Vikipediya:Həftənin seçilmiş məqaləsi/1. Həftə 2023 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/1. Həftə 2023 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/1. Həftə 2023

Nəsrlə yazılmış Milad nəğməsiÇarlz Dikkens tərəfindən yazılmış və daha çox "Milad nəğməsi" adıyla tanınan povest-nağıldır. Əsər ilk dəfə 1843-cü ildə Con Liçin orijinal illüstrasiyaları ilə Londonun "Chapman & Hall" nəşriyyat evi tərəfindən çap edilmişdir. "Milad nəğməsi" əsərində yaşlı Ebenecer Skrucun başına gələn hadisələrdən bəhs olunur. Milad bayramı ərəfəsində Skrucun yanın əvvəlcə onun keçmiş iş yoldaşı Ceykob Marlinin, daha sonra isə Keçmiş, İndiki və Gələcək Milad bayramının tuhları gəlir.

Daha əvvəl qəddar və deyingən olan Skruc, ruhların ziyarətindən sonra daha mehriban və zərif adama çevrilir. Dikkensin “Milad nəğməsi”ni yazdığı dövrdə britaniyalılar Milad himnləri kimi kimi köhnə ənənələrə yenidən baxır və Milad ağacı kimi yeni ənənələri mənimsəyirdilər. O, uşaqlığında yaşadığı bayram təcrübəsi, o cümlədən Vaşinqton İrvinqDuqlas Cerrold kimi digər sənətkarların Milad nağıllarından ilhamlanmışdır.

(Davamı...)


Saytda 134 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024