Vabkənd Haqqinda Melumat - Vikipedia

Vabkənd Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vabkənd

Özbəkistanda yaşayış yeri

Vabkənd (özb. Vobkent)— Özbəkistanın Buxara vilayətində şəhər. Vabkənd Əlaəddin Təkiş dönəmində burada tikilən minarə ilə seçilir.

Vabkənd
Vobkent
40°01′23″ şm. e. 64°30′50″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat X əsr
Mərkəzin hündürlüyü 241 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 16.600 nəf. (2004)
Xəritəni göstər/gizlə
Vabkənd xəritədə
Vabkənd
Vabkənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix redaktə

 
Vabkənd minarəsi

14-cü əsr sənədlərində Vabkənd öz hakiminin olduğu bir şəhər Vobkana olaraq adlandırılır. XVI əsrdən bəri Vabkəntd iki adla tanınmağa başladı - Vobkana və Komot. XVII əsr tarixçisi Mahmud ibn Vəlinin ("Bəhr əl-Əsrar"; 1634-41) kitabında Vabkənd mahalının adı Komot kimi keçmişdir. Mirzə Bədinin "Məcmə əl-Ərqam" (18-ci əsr) kitabında Vabkənd haqqında da məlumat var. 19-cu əsrin ikinci yarısının təməl sənədlərinə görə Komot (indiki Vabkənd bölgəsi) nin Narçok (Narşah) kəndində bir çox sənətkarlar var idi. Vabkənddə bu günədək qorunmayan Mədrəsə, hamam, bazar məscidi, Əski Vabkənd, Vabkənd qalası kimi dəyərli tarixi abidələr var. Eləcə Vabkenddə Əlaəddin Təkiş dönəmində tikilən bir minarə var ki 1196-1198-ci illərdə tikilmişdir. Vabkəndin çiçəklənməsi Qaraxanlılar dönəmindən başlamışdır.[1]

Coğrafiya redaktə

Vabkənd, Buxara vilayətində Səmərqənd ilə Daşkəndi birləşdirən quru yolu üzərində yerləşir. Vabkəndin içindən, Zərəfşan çayının qolu olan Vabkənd çayı keçir. Vabkəndə ən yaxın dəmir yolu stansiyası Buxarada 28 km buradan aralı yerləşir.[1].

Əhalisi redaktə

2010-cu ilin məlumatlarına görə Vabkənddə 18.006 nəfər yaşamaqda imiş.[2]

Milli tərkibi redaktə

Vabkənddə çoxluqda olan Özbəklərdən başqa, Ruslar, Azərbaycan türkləri, TatarlarTaciklərdə yaşamaqdadır.[1]


İstinadlar redaktə

  1. 1 2 3 "Özbəkistan milli ensiklopediyası" (PDF) (özbək). 2021-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-02-09.
  2. "World Gazetteer". 2012-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-09.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 258 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024