UEFA Çempionlar Kuboku 1956/1957 Haqqinda Melumat - Vikipedia

UEFA Çempionlar Kuboku 1956/1957 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

UEFA Çempionlar Kuboku 1956/1957

UEFA Çempionlar Kuboku 1956/1957 — Avropanın əsas futbol klub yarışı UEFA Çempionlar Kubokunun 2-ci mövsümü. Turnirin qalibi sayca 2-ci dəfə "Real Madrid" klubu olmuşdur. Çempion, 30 may 1957-ci ildə Madrid şəhərindəki Santyaqo Bernabeu stadionunda keçirilən və 2–0 hesabı ilə bitən finalda "Fiorentina" klubunu məğlub etmişdir.

UEFA Çempionlar Kuboku 1956/1957
1956/1957 Avropa Kuboku
1956/1957 Avropa Çempionları Kuboku
Yarış məlumatları
Tarix 1 avqust 1956 – 30 may 1957
Başlama tarixi 1 avqust 1956
Bitmə tarixi 30 may 1957
Komanda sayı 22
Yekun nəticəsi
Çempion İspaniya Real Madrid (2-ci dəfə)
İkinci İtaliya Fiorentina
Yarış statistikası
Oyun sayı 44
Qol sayı 170 (matç başına: 3.86)
Tamaşaçı sayı 1836978 matç başına: 41750
Mükafat sahibləri
Bombardir(lər) İngiltərə Dennis Vayollet (9 qol)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birinci mövsüm uğurla keçdiyi üçün yarışa daha 6 ölkənin təmsilçiləri qatıldılar: Bolqarıstan, Çexoslovakiya, İngiltərə, Lüksemburq, Rumıniya və Türkiyə. İngiltərə Futbol Assosiasiyası ("FA") 1955-ci ildə "Çelsi" klubuna yarışda iştirak etməyə icazə vermədi və Çempionlar Kubokunu "diqqəti yayındıran" hesab etməyi davam etdirdi. Bununla birlikdə, FA-nın istəyinə zidd olaraq, "Mançester Yunayted" İngiltərə çempionu qismində yarışa qatıldı və beləcə Avropada oynamış ilk ingilis klubu oldu. Saarın Qərbi Almaniya ilə birləşməsindən sonra boş qalan yer əlavə olaraq son çempion "Real Madrid"ə verildi. Beləliklə İspaniya, Avropanın əsas yarışında iki klub ilə təmsil olunan ilk assosiasiya oldu.

İlkin mərhələ redaktə

29 iyun 1956-cı ildə UEFA-nın Parisdəki mənzil-qərargahında ilkin mərhələnin püşkü atıldı.[1] Klubları coğrafi cəhətdən üç səbətə ayırd etmişdilər.

1-ci səbət
Şərqi Avropa
2-ci səbət
Şimal-Qərb Avropa
3-cü səbət
Cənubi Mərkəzi Avropa
Püşk 1-ci oyun

Çexoslovakiya  Slovan UNV Bratislava

Fransa  Nitsa

Portuqaliya  Portu

Polşa  MOİK Varşava

Danimarka  Orhus

İspaniya  Atletik Bilbao

2-ci oyun

Türkiyə  Qalatasaray

Belçika  Anderlext

Qərbi Almaniya  Borussiya Dortmund

Rumıniya  Dinamo Buxarest

İngiltərə  Mançester Yunayted

Lüksemburq  Spora

Bir başa

iştirak edənlər

Macarıstan  Budapeşt Honved

Şotlandiya  Reyncers

İtaliya  Fiorentina

Avstriya  Rapid Vyana

İsveç  Norrçöpinq

İsveçrə  Qrasshopper

Bolqarıstan  XOME Sofiya

Niderland  Rapid YK

Yuqoslaviya  Srvena Zvezda

Təqvimi iştirakçı klublar təyin etdilər və bütün matçlar 1 oktyabr tarixindədək keçirildi.

1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Borussiya Dortmund Qərbi Almaniya  5–5
(pley-off 7–0)
Lüksemburq  Spora 4–3 1–2
Dinamo Buxarest Rumıniya  4–3 Türkiyə  Qalatasaray 3–1 1–2
Slovan UNV Bratislava Çexoslovakiya  4–2 Polşa  MOİK Varşava 4–0 0–2
Anderlext Belçika  0–12 İngiltərə  Mançester Yunayted 0–2 0–10
Orhus Danimarka  2–6 Fransa  Nitsa 1–1 1–5
Portu Portuqaliya  3–5 İspaniya  Atletik Bilbao 1–2 2–3

Birinci raund redaktə

1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Mançester Yunayted İngiltərə  3–2 Qərbi Almaniya  Borussiya Dortmund 3–2 0–0
XOME Sofiya Bolqarıstan  10–4 Rumıniya  Dinamo Buxarest 8–1 2–3
Reyncers Şotlandiya  3–3
(pley-off 1–3)
Fransa  Nitsa 2–1 1–2
Slovan UNV Bratislava Çexoslovakiya  1–2 İsveçrə  Qrasshopper 1–0 0–2
Real Madrid İspaniya  5–5
(pley-off 2–0)
Avstriya  Rapid Vyana 4–2 1–3
Rapid YK Niderland  3–6 Yuqoslaviya  Srvena Zvezda 3–4 0–2
Fiorentina İtaliya  2–1 İsveç  Norrçöpinq 1–1 1–0
Atletik Bilbao İspaniya  6–5 Macarıstan  Budapeşt Honved 3–2 3–31

1 İkinci oyun Brüsselin Kral Boduen stadionunda keçirilmişdir

1/4 final redaktə

1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Atletik Bilbao İspaniya  5–6 İngiltərə  Mançester Yunayted 5–3 0–3
Fiorentina İtaliya  5–3 İsveçrə  Qrasshopper 3–1 2–2
Real Madrid İspaniya  6–2 Fransa  Nitsa 3–0 3–2
Srvena Zvezda Yuqoslaviya  4–3 Bolqarıstan  XOME Sofiya 3–1 1–2

Yarımfinal redaktə

1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Srvena Zvezda Yuqoslaviya  0–1 İtaliya  Fiorentina 0–1 0–0
Real Madrid İspaniya  5–3 İngiltərə  Mançester Yunayted 3–1 2–2

Final redaktə

Real Madrid İspaniya 2–0İtaliya  Fiorentina
Di Stefano Qol  69' (pen.)
Xento Qol  75'
Hesabat

Bombardirlər redaktə

Çempionlar Kuboku 1956/1957 (ilkin mərhələ daxil olmaqla) bombardirlər siyahısı aşağıdaki kimidir:[2][3]

Yer Ad Klub Qol sayı
1 İngiltərə  Dennis Vayollet İngiltərə  Mançester Yunayted 9
2 İngiltərə  Tommi Teylor İngiltərə  Mançester Yunayted 8
3 İspaniya  Alfredo Di Stefano İspaniya  Real Madrid 7
4 Qərbi Almaniya  Alfred Praysler Qərbi Almaniya  Borussiya Dortmund 6
5 İspaniya  Xose Arteçe İspaniya  Atletik Bilbao 5
Fransa  Jak Fua Fransa  Nitsa 5
Yuqoslaviya  Bora Kostiç Yuqoslaviya  Srvena Zvezda 5
8 Fransa  Jak Fevr Fransa  Nitsa 4
Bolqarıstan  İvan Petkov Kolev Bolqarıstan  XOME Sofiya 4
10 Lüksemburq  Mark Bore Lüksemburq  Spora 3
Avstriya  Ernst Happel Avstriya  Rapid Vyana 3
İspaniya  Xoseito İspaniya  Real Madrid 3
Qərbi Almaniya  Alfred Kelbassa Qərbi Almaniya  Borussiya Dortmund 3
İspaniya  Enrike Mateos İspaniya  Real Madrid 3
İspaniya  Armando Merodio İspaniya  Atletik Bilbao 3
İrlandiya  Billi Uilan İngiltərə  Mançester Yunayted 3

İstinadlar redaktə

  1. Corriere dello Sport, 30 iyun, 1956.
  2. "1956/57 European Champion Clubs' Cup - Tournament phase - Goals scored". 2013-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  3. "1956/57 European Champion Clubs' Cup - Qualifying phase - Goals scored". 2014-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.

Xarici keçidlər redaktə


Saytda 108 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024