Vikipediya:Həftənin seçilmiş məqaləsi/45. Həftə 2014 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/45. Həftə 2014 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/45. Həftə 2014

Alatoran Saqa: Yeni Ay — daha çox "Yeni Ay" kimi tanınan, 2009-cu ildə, yazıçı Stefani Mayerin 2006-cı ildə nəşr olunmuş “Yeni Ay” romanı əsasında çəkilmiş romantik fentezi filmidir. Alatoran filmlər seriyasının ikinci filmi olan “Yeni Ay” 2008-ci ildə çəkilmiş “Alatoran” filminin davamıdır.

Alatoran filminin qazandığı böyük uğurdan sonra, 2008-ci ilin noyabrında “Summit Entertainment” “Yeni Ay” filmi üçün yaşıl işıq yandırmışdı. Kris Veytz tərəfindən çəkilmiş filmdə Edvard Kallen, Bella SvonCeykob Blek obrazlarını müvafiq olaraq Robert Pattinson, Kristen StüartTeylor Lotner canlandırmışdır. “Alatoran” filmində olduğu kimi, “Yeni Ay” filmində də ssenarinin yazılması işini Melissa Rozenberq öz öhdəsinə götürmüşdür. Çəkilişlər 2009-cu ilin martında Vankuverdə başlamış, may ayında isə İtaliyanın Montepulçiano şəhərində davam etdirilmişdir. Film, 20 noyabr 2009-cu ildə dünyanın bir çox ölkələrində vizyona girmiş, ilk həftəsində 26.3 milyon $ toplayaraq daxili baxış miqdarına görə rekord qırmış və onun rekordu yalnız, Alatoran filmlər seriyasından olan növbəti film, Alatoran. Saqa: Tutulma tərəfindən təzələnmişdir.

(Davamı...)


Saytda 203 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024