Vikipediya:Həftənin seçilmiş məqaləsi/52. Həftə 2021 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş məqaləsi/52. Həftə 2021 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş məqaləsi/52. Həftə 2021

Ketlin OsmondKanadanı təmsil edən fiqurçu Ketlin Osmond 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilən XXII Qış Olimpiya Oyunlarında gümüş medala (komanda), 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında isə qızıl (komanda) və bürünc (fərdi) medallara sahib olub. Osmond həm də 2018-ci ildə İtaliyanın Milan şəhərində keçirilmiş Dünya çempionatında qələbə qazanıb. Bununla da o, 1965-cı ildə Petra Burhanın Dünya çempionatının qalibi olmasından 45 il sonra bu uğura imza atan növbəti Kanada idmançısı olub.

Ketlin Osmond 2017–2018-ci illər mövsümündə ISU Qran-Pri finalının bürünc medalını da qazanıb. 2016-cı ildə Çin Qran-prisinin gümüş, 2017-ci ildə Fransa Qran-prisinin bürünc, 2012 və 2017-ci illərdə Kanada Qran-prisinin qızıl, 2016-cı ildə isə Kanada Qran-prisinin gümüş medallarına sahib olan Ketlin Osmond "Autumn Classic", "Finlandia Trophy" və "Nebelhorn Trophy" yarışlarında da qalib gəlib.

Ketlin Osmond həm də 2013, 2014 və 2017-ci illərdə Kanada çempionatının qızıl medallarına layiq görülüb.

Karyerası ərzində 37 yarışa qatılan Ketlin Osmond onların 11-də qızıl medal, 6-da gümüş medal, 6-da isə bürünc medal qazanıb. O, 2014-cü ildə Kanadanın "Nyufaundlenda və Labradora" ordeni ilə təltif edilib.

(Davamı...)


Saytda 184 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024