Vikipediya:Həftənin seçilmiş məqaləsi/17. Həftə 2019 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/17. Həftə 2019 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/17. Həftə 2019

UranGünəşə yaxınlığına görə yeddinci planet. Günəş sistemində radiusuna görə üçüncü, kütləsinə görə dördüncü ən böyük planetdir. Uranın tərkibi Neptunun tərkibi ilə eynidir, hər ikisində də eyni kimyəvi elementlər mövcuddur, bu tərkib hissələri onları böyük qaz nəhəngləri olan YupiterSaturndan fərqləndirir. Bu səbəblə, elm adamları Uran və Neptunu qaz nəhənglərindən ayırmaq üçün "buz nəhəngləri" kimi təsnif edirlər. Uranın atmosferinin əsasən hidrogenhelium tərkibi ilə SaturnYupiterin atmosferinə oxşarlığına baxmayaraq, ammonyak, metan və başqa hidrokarbonlarla birlikdə tərkibində daha çox buz mövcuddur. Uran minumum 49 K (−224 °C; −371 °F) temperatur ilə Günəş sistemində ən soyuq atmosferə sahibdir. Uran kompleks təbəqəli bulud strukturuna sahibdir. Ən aşağı təbəqədəki buludlarda su, ən üst təbəqədəki buludlarda isə metan olduğu düşünülür. Uranın daxili əsasən buz və qayalıq maddədən təşkil olunmuşdur.

Saytda 222 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024