Vikipediya:Həftənin seçilmiş məqaləsi/30. Həftə 2021 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/30. Həftə 2021 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/30. Həftə 2021

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri — 7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının davamı olaraq qurulan, Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri.

1917-ci ildə keçirilən Ümumrusiya Müəssislər Məclisi seçkilərin nəticəsi tanınsa da parlament elə ilk gündən bolşeviklər tərəfindən buraxılmışdır. Oktyabr inqilabının ardınca Gürcüstan, Azərbaycan və Ermənistan federativ dövlət — Zaqafqaziya Demokratik Federativ Respublikası adı altında birləşdi.Bu respublikanın qanunverici orqanı olan Zaqafqaziya Seyminin üzvləri Ümumrusiya Müəssislər Məclisinə seçilən üzvlərin sayının mütənasib şəkildə artmasıyla təmin olunmuşdur. Belə ki, Zaqafqaziyadan seçilən 11 müsəlman, azərbaycanlı üzvün 4 dəfə sayının artırılmasıyla azərbaycanlı üzvlərin Zaqafqaziya Seyminə daxil olması təmin olundu. Gürcüstan Sosial Demokrat Partiyasından sonra ən çox millət vəkili sayına sahib olan Müsavat və ona qoşulan demokratik bitərəflər fraksiyası rəhbərliyində Zaqafqaziya Seyminin Müsəlman fraksiyası təşkil olunmuşdu. 27 may 1918-ci il tarixində bu fraksiyanın əsasında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası təşkil olundu. 28 may 1918 tarixində Azərbaycan öz istiqlaliyyətini elan etdi.

(Davamı...)


Saytda 130 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024