UEFA Çempionlar Kuboku 1955/1956 Haqqinda Melumat - Vikipedia

UEFA Çempionlar Kuboku 1955/1956 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

UEFA Çempionlar Kuboku 1955/1956

Çempionlar Kuboku 1955/1956UEFA-nın ali futbol turniri olan Çempionlar Kubokunun ilk mövsümü. Turnirin qalibi "Real Madrid" olmuşdur. Çempion, 13 iyun 1956-cı ildə Paris şəhərindəki Park de Prens stadionunda keçirilən finalda "Reyms" klubunu məğlub etmişdir. Çempionlar Kubokunun ilk beş mövsümündə iştirakçı klubları L'Équipe futbol qəzeti tərəfindən seçilirdi; klubların Avropada prestijli və tanınmış olmaları qəzetin əsas seçim məyarı idi.[1] İlkin seçilmiş komandalar içərisində İngiltərənin "Çelsi" klubuna ölkəsinin Futbol Assosiasiyası tərəfindən turnirdə iştirak etmək qadağası qoyulmuşdur, çünki qurum turniri yerli futbol yarışlarına maneə törədən kimi görürdü; Şotlandiya klubu "Aberdin" eyni səbəbdən iştirak edə bilməmişdir. Çelsinin yerinə turnirə Polşanın "Qvardiya Varşava" klubu qatıldı. Bundan əlavə, "Holland Sport", "Honvéd" və "AB" klubları müvafiq olaraq Niderland, Macarıstan və Danimarkanı təmsil etmək fürsətindən imtina elədilər, onların yerinə "PSV Eyndhoven", "Vörös Lobogó" və "Orhus" klubları (1997–98 mövsümünə qədər yerli liqanı udmadan və ya turnirin son qalibi olmadan Çempionlar Kubokuna vəsiqə qazanan sonuncu klublar oldular) çıxış etdilər. Bu, eyni zamanda 1957-ci ildə Qərbi Almaniyaya birləşdirilmiş Saarland təmsilçisinin iştirak etdiyi yeganə UEFA turniri idi.

UEFA Çempionlar Kuboku 1955/1956
1955/1956 Avropa Kuboku
Avropa Çempionları Kuboku 1955/1956
Yarış məlumatları
Başlama tarixi 4 sentyabr 1955
Bitmə tarixi 14 iyun 1956
Yekun nəticəsi
Çempion İspaniya Real Madrid FK (ilk qalibiyyəti)
İkinci Fransa Reyms
Yarış statistikası
Oyun sayı 29
Qol sayı 127 (matç başına: 4.38)
Tamaşaçı sayı 900021 matç başına: 31035
Mükafat sahibləri
Bombardir(lər) Yuqoslaviya Miloş Milutinoviç (8 qol)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk tur cütlükləri təşkilatçılar tərəfindən təyin edildi və növbəti mövsümlərdən fərqli olaraq püşkatma baş tutmadı.

Klublar redaktə

Avstriya  Rapid Vyana Belçika  Anderlext Danimarka  Orhus Fransa  Reyms
Macarıstan  Vörös Lobogó İtaliya  Milan Niderland  PSV Eyndhoven Polşa  Qvardiya Varşava
Portuqaliya  Sportinq Saarland  Saarbrükken Şotlandiya  Hibernian İspaniya  Real Madrid
İsveç  Yurqorden İsveçrə  Servett Qərbi Almaniya  Rot-Vayss Essen Yuqoslaviya  Partizan

Birinci raund redaktə

1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Sportinq Portuqaliya  5–8 Yuqoslaviya  Partizan 3–3 2–5
Vörös Lobogó Macarıstan  10–4 Belçika  Anderlext 6–3 4–1
Servett İsveçrə  0–7 İspaniya  Real Madrid 0–2 0–5
Rot-Vayss Essen Qərbi Almaniya  1–5 Şotlandiya  Hibernian 0–4 1–1
Yurqorden İsveç  4–1 Polşa  Qvardiya Varşava 0–0 4–1
Orhus Danimarka  2–4 Fransa  Reyms 0–2 2–2
Rapid Vyana Avstriya  6–2 Niderland  PSV Eyndhoven 6–1 0–1
Milan İtaliya  7–5 Saarland  Saarbrükken 3–4 4–1


1/4 final mərhələsi redaktə

1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Yurqorden İsveç  1–4 Şotlandiya  Hibernian 1–3 0–1
Reyms Fransa  8–6 Macarıstan  Vörös Lobogó 4–2 4–4
Real Madrid İspaniya  4–3 Yuqoslaviya  Partizan 4–0 0–3
Rapid Vyana Avstriya  3–8 İtaliya  Milan 1–1 2–7


Yarımfinal redaktə

1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Reyms Fransa  3–0 Şotlandiya  Hibernian 2–0 1–0
Real Madrid İspaniya  5–4 İtaliya  Milan 4–2 1–2


Final redaktə

Real Madrid İspaniya 4–3Fransa  Reyms
Di Stefano Qol  14'
Rial Qol  30'79'
Markitos Qol  67'
Hesabat Leblon Qol  6'
Templin Qol  10'
İdalqo Qol  62'

Bombardirlər redaktə

Yer Ad Klub Qol sayı
1 Yuqoslaviya  Miloş Milutinoviç Yuqoslaviya  Partizan 8
2 Macarıstan  Peter Palotaş Macarıstan  Vörös Lobogó 6
Fransa  Leon Qlovatski Fransa  Reyms
4 Fransa  Rene Bliyar Fransa  Reyms 5
Argentina  Ektor Rial İspaniya  Real Madrid
Argentina  Alfredo Di Stefano İspaniya  Real Madrid
7 Macarıstan  Mixay Lantoş Macarıstan  Vörös Lobogó 4
İsveç  Qunnar Nordal İtaliya  Milan
Fransa  Mişel Leblon Fransa  Reyms
10 Avstriya  Alfred Körner Avstriya  Rapid Vyana 3
Belçika  İppolit Van Den Boş Belçika  Anderlext
İsveç  Yon Eriksson İsveç  Yurqorden
Şotlandiya  Eddi Törnbull Şotlandiya  Hibernian
İtaliya  Xuan Alberto Skyaffino İtaliya  Milan
İtaliya  Corco Dal Monte İtaliya  Milan
İspaniya  Xoseito İspaniya  Real Madrid

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-10.

Xarici keçidlər redaktə


Saytda 111 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024