Vasak Süni Haqqinda Melumat - Vikipedia

Vasak Süni Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vasak Süni (387452[1], Ktesifon, Sasanilər dövləti) — 409-cu ildə qardaşı Vaqinak Süninin ölümündən sonra hakimiyyətə gəlmiş Sünik knyazı.[2] 442–451-ci illərdə Ərməniyyə və İberiyanın mərzbanı. Qədim Sünik sülaləsinin nümayəndəsi olan Vasak 449-cu ildə Vardan Mamikonyan və bir çox erməni zadəganları ilə birgə Ktesifona dəvət edilmiş və xristianlıqdan imtina edərək zərdüştiliyi qəbul etməyə məcbur edilmişdir[3].

Vasak Süni
II Ərməniyyə mərzbanı
442 – 451
ƏvvəlkiMihr-Şapux
SonrakıArtr-Hörmüzd
Şəxsi məlumatlar
Doğum tarixi 387
Vəfat tarixi 452[1]
Vəfat yeri
Fəaliyyəti rəhbər[d]
Ailəsi Sünik
Dini xristian

Sasanilərin Qafqazda xristianlığı yaymağa çalışmaları, 449-cu ildə Vardan Mamikonyanın başçılığı ülə üsyanın başlamasına səbəb oldu. Üsyanın erkən mərhələsində Vasak Süni də üsyançılara qoşulsa da, sonradan II Yezdəgirdlə razılaşaraq Sasanilərin tərəfinə keçmişdir. Ağrı vadisini özünə tabe edən Vasak Süni, albaniber tayfalarını özünə tabe etmiş, daha sonra isə Dərbənd qalasını möhkəmləndirmişdir[2]. Vasak Süni Avarayr döyüşündə Sasanilərin tərəfində döyüşmüş və bu döyüşdə üsyançı qüvvələr məğlub edilərək Vardan Mamikonyan öldürülmüşdür. Döyüşdən bir müddət sonra Vasak Süni Ktesifona çağırılaraq xəyanətdə günahlandırılmış və öldürülmüşdür[2].

İstinadlar redaktə

  1. 1 2 Toumanoff C. Les dynasties de la Caucasie chrétienne de l'Antiquité jusqu'au xixe siècle (fr.): Tables généalogiques et chronologiques. Rome: 1990. P. 247.
  2. 1 2 3 Cyrille Toumanoff, Manuel de généalogie et de chronologie pour l'histoire de la Caucasie chrétienne (Arménie, Géorgie, Albanie), Rome, 1976
  3. Ф. Мамедова – Кавказская Албания и Албаны, Баку, 2005, стр. 260

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 154 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024