Vikipediya:Həftənin seçilmiş məqaləsi/fevral 2024 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/fevral 2024 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/fevral 2024

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 27 aprel 2024, Şənbə (İlin 17-ci həftəsi); saat 06:57 (UTC)


Keşi təmizlə
6. Həftə
Mübariz İbrahimovAzərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş gizir. O, 2010-cu ildə Azərbaycanın Milli QəhrəmanıAzərbaycanda "ilin adamı" adlarına layiq görülmüşdür.

Mübariz İbrahimov 18 iyundan 19 iyuna keçən gecə məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlamışdır. O, Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir və burada beş saat döyüşərək səhər saatlarında şəhid olmuşdur. Baş tutan döyüş zamanı İbrahimov ən azı 4, ən çoxu isə 140 nəfər erməni əsgərini öldürmüşdür.

Döyüşdən sonra Mübariz İbrahimovun cəsədi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı ərazilərdə qalmışdır, lakin Ermənistan tərəfi bunu uzun müddət təkzib etmişdir. Aylarla davam edən danışıqlardan sonra oktyabrda Rusiyanın vasitəçiliyi ilə Həştərxan şəhərində imzalanan bəyannaməyə əsasən Mübariz İbrahimovun cəsədi 6 noyabrda Azərbaycan tərəfinə təhvil verilmişdir. O, İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


7. Həftə
I Şah Təhmasibin Xəmsə əlyazması — 1539–1543 Səfəvi şahı I Təhmasibin sifarişi əsasında Şah Mahmud Nişapuri tərəfindən köçürülmüş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasıdır. Bu əlyazması həm də "Xəmsə əlyazması (1539–1543)""Britaniya Kitabxanası Or. 2265" adları ilə tanınır.

Əlyazması Təbriz miniatür məktəbininSəfəvilər dövrünün ən məşhur miniatürçü rəssamları tərəfindən çəkilmiş 14 mininatürlə bəzədilmişdir. Miniatürlərin çəkilməsində Sultan Məhəmməd, Ağa Mirək, Mir Musavvir, Mirzə Əli, Müzəffər Əli kimi sənətkarlar iştirak etmişlər. Əlyazmasını tədqiq etmiş A. Qazıyev qeyd edir ki, "XVI əsr Təbriz miniatür məktəbinin yetirmələri olan bu beş rəssamın əlyazmasında yer almış əsərləri mühüm tarixi-bədii əhəmiyyət kəsb edir.

Milli risin orijinal nümunələri kimi, bu miniatürlər bədii sənət nümunəsi olmaqla yanaşı etnoqraflar üçün də mühüm tədqiqat mənbəyidir." XVII əsrdə əlyazmasına Məhəmməd Zaman tərəfindən çəkilmiş daha üç miniatür əlavə edilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


8. Həftə
Maltanın Böyük mühasirəsi — 1565-ci ilin may–sentyabr aylarında Osmanlı sultanı Qanuni Sultan Süleyman ordusu tərəfindən Malta adasının mühasirəsi. O dövrdə ada Malta hospitalyerləri tərəfindən işğal edilmişdi. Mühasirə Aralıq dənizində hökmranlıq uğrunda Avropa gücləri ilə Osmanlı imperiyası arasındakı rəqabətin pik nöqtəsi idi.

1522-ci ildə Sultan Süleyman tərəfindən Rodos ələ keçirildikdən və ordenin cəngavərləri səkkiz il Avropanı dolaşdıqdan sonra 1530-cu ildə Maltaya gəldilər. Osmanlı gəmiləri onları təqib edirdi. Onların piratçılıq fəaliyyəti ilə üzləşən Süleyman Qanuni ordusunu Malta arxipelaqına göndərmək qərarına gəldi. Onun son məqsədi isə strateji dəniz bazasını yaratmaq idi.

1565-ci il may ayının sonunda Mustafa Paşa və Piyalə paşanın komandanlığı altında türk ordusu və donanması Maltaya gələrək adanın qalalarını mühasirəyə aldı. Ordenin Böyük magistrı Jan Parizo de la Valett İtalyan və İspan muzdluları və Malta milisləri tərəfindən dəstəklənən orden cəngavərlərinə rəhbərlik edirdi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


9. Həftə
Müqəddəs İsaak kafedralıSankt-Peterburq şəhərinin ən böyük pravoslav kilsəsi. Bina İsaakiyev meydanının tam mərkəzində yerləşir. Kafedral muzey statusuna malikdir. Bununla belə, 1991-ci ilin iyununda qeydiyyata alınmış kilsə icması burada ibadət etmək imkanını əldə etmişdir. Hazırda dini mərasimlər İsaak kafedralında çərşənbə günü istisna olmaqla həftənin bütün digər günləri keçirilir. Kafedral imperator I Pyotr tərəfindən hər zaman əziz tutulan rahib Dalmasiyalı İsaakın şərəfinə müqəddəsləşdirilmişdir, çünki imperatorun özü bu müqəddəs ilə təcəssüm etdirilən tarixdə, yəni yulian təqviminə uyğun olaraq 30 may tarixində anadan olmuşdur. Müqəddəs İsaak kafedralı "dövlət muzey abidəsi" olaraq böyük muzey kompleksinə daxildir.

Kafedral 1818–1858-ci illərdə məşhur fransız memarı Oqüst Monferranın layihəsi əsasında inşa edilmişdir; tikinti işlərinə imperator I Nikolay şəxsən nəzarət edirdi, o dövrün məşhur alman mühəndisi və xəritəçisi Karl Opperman isə inşaat komissiyasına sədrlik edirdi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə



Saytda 93 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024