Vikipediya:Həftənin seçilmiş məqaləsi/28. Həftə 2019 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/28. Həftə 2019 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/28. Həftə 2019

Barri AllenDC Comics tərəfindən nəşr edilən komikslərdə peyda olan uydurma superqəhrəman. İlk dəfə Showcase #4 (oktyabr 1956) komiksində təqdim edilən personaj Robert Kaniger və Karmayn İnfantino tərəfindən yaradılmışdır. Barri Allen, 1940-cı illərdə Cey Qarrik adı ilə təqdim edilmiş Fleş adlı superqəhrəman adını daşıyan ikinci şəxsdir. Onun gücü əsasən superinsan sürəti ilə bağlıdır.

Personajın digər bacarıqları, o cümlədən vibrasiya yaradaraq əşyaların içindən keçməsi, molekullarının silkələnməsinə nəzarət etmə qabiliyyəti ilə əlaqəlidir. Fleşin geyindiyi parlaq qırmızı və qızılı rəngli kostyum küləyin təsiri və sürtülməyə qarşı davamlı materialdan hazırlanmışdır. Barri Allenin klassik hekayələrində ilk dəfə DC Comicsin Multikainat nəzəriyyəsi təqdim olunmuş və sonrakı on illər ərzində DC hekayə xəttləri ardıcıllıqlarının yenilənməsi zamanı həmin nəzəriyyə böyük rol oynamışdır.

(Davamı...)


Saytda 176 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024