Vikipediya:Həftənin seçilmiş məqaləsi/26. Həftə 2017 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/26. Həftə 2017 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/26. Həftə 2017

Naxçıvan Muxtar RespublikasıAzərbaycan Respublikasının tərkibində muxtar dövlət. ŞimaldaŞərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), Qərbdə Türkiyə Cümhuriyyəti (sərhəd xəttinin uzunluğu 11 km), Cənubda isə İran İslam Respublikası (sərhəd xəttinin uzunluğu 204 km) ilə həmsərhəddir.

Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılmışdır. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən ZəngəzurDərələyəz silsiləsinin suayırıcıları, Türkiyəİranla sərhəddini isə Araz çayı təşkil edir.

Ərazisi şimal-qərbdən Cənub-Şərqə doğru 158 km məsafədə uzanır. Naxçıvan Muxtar Respublikasının şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Araz çayının sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir.


Saytda 154 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024