Vəzir Sədiyev Haqqinda Melumat - Vikipedia

Vəzir Sədiyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vəzir İsa oğlu Sədiyev (6 iyun 1961, Aşağı Qullar, Marneuli rayonu19 fevral 1993, Həsənriz, Kəlbəcər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Vəzir Sədiyev
Vəzir İsa oğlu Sədiyev
Şəxsi məlumatlar
Doğum tarixi 6 iyun 1961(1961-06-06)
Doğum yeri
Vəfat tarixi 19 fevral 1993(1993-02-19) (31 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Atası Sədiyev İsa
Anası Sədiyeva Neneqiz
Təhsili
  • Tbilisi Ali Artilieriya Məktəbi[d]
Hərbi fəaliyyəti
Döyüşlər
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı

Həyatı redaktə

6 iyun 1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olmuşdur. Orta təhsilini Qərbi Azərbaycanda alan Vəzir daha sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olur.[1]

Döyüşlərdə iştirakı redaktə

Vəzir Sədiyev Əfqanıstan müharibəsində iştirak etmişdi. O, yüksək səviyyəli xidmətinə görə mayor rütbəsi də almışdı. Dəhşətli Xocalı soyqırımından sonra könüllü olaraq müharibəyə qoşulmağı qərara alır. Vəzir Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak etdi. Milli Orduda artilleriya hissələrinin yaradılmasında onun böyük xidmətləri olmuşdur. 1993-cü il 19 fevral Həsənriz kəndi uğrunda gedən döyüşlərdə cəsur komandir Vəzir Sədiyev qəhrəmancasına həlak oldu.[2]

Ailəsi redaktə

Ailəli idi, bir övladı qalıb.

Milli Qəhrəman redaktə

Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Sədiyev Vəzir İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

İstinadlar redaktə

  1. Ötərxan Eltac. "DƏMİR MAYOR KARVANI NECƏ MƏHV ETDİ" (az.). karabakhmedia.az. 27 yanvar 2016. 2019-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.
  2. Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 259.

Saytda 171 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024