Vakanda Haqqinda Melumat - Vikipedia

Vakanda Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vakanda

Marvel Comics-in uydurma ölkəsi

Vakanda (/wəˈkɑːndə, -ˈkæn-/) — Marvel Comics tərəfindən nəşr olunan Amerika komikslərində görünən uydurma ölkə. Həmin ölkənin Şərqi Afrikada mövcud olduğu təsvir olunur.[2] Saxaradan cənubda yerləşən Qara Afrikada yerləşir və super qəhrəman Qara Panteranın evidir. Vakanda ilk dəfə Fantastic Four #52-də (iyul 1966) göründü və Sten LiCek Kirbi tərəfindən yaradılmışdır.[3]

Vakanda
Tip uydurma ölkə[d]
Yaradıcı Sten Li, Cek Kirbi[d]
İdarə edən Qara pantera
Əhali
  • 6.000.001 nəf.[1]

Vakanda komikslərdə və müxtəlif media uyğunlaşmalarında, məsələn, Marvel Kinematoqrafiya Kainatında, planetin texnoloji cəhətdən ən inkişaf etmiş milləti kimi təsvir edilmişdir.

Yerləşməsi redaktə

Bəzi mənbələr Vakandanı Tanzaniyanın bir qədər şimalında və məhz Ruandada yerləşdirir,[4] digərləri isə – məsələn, Marvel Atlas #2[5] – onu Turkana gölünün şimal ucunda, Cənubi Sudan, Uqanda, KeniyaEfiopiya arasında (Azaniya, Kənan və Narobiya və bu kimi uydurma ölkələrlə əhatə olunmuş) göstərir.[6]

Rejissor Rayan Kuqler 2018-ci ildə çəkilmiş Qara Pantera filmindəki Vakanda təsvirinin Cənubi Afrika Lesoto Krallığından ilhamlandığını bildirib.[7][8]

Vakanda yazıçı Ta-Nehisi Koutsun son hekayələrində Viktoriya gölündə, Mohannda, Kənan, Azaniya və Niqanda digər uydurma xalqların yaxınlığında yerləşir. Bu, real həyatda daha çox Konqo Demokratik Respublikasının şərq yarısına uyğun gəlir.[9]

Birnin Zana Vakanda ərazisində yerləşir. Bəziləri onu ağıllı şəhər hesab edirlər.[10]

İstinadlar redaktə

  1. http://www.marvel-world.com/encyclopedie-1272-fiche-wakanda-le-lieux.html.
  2. GEORGE GENE GUSTINES. "Marvel's World of Wakanda Will Spotlight Women, on the Page and Behind It". NYT. July 22, 2016. July 25, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 26, 2016.
  3. Cronin, Brian. "A Year of Cool Comics – Day 262". Comic Book Resources. September 19, 2010. July 8, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 23, 2021.
  4. Fantastic Four vol. 3 #21
  5. Michael Hoskin, Anthony Flamini, Eric J. Moreels & Stuart Vandal (w). Marvel Atlas 2 (May 2008), Marvel Comics
  6. "Searching for Wakanda: The African Roots of the Black Panther Story". 2018-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-22.
  7. Smith, Tymon. "How 'Black Panther's' director fell in love with Lesotho & isiXhosa". Times Live. 18 February 2018. 4 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2019.
  8. Jones, Nate. "Black Panther's Wakanda, Explained". Vulture. 15 February 2018. 4 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2019.
  9. "Conceptualizing the Black Panther". The Atlantic. 2018-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-22.
  10. "Finding Birnin Zana" (PDF). 2021-01-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-16.

Saytda 194 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024