Vikipediya:Həftənin seçilmiş məqaləsi/43. Həftə 2022 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/43. Həftə 2022 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/43. Həftə 2022

Böyük Moğol imperiyası1526-1857-ci illər arasında mövcud olmuş və əsası Teymurilər sülaləsindən olan Babur tərəfindən qoyulmuş türk dövləti. XVI əsrin əvvəlində Şimali Hindistan Böyük Moğol İmperiyasının təsiri altına düşdü. Moğollar yerli idarə üsulunu tamamilə aradan qaldırmadı və bunun əvəzinə daha balanslaşdırılmış, mərkəzləşdirilmiş və vahid sistemə malik bir idarə üsulu bərqərar etdilər.

Xüsusilə Böyük Əkbərin hakimiyyəti illərində özlərinin tarixi qəbilə əlaqələrini qoruyub saxlamaqla onlara tabe olan ərazilər çərçivəsində fars mədəniyyətini öz mədəniyyələri ilə birləşdirdilər. Moğolların iqtisadi siyasəti kənd təsərrüfatından gələn gəlirə əsaslanırdı. Vergilər əsasən möhkəm nizamlanmış gümüş valyuta ilə ödənilirdi, bu isə əkinçilərin və sənətkarların böyük əmək bazarına daxil olmasına kömək edirdi. İqtisadiyyatda nisbi sabitlik XVII əsr ərzində imperiya tərəfindən qorunub saxlanıla bildi.

(Davamı...)


Saytda 187 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024