Vikipediya:Həftənin seçilmiş siyahısı/13. Həftə 2019 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş siyahısı/13. Həftə 2019 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş siyahısı/13. Həftə 2019

Latviya Prezidenti — (latış. Latvijas Valsts Prezidents‎) – Latviyanın ali dövlət vəzifəsi. Latviya Prezidenti dövlətin başçısı hesab olunur. Latviya Prezidenti, vəzifəyə Latviya Parlamentində (Seymi) baş tutan seçki yolu ilə təyin olunur. Latviya Seyminin 100 üzvü bir neçə mərhələdən ibarət olan seçki yolu ilə bir nəfəri dörd il müddətinə Latviya Prezidenti vəzifəsinə seçir. Latviya Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il iyulun 8-dən başlayır və dörd il sonra başa çatır.

2015-ci il iyulun 8-dən Latviya Prezidentinin səlahiyyətlərini Raymonds Veyonis icra edir. Onun səlahiyyət müddəti 2019-cu il iyulun 8-də başa çatır.

2019-cu ilin iyun ayında Latviya Seymində növbəti Prezident seçkilərinin baş tutması gözlənilir.


Saytda 263 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024