Vikipediya:Həftənin seçilmiş məqaləsi/iyul 2021 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/iyul 2021 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/iyul 2021

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 26 aprel 2024, Cümə (İlin 17-ci həftəsi); saat 02:24 (UTC)


Keşi təmizlə

27. Həftə
Con Lennonun qətli — bazar ertəsi, 8 dekabr 1980-ci ildə Nyu Yorkda, Con həyat yoldaşı Yoko Ono ilə birlikdə səsyazma studiyasından qayıtdığı zaman, yaşadığı binanın girişində pərəstişkarı Mark Çepmen tərəfindən törədilib. Britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, rəssam, yazıçı, beynəlxalq şöhrətli "The Beatles" qrupunun yaradıcılarından biri, XX əsrin məşhur müğənnisi olan Con Lennonun qətl zamanı 40 yaşı var idi.

Lennon Ruzvelt xəstəxanasına gətirilərkən artıq ölmüş elan olunmuşdu. Ölümünə səbəb kimi şok və çoxlu qan itirmə göstərilib. Xəstəxanadan bildirilib ki, belə xəsarətlər aldıqdan sonra bəlkə də, heç kim bir neçə dəqiqədən artıq yaşaya bilməzdi. Tezliklə yerli radiostansiyalar baş verənlər barədə məlumat verib, bundan sonra Ruzvelt xəstəxanasının yanında və Lennonun yaşadığı binanın önündə insanlar dəstə-dəstə toplaşmağa başlayıb.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


28. Həftə
Ben ŞapiroABŞ mühafizəkar siyasi şərhçisi, ictimai spikeri, yazıçısıhüquqşünası. O, 17 yaşında olarkən ABŞ-da milli şəkildə sindikatlaşdırılmış ən gənc icmalçı olmuşdur. Şapiro "Creators Syndicate" və "Newsweek" üçün icmallar yazır, qurduğu "The Daily Wire" veb-saytının baş redaktoru, "The Ben Shapiro Show" gündəlik siyasi podkastı və canlı radioverilişinin aparıcısıdır. 2012-ci ildən 2016-cı ilə qədər "Breitbart News" veb-saytının redaktor-konsultantı olmuş Ben Şapiro bu günə kimi 11 kitab yazmışdır. Onların birincisi "Beyni təmizlənmiş. Universitetlər Amerikanın gəncliyini necə təlqin edir" (2004), ən yenisi isə "Tarixin düzgün tərəfi. Səbəb və mənəvi məqsəd Qərbi necə möhtəşəm etdi" (2019).

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


29. Həftə
Hörümçək-adamMarvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker olan personaj kimi düşünülmüşdür.

Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Cey Uotson.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


30. Həftə
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri — 7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının davamı olaraq qurulan, Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri.

1917-ci ildə keçirilən Ümumrusiya Müəssislər Məclisi seçkilərin nəticəsi tanınsa da parlament elə ilk gündən bolşeviklər tərəfindən buraxılmışdır. Oktyabr inqilabının ardınca Gürcüstan, Azərbaycan və Ermənistan federativ dövlət — Zaqafqaziya Demokratik Federativ Respublikası adı altında birləşdi.Bu respublikanın qanunverici orqanı olan Zaqafqaziya Seyminin üzvləri Ümumrusiya Müəssislər Məclisinə seçilən üzvlərin sayının mütənasib şəkildə artmasıyla təmin olunmuşdur. Belə ki, Zaqafqaziyadan seçilən 11 müsəlman, azərbaycanlı üzvün 4 dəfə sayının artırılmasıyla azərbaycanlı üzvlərin Zaqafqaziya Seyminə daxil olması təmin olundu. Gürcüstan Sosial Demokrat Partiyasından sonra ən çox millət vəkili sayına sahib olan Müsavat və ona qoşulan demokratik bitərəflər fraksiyası rəhbərliyində Zaqafqaziya Seyminin Müsəlman fraksiyası təşkil olunmuşdu. 27 may 1918-ci il tarixində bu fraksiyanın əsasında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası təşkil olundu. 28 may 1918 tarixində Azərbaycan öz istiqlaliyyətini elan etdi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024