UNESCO-nun Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatı Haqqinda Melumat - Vikipedia

UNESCO-nun Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

UNESCO-nun Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatı

UNESCO-nun Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatı (ing. UNESCO/Guillermo Cano World Press Freedom Prize) — Kolumbiyanın "El Espectador" qəzetinin öldürülmüş redaktoru Gilyermo Kanonun xatirəsinə 1997-ci ildə təsis edilmiş mükafat.[1] Mükafatın təqdim olunmasında məqsəd dünyanın hər yerində fəaliyyətini ciddi risk qarşısında qoyaraq, mətbuat azadlığının qorunması və inkişaf etdirilməsi işinə böyük kömək göstərmiş şəxsləri, təşkilatlarıtəsisatları xüsusi vurğulamaqdan ibarətdir.[1]

Mükafatı 2012-ci ildə qazanmış Eynulla Fətullayev (solda) və 2016-cı ildə qazanmış Xədicə İsmayıl (sağda).

Mükafat hər il mayın 3-də, Ümumdünya Mətbuat Azadlığı Günündə təqdim olunur. Laureat 45 000 ABŞ dolları məbləğində pul və xatirə hədiyyəsi alır.

Laureatları 17 nəfərdən ibarət müstəqil beynəlxalq jüri müəyyən edir.[2] Jürinin tərkibinə media sahəsində beynəlxalq səviyyədə tanınmış peşəkarlar daxildir.

Mükafatın laureatları redaktə

Mənbə:[3]

İl Alan şəxs Ölkə
2021 Mariya Ressa Filippin
2020 Hinet Bedoya Lima Kolumbiya
2019 Kyau Su OoVa Lon Myanma
2018 Mahmud Abu Zeyd Misir
2017 Davit İsaak İsveç/Eritreya
2016 Xədicə İsmayıl Azərbaycan
2015 Mazen Dərviş Suriya
2014 Əhməd Şık Türkiyə
2013 Riyot Alemu Efiopiya
2012 Eynulla Fətullayev Azərbaycan
2011 Əhməd Zeydabadi İran
2010 Monika Qonsales Muxika Çili
2009 Lasanta Vikrematunqe Şri-Lanka (ölümündən sonra)
2008 Lidiya Kaço Ribeyro Meksika
2007 Anna Politkovskaya Rusiya (ölümündən sonra)
2006 Mey Şidiak Livan
2005 Çen İçjub Çin
2004 Raul Rivero Kuba
2003 Amira Hass İsrail
2002 Coffrey Niarota Zimbabve
2001 Vin Tin Myanma
2000 Nizar Nayuf Suriya
1999 Xesus Blankornelas Meksika
1998 Kristina Anianvu Nigeriya
1997 Qao Yu Çin

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 "Первая страница". Un.org. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-29.
  2. "Положение о Всемирной премии ЮНЕСКО/Гильермо Кано за вклад в дело свободы печати". Un.org. 2022-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-29.
  3. "List of previous laureates of UNESCO/Guilermo Cano World Press Freedom Prize:". Unesco.org. 2022-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-29.

Xarici keçidlər redaktə

Şablon:YUNESKO-nun Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatının laureatları


Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024