Unalaşka adası Haqqinda Melumat - Vikipedia

Unalaşka adası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Unalaşka (ing. Unalaska, aleut. Nawan-Alaxsxa[1]) — Tülkü adaları qrupuna daxil olan ada, Aleut adaları arxipelaqının mərkəzində yerləşir. Rusiya-amerikan şirkətinin iri mərkəzlərindən biri olmuşdur. Adanın sahəsi 2721 km² təşkil edir. Ən hündür nöqtəsi Makuşin vulkanıdır ki, hündürlüyü 2036 metrdir. Unalaşka şəhəri adanın böyük qismini və Amaknak adasının bir hissəsini tutur.

Kadyak adası
ing. Unalaska
Ümumi məlumatlar
Sahəsi 2721 km²
Uzunluğu
  • 128 km
Eni 56 km
Hündür nöqtəsi 2036 m
Əhalisi 1.759 nəfər (2000-ci il)
Yerləşməsi
53°54′00″ şm. e. 166°32′00″ q. u.
Ölkə  ABŞ
Vilayət
  • Alyaska
Akvatoriya
Kadyak adası xəritədə
Kadyak adası
Kadyak adası
Kadyak adası xəritədə
Kadyak adası
Kadyak adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimalogiya redaktə

«Unalaşka» — Aleut dilində özlərinə verdiyi adla bağlıdır.

Tarixi redaktə

1763-ci ildə ada Aleutların Tülkü adalarındakı üsyanının mərkəzi olmuşdur. XIX əsrin əvvəllərində Kapitan buxtasında Unalaşka qəsəbəsi salınır. Burada 12 rəhbər işçi və onların həyat yoldaşı, üstəlik 70 aleut yaşayırdı[2].

Abidələri redaktə

  • Yüksəliş Kilsəsi (1825).
  • Şam parkı. Bu parkda ruslar tərəfindən əkilmiş ağaclar hələdə qalmaqdadır.
  • Unalaşka kantorunu idarə edənlərdə biri olan Yakov Dorofeevin qəbri burada yerləşir.

İstinadlar redaktə

  1. Bergsland, K. Aleut Dictionary. Fairbanks: Alaska Native Language Center. 1994.
  2. "Rus dənizçisi və araşdırmaçısı F. P. Litke". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-03.

Mənbə redaktə


Saytda 218 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024