Vikipediya:Həftənin seçilmiş məqaləsi/2. Həftə 2023 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/2. Həftə 2023 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/2. Həftə 2023

Azərbaycanda Stalin repressiyaları — 1920-ci illərin sonundan 1950-ci illərin əvvəlinə qədər Azərbaycan SSR-də həyata keçirilən Stalin repressiyalarına verilən ad. Bu repressiya Azərbaycanın ali rəhbərlərinə, ruhanilərə, ziyalılara və varlı kəndlilərlə bərabər bütün Azərbaycan əhalisinə toxunmuşdur.

Repressiyalara əksinqilabi fəaliyyətdə, casusluqda, anti-sovet təbliğatını aparmaqda şübhəli bilinən insanların və əmlakının milliləşdirilməsinə mane olan qolçomaqların təqibi o cümlədən güllələnmələri, həbs olunmaları, əmək düşərgələrinə göndərilmələri və əhalinin SSRİ-nin digər bölgələrinə deportasiyaları daxil idi.

Repressiyalar öz pik həddinə yuxarı idarəetmə orqanlarının təlimatlarına uyğun olaraq XDİK tərəfindən həyata keçirilən 1937–1938-ci illərdə baş tutmuş Böyük terror və ya Yejovşina dövründə çatdı. Bu dövr Azərbaycanı 20 il idarə etmiş Mir Cəfər Bağırovun rəhbərliyi illərinə təsadüf edirdi.

(Davamı...)


Saytda 142 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024