Vikipediya:Həftənin seçilmiş məqaləsi/8. Həftə 2024 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/8. Həftə 2024 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/8. Həftə 2024

Maltanın Böyük mühasirəsi — 1565-ci ilin may–sentyabr aylarında Osmanlı sultanı Qanuni Sultan Süleyman ordusu tərəfindən Malta adasının mühasirəsi. O dövrdə ada Malta hospitalyerləri tərəfindən işğal edilmişdi. Mühasirə Aralıq dənizində hökmranlıq uğrunda Avropa gücləri ilə Osmanlı imperiyası arasındakı rəqabətin pik nöqtəsi idi.

1522-ci ildə Sultan Süleyman tərəfindən Rodos ələ keçirildikdən və ordenin cəngavərləri səkkiz il Avropanı dolaşdıqdan sonra 1530-cu ildə Maltaya gəldilər. Osmanlı gəmiləri onları təqib edirdi. Onların piratçılıq fəaliyyəti ilə üzləşən Süleyman Qanuni ordusunu Malta arxipelaqına göndərmək qərarına gəldi. Onun son məqsədi isə strateji dəniz bazasını yaratmaq idi.

1565-ci il may ayının sonunda Mustafa Paşa və Piyalə paşanın komandanlığı altında türk ordusu və donanması Maltaya gələrək adanın qalalarını mühasirəyə aldı. Ordenin Böyük magistrı Jan Parizo de la Valett İtalyan və İspan muzdluları və Malta milisləri tərəfindən dəstəklənən orden cəngavərlərinə rəhbərlik edirdi.

(Davamı...)


Saytda 88 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024