər klublar isə avtomatik olaraq növbəti mərhələyə keçirdi.

1-ci səbət
Qərbi Avropa
2-ci səbət
Mərkəzi Avropa
3-cü səbət
Şərqi Avropa
Püşk 1-ci oyun

İrlandiya  Şemrok Rovers

Yuqoslaviya  Srvena Zvezda

Polşa  Qvardiya Varşava

İngiltərə  Mançester Yunayted

Lüksemburq  Stad Düdelanj

Şərqi Almaniya  SK Vizmut Karl Marks Ştadt

2-ci oyun

İspaniya  Sevilya

İtaliya  Milan

Bolqarıstan  XQME Sofiya

Portuqaliya  Benfika

Avstriya  Rapid Vyana

Macarıstan  Vaşaş

3-cü oyun

Danimarka  Orhus

Şimali İrlandiya  Qlenavon

4-cü oyun

Şotlandiya  Reyncers FK

Fransa  Sent-Etyen

Byes

İsveç  Norrçöpinq

İsveçrə  Yanq-Boyz

Rumıniya  OME Buxarest

Belçika  Royal Antverpen

Qərbi Almaniya  Borussiya Dortmund

Çexoslovakiya  Dukla Praqa

Niderland  Ayaks

Təqvimi iştirakçı klublar təyin etdilər və bütün matçlar 30 sentyabr tarixindədək keçirildi.

1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
XQME Sofiya Bolqarıstan  3–7 Macarıstan  Vaşaş 2–1 1–6
Reyncers FK Şotlandiya  4–3 Fransa  Sent-Etyen 3–1 1–2
Stad Düdelanj Lüksemburq  1–14 Yuqoslaviya  Srvena Zvezda 0–5 1–9
Orhus Danimarka  3–0 Şimali İrlandiya  Qlenavon 0–0 3–0
Qvardiya Varşava Polşa  4–41 Şərqi Almaniya  SK Vizmut Karl Marks Ştadt 3–1 1–3
Sevilya İspaniya  3–1 Portuqaliya  Benfika 3–1 0–0
Şemrok Rovers İrlandiya  2–92 İngiltərə  Mançester Yunayted 0–6 2–3
Milan İtaliya  6–63 Avstriya  Rapid Vyana 4–1 2–5

1 "Vismut Karl Marks Ştadt" sikkə atışından sonra növbəti mərhələyə keçdi, çünki "Qvardiya Varşava"ya qarşı keçirilən pley-off oyununda hesab 1–1 olarkən 100-cü dəqiqədə işıq projektorlarında nasazlıq yarandı.

2 Dublindəki Dalimaunt Park stadionunda projektor olmadığından oyunun axşam saatlarında başlaması üçün şərt idi ki, oyun fasiləsiz keçsiz. Nəticədə İralndiyalı futbolçular tez yoruldular və birinci hissədən sonra hesab 1–0-dan 6–0 çevrildi. Old Trafford stadionunda işıqlar altında və normal fasilə ilə keçirilən cavab oyununda hesab daha rəqabətli oldu.

3 Növbəti mərhələyə addımlamaq üçün "Milan" pley-off oyununda "Rapid Vyana"nı 4–2 hesabı ilə məğlub etdi.

Birinci raund redaktə

1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Royal Antverpen Belçika  1–8 İspaniya  Real Madrid 1–2 0–6
Norrçöpinq İsveç  3–4 Yuqoslaviya  Srvena Zvezda 2–2 1–2
SK Vizmut Karl Marks Ştadt Şərqi Almaniya  1–4 Niderland  Ayaks 1–3 0–1
Yanq-Boyz İsveçrə  2–3 Macarıstan  Vaşaş 1–1 1–2
Mançester Yunayted İngiltərə  3–1 Çexoslovakiya  Dukla Praqa 3–0 0–1
Sevilya İspaniya  4–2 Danimarka  Orhus 4–0 0–2
Borussiya Dortmund Qərbi Almaniya  5–51 Rumıniya  OME Buxarest 4–2 1–3
Reyncers FK Şotlandiya  1–6 İtaliya  Milan 1–4 0–2

1 Növbəti mərhələyə addımlamaq üçün "Borussiya Dortmund" pley-off oyununda "OME Buxarest"i 3–1 hesabı ilə məğlub etdi.

1/4 final redaktə

1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Mançester Yunayted İngiltərə  5–4 Yuqoslaviya  Srvena Zvezda 2–1 3–3
Real Madrid İspaniya  10–2 İspaniya  Sevilya 8–0 2–2
Ayaks Niderland  2–6 Macarıstan  Vaşaş 2–2 0–4
Borussiya Dortmund Qərbi Almaniya  2–5 İtaliya  Milan 1–1 1–4

Yarımfinal redaktə

1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Real Madrid İspaniya  4–2 Macarıstan  Vaşaş 4–0 0–2
Mançester Yunayted İngiltərə  2–5 İtaliya  Milan 2–1 0–4

Final redaktə

Real Madrid İspaniya 3–2 (ə.v.)İtaliya  Milan
Di Stefano Qol  74'
Rial Qol  79'
Xento Qol  107'
Hesabat Skyaffino Qol  59'
Qrilyo Qol  77'
Tamaşaçı: 70,000

Bombardirlər redaktə

Çempionlar Kuboku 1957/1958 bombardirlər siyahısı aşağıdaki kimidir:

Rank Name Team Goals
1 İspaniya  Alfredo Di Stefano İspaniya  Real Madrid 10
2 Yuqoslaviya  Bora Kostiç Yuqoslaviya  Srvena Zvezda 9
3 Macarıstan  Layoş Çordaş Macarıstan  Vaşaş 8
4 Macarıstan  Dejö Buncak Macarıstan  Vaşaş 6
Argentina  Ernesto Qrilyo İtaliya  Milan 6
6 İtaliya  Qastone Bin İtaliya  Milan 5
Uruqvay İtaliya  Xuan Alberto Skyaffino İtaliya  Milan 5
8 Yuqoslaviya  Yovan Tsokiç Yuqoslaviya  Srvena Zvezda 4
Argentina İspaniya  Ektor Rial İspaniya  Real Madrid 4
İngiltərə  Dennis Vayollet İngiltərə  Mançester Yunayted 4

İstinadlar redaktə

  1. "Turkey – List of Champions". www.rsssf.com. RSSSF. 27 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 February 2018.
  2. Corriere dello Sport, 24 July 1957.

Saytda 157 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024