Vikipediya:Həftənin seçilmiş məqaləsi/may 2021 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/may 2021 Haqqinda Melumat - Vikipedia

Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/may 2021

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr

2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr

2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr

2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr

2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr

2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr

2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr

2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr

2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr

2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr

2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr

2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr

2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr

2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr

Bu gün 26 aprel 2024, Cümə (İlin 17-ci həftəsi); saat 03:33 (UTC)

Keşi təmizlə

18. Həftə
Nadirin yürüşləriXVIII əsrin birinci yarısında Mərkəzi Avrasiyada əvvəlcə xan, sonrada şah olan Nadir tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəzərdə tutulur. Onun hərbi əməliyyatları ilk dəfə Səfəvi sülaləsinin adından Hotaki əfqanlarına qarşı başlamışdır. Səfəvi imperiyasının paytaxtı İsfahanın əfqanlar tərəfin ələ keçirilməsindən sonra Səfəvi dövləti faktiki olaraq süqut etdi.

(Davamı...)

baxmüzakirə etredaktə ettarixçə

19. Həftə
Britaniya imperiyasıBirləşmiş Krallıq və onun sələf dövlətləri tərəfindən idarə olunan dominion, koloniya, protektorat, mandat və digər asılı ərazilərdən təşkil olunmuşdu. Onun tarixi XVI əsrin sonu və XVIII əsrin əvvəlləri aralığında İngiltərə tərəfindən qurulan dəniz əraziləri və ticarət postları ilə başladı. Ərazisinə görə dünya tarixinin ən böyük imperiyası idi və yüz ildən artıq müddətdə dünyanın ən böyük qlobal gücü olmuşdu. 1913-cü ilə qədər Britaniya imperiyasının hakimiyyəti altında olan ərazilərdə 412 milyon insan yaşayırdı — bu o dövrdə yer üzərində yaşayan ümumi əhalinin 23.004%-i demək idi.

İmperiya 1925-ci il etibarilə 35,000,000 km2 (13,500,000 kv. mil) sahəsi ilə dünya ümumi quru sahəsinin 24%-ə hökmdarlıq edirdi. Nəticədə, onun konstitusiyon, hüquqi, linqvistik və mədəni irsi geniş şəkildə yayılmışdır. Gücünün ən pik olduğu dövrdə ərazilərindən ən az biri üzərində günəşin olduğu mənasına gələn "üzərində heç vaxt günəş batmayan imperiya" olaraq adlandırılırdı.

(Davamı...)

baxmüzakirə etredaktə ettarixçə

20. Həftə
Altı günlük müharibə — 1967-ci ilin iyun ayının 5-dən 10-a qədər İsrail ilə qonşuları, Misir – o dövrdəki rəsmi adı ilə Birləşmiş Ərəb Respublikası, Suriyaİordaniya arasında baş vermiş hərbi münaqişə.

Birinci Ərəb-İsrail müharibəsindən sonra qonşu dövlətlər arasında münasibətlər normallaşmadı. İsrail Misirin 1950-ci ildən qapatdığı Tiran boğazını yenidən öz gəmilərinin keçişinə açmaq üçün 1956-cı ildə Sinay yarımadasını işğal etdi (İngiltərəFransanın yardımı ilə).

Bir müddət keçdikdən sonra İsrail buradan qoşunlarını geri çəkməyə məcbur oldu, lakin bunun müqabilində Misirlə Tiran boğazının həmişə açıq saxlanılması barədə razılıq əldə edildi.

(Davamı...)

baxmüzakirə etredaktə ettarixçə

21. Həftə
Azərbaycanın İstiqlal Bəyannaməsi — 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini rəsmən elan edən sənəd.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmiş və 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi ilə süquta uğradılmışdır. Onun yerində yaranan Azərbaycan Sovet Sosialist Respublikası sonradan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ-nin dağılmasından sonra, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamentinin qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur.

Azərbaycan dilində ərəb əlifbası ilə tərtib olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan və fransız dillərində orijinal nüsxələri isə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarix Muzeyində saxlanılır.

(Davamı...)

baxmüzakirə etredaktə ettarixçə

22. Həftə

Saytda 113 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024