Vikipediya:Həftənin seçilmiş siyahısı/37. Həftə 2017 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş siyahısı/37. Həftə 2017 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş siyahısı/37. Həftə 2017

Merilin Monronun filmoqrafiyasıamerikalı kinoaktrisa Merilin Monronun çəkilmiş olduğu filmlər haqqında məlumatları özündə cəmləşdirir. 1945-ci ildə Monro fotomodel karyerasına başlayıb, 1946-cı ildə isə Fox kino şirkəti ilə bir illik müqavilə imzalayıb və bu şirkətin bir neçə az tanınan filmlərində epizodik rollarda görünüb. O, özünün ilk baş rolunu 1948-ci ildə Columbia studiyasının az büdcəli müzikli olan "Xor qadınları" filmində oynayıb.

Bu film Monronun danışdığı, həm də oxuduğu ilk film olub. 1949-cu ildə o Marks qardaşlarının "Xoşbəxt məhəbbət" filminin reklam kompaniyasında iştirak etmiş və epizodik rol oynamışdır. 1950-ci ildə "Asfalt cəngəllik" və "Yeva haqqında hər şey" filmləri ekranlara çıxdıqdan sonra, Monro tənqidçilərin diqqətini cəlb edib. Bu epizodik rollardan sonra aktrisa 20th Century Fox kino şirkəti ilə, həftədə 750 dollar məvacib şərti ilə uzunmüddətli müqavilə imzalayıb.


Saytda 94 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024