Vikipediya:Həftənin seçilmiş məqaləsi/16. Həftə 2012 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/16. Həftə 2012 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/16. Həftə 2012

Təbiət elmləri (ing. Natural science, alm. Naturwissenschaften‎) — insana xarici münasibətdən təsir edən təbiət amillərini öyrənən elm sahələri.

Təbiət elmləri dünyanı naturalist nöqteyi-nəzərindən öyrənir və cəmiyyətdən təbiətə münasibətdə onun qanunlarına hörmətlə yanaşmağı tələb edir. Naturalizm insanın yaratdığı qanunları təbii proseslərə şamil etmədən, təbiət qanunlarını öyrənərək istifadə etmək üzərində qurulan sistemdir. Təbiət elmlərinin yaranması elmi tədqiqatlara fəlsəfi yanaşmanın nəticəsidir.

Təbiət elmləri anlayışı həmçinin, humanitar elmlərlə ictimai elmlər arasında fərqi göstərmək üçün istifadə edilir. Riyaziyyat elmi məntiqlə birlikdə formal elmlərə daxil edilir və təbiət elmlərinə aid edilmir. Çünki, onların metodologiyası təbiət elmlərinin metodologiyasından kəskin fərqlənir. Riyaziyyat, statistikainformasiya texnologiyaları təbiət elmləri hesab olunmasalar da, bu sahədə aparılan əksər tədqiqatlar üçün mühüm elmi əhəmiyyətə malikdirlər.

Elm nəzəriyyəsində təbiət elmləri dedikdə biologiya, astronomiya, fizika, kimyacoğrafiya nəzərdə tutulur. Вu elmlərdə elmi nəticələr bir qayda olaraq obyektivlik və dəqiqlik üzərində qurularaq baza kimi təcrübə və müşahidə nəticələri götürülür. Təbiət elmləri donmuş olmayıb onlarda daima dəqiqləşdirmə prosesi gedir. (Davamı...)


Saytda 223 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024