Vikipediya:Kənd meydanı/Arxiv/Fevral/2016 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Kənd meydanı/Arxiv/Fevral/2016 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Kənd meydanı/Arxiv/Fevral/2016

Laboratoriya

Salamlar. Təklif edirəm ki, Laboratoriyanın dizaynında kiçik dəyişiklik edib bu hala salaq: İstifadəçi:White Demon/Laboratoriya. Bu dizaynla düşünürəm ki, laboratoriya daha səliqəli görünər, həm də daha rahat olar. Həm də sıxlıq problemi qalxar. Əgər istifadəçilərin çoxu razıdırsa, laboratoriyanı bu hala salım, {{SMLnam}} şablonunda da uyğun dəyişikliyi edim. (Sefer azeri, Keete 37, Azerifactory, Nicat49?)--Serka@nl@nd 14:20, 27 yanvar 2016 (UTC)

Məncə əladır. --Araz Yaquboglu (müzakirə) 15:00, 27 yanvar 2016 (UTC)
+  Lehinə: Mən razı, çox xoşuma gəldi) --Keete 37 (Farid Aliev) (müzakirə) 15:07, 27 yanvar 2016 (UTC)
+  Lehinə: Məndə lehinəyəm. Sıxlıq problemini həll edə bilər.--Nicat49 (müzakirə) 16:47, 27 yanvar 2016 (UTC)
+  Lehinə: çox gözəl, işimizi rahat edəcək. --Мурад 97 (müzakirə) 16:59, 27 yanvar 2016 (UTC)
Mənim də xoşuma gəldi. Rahatdı.--samral müzakirə 19:22, 27 yanvar 2016 (UTC)
+  Lehinə: Mən razı. Very compact.--Azerifactory (müzakirə) 23:58, 27 yanvar 2016 (UTC)
+  Lehinə: Çox əla fikirdir. --Aabdullayev851 (müzakirə) 08:19, 28 yanvar 2016 (UTC)
+  Lehinə: Çox gözəl! --►Asiya səfiri Cekli 08:34, 28 yanvar 2016 (UTC)
+  Lehinə:--Asparux Xan Bulqar (müzakirə) 15:47, 28 yanvar 2016 (UTC)
+  Lehinə:--Namikilisu 18:33, 1 fevral 2016 (UTC)

Gazete Taslağı

  Kullanabilirsiniz.. Aguzer (müzakirə) 15:43, 1 fevral 2016 (UTC)

Təşəkkürlər Aguzer [1]--Serka@nl@nd 16:00, 1 fevral 2016 (UTC)
Önemli değil. Daha da yaparım inşallah.. :) Aguzer (müzakirə) 21:14, 1 fevral 2016 (UTC)

Bəzi tarixi-mübahisəli məsələlər

Əksər vikilərdə XVIII-XIX əsrlərdə Qafqaz ərazisində mövcud olmuş xanlıqlar haqqında olan məqalənin adı "Qafqaz xanlıqları"dır[2], nəinki Azərbaycan xanlıqları. Nəzərə alsaq ki, tarixən Azərbaycan Araz çayından cənuba, təxminən Əhərdən Zəncana qədər olan ərazilərə deyiblər, onda biz də gərək müvafiq məqaləni Qafqaz xanlıqları məqaləsi adlandıraq. Ya da XVIII-XIX əsrlərdə Qafqazda mövcud olmuş feodal dövlətləri mənasını verəcək başqa bir başlıq. (Niyə xanlıq yox, feodal dövlətləri? Çünki o dövrdə təkcə xanlıqlar olmayıb. Sultanlıqlar, camaatlıq, şamxallıq, üsmilik, vilayət (ərazi), federasiya və s. olub.) O dövrdə Dərbənddən Zəncana qədər olan ərazilərə Azərbaycan deyilməsi anlayışı olmayıb ki, biz götürüb sırf öz tarixçilərimizin və ya öz tarix kitablarımıza istinad edib, o dövrdə mövcud olmuş xanlıqlara məhz "Azərbaycan xanlıqları" deyək. Bu başlıq tərəfli və ən əsası dəqiqləşdirməyə ehtiyacı olan başlıqdır. Hələ + məsələn Xoy xanlığını kürd, Lənkəran (Talış) xanlığını da talış əsilli tayfalar idarə edib. Bundan əlavə Qaraqaytaq və ya Qaytaq üsmiliyi, Qazıqumuq, Avar, Mextuli xanlıqları, Tərki, Qazıqumuq şamxallıqları, Tabasaran vilayəti və s. ümumiyyətlə nəinki müasir Azərbaycan Respublikası ərazisində, heç ümumiyyətlə pantürküstlərin iddiya etdiyi Böyük və ya Bütöv Azərbaycan ərazisində belə olmayıb. Bu şey monqol yürüşlərinə də aiddir.[3][4][5] Bu şablondan da görə bilərik ki, enviki başda olmaqla heç bir vikidə "Monqolların Azərbaycan yürüşləri" deyə məqalə yoxdur. Çünki o vaxtı nə Dərbənddən Zəncana qədər Azərbaycan anlayışı olub ki monqollar sırf bu ərazilərə yürüş edələr, nə də ki monqolların sırf tarixən Azərbaycan adlandırılmış Əhərdən Zəncana qədər olan ərazini əhatə edən yürüşü olmayıb. Bir ara Slavyanların Azərbaycana yürüşləri başlıqları ilə də 1-2 məqalə yaradılmışdı. Sağolsun Kim Yushin bu mövzuda normal bir məqalə yaradıb bu anlaşılmazlığı müəyyən qədər aradan qaldırdı. Amma bu tip problemlər gördüyünüz kimi hələ də qalmaqdadır.--samral müzakirə 21:32, 2 fevral 2016 (UTC)

Sefer azeri, Sabuhi from Baku, Shahrux, Melikov Memmed.--samral müzakirə 21:39, 2 fevral 2016 (UTC)
Hörmətli Samral tarixən....olub filan bu artıq ümumi danışıqdır: məsələ belədir ki, hər konkret dövr üçün konkret inzibati sərhədlər var və ümumiyyətlə sərhədlər vilayət, əyalət (məmləkət) olaraq fərqli olur. Gələk mövzuya: Nadir şah öləndən Georgiyevsk traktatına qədər nominal da olsa Gürcüstan və Kaxet vilayətləri Azərbaycan məmləkətinə daxil olub. Rusiya-Osmanlı-Səfəvi/Əfşarlar arasında bağlanılmış müqavilələrdə, 1770-ci ildə Kartli/Gürcüstan və Qaxet xanı/mepesi/kralının Rusiya imperatoru adına göndərdiyi məktubda ölkəsinin təsviri (gürcücə və rusca orjinal mətni varımdır) açıqca deyilir ki, Gürcüstan Azərbaycanda vilayətdir. Əlavə olaraq Bronevskiyin təfsilatlı təsviri var: və dəqiqliklə yazıb ki, Arazdan quzeydəki xanlıqlar Azərbaycana aiddir. Natamam da olsa Azərbaycan (tarixi ərazi) adlı məqalə var ora da baxa bilərsiz. Xoy xanlığını idarə edən dünbililər yalnız ehtimala (Şərəfnamədə yazılan) görə (yezidi) kürddülər (ikinci ehtimalda isə Şərəf xan ərəb ola biləcəklərini yazıb), Şərəfnaməni hazırda tədqiq etdiyim üçün qeyd edim ki, yenə bunu özünüz oxuya bilməyiniz üçün 1967-ci il rusca nəşrin ilk cildinə baxmalısız. Talış xanlığını (?) Türkmənçay və Gülüstan müqavilələrini görmüsüz ? Yəni farsca olanları ? Talış/Lənkəran xanlığını idarə edənlər talış olub təkcə :)) bax bunu hələ isbat etmək lazımdır: xanların özləri əslən ərəbdilər. Bəylərdən isə həm türk həm də talış olanlar olub. Yenə xüsusiylə qeyd edim: ümumi iradlar mənasız ümumi müzakirəyə səbəb olur: konkret xanlıqlar dövründən bəhs edirsizsə mən istinadları göstərməyə hazıram: rahatlıqla Azərbaycan xanlıqları yaza bilərsiz :)) . Birdə ki, ingiliscə vikidə məqalə Qafqazdakı xanlıqlardan bəhs edir hansısa bir istifadəçi səhvən intervikini səhv birləşdiribsə (ingiliscə məqalənin titul hissəsinə baxdıqda aydın olur ki, məlumatsız biriləri aidiyyatı olmayan genişləndirmə edib qarışıqlıq yaradıblar) bunun bizim dildə olan məqaləyə nə dəxli var ? Ordakı digər dillərə vikikeçidləri görməzlikdən gəlirsiz ? Açıqca görünür ki, problem texnikidir. "...heç ümumiyyətlə pantürküstlərin iddiya etdiyi Böyük və ya Bütöv Azərbaycan..." bu nə deməkdir ? : məqalənin adı da məğzi də müxtəlif dövrlərdə Azərbaycan adlı ölkənin sərhədlərindən bəhs edir, siz isə etnik xarakteri bir kəliməsi belə uymayan məqalənin adına yazırsız.--Asparux Xan Bulqar (müzakirə) 22:12, 2 fevral 2016 (UTC)
Nəzərə almaq lazımdır ki, Vikipediyada etibarlı mənbəyi olan hər məlumat verilməlidir. Bu mənada "Azərbaycan xanlıqları" Nadir şahın ölümündən sonra Azərbaycan ərazisində (tarixi və müasir) yaranmış xanlıqları bildirmək üçün dilimizdə istifadə edilir və elmi ədəbiyyatda da var. Biz farslar kimi Təbriz, Ərdəbil xanlıqlarına "Azərbaycan xanlıqları", Bakı, Şamaxı xanlıqlarına isə "Qafqaz xanlıqları" demirik. Hətta rusca vikipediyadan silə bilməyiblər (ru:Азербайджанские ханства).--Melikov Memmedemail 11:04, 3 fevral 2016 (UTC)
Azərbaycan xanlıqları olmalıdır. Qafqaz xanlıqları ifadəsindən nadir hallarda istifadə olunur. Şəxsən mən daha çox elə Azərbaycan xanlıqları ifadəsi ilə rastlaşıram. Həm də digər vikilərdə də əsasən Azərbaycan xanlıqları adından istifadə olunur, hətta EnViki-də məqalənin girişində bu ad qeyd olunur.--Serka@nl@nd 11:11, 3 fevral 2016 (UTC)
Monqollar heç vaxt Azərbaycan adlı dövlətinə hücum etməyib, o vaxt heç bu adda dövlət də olmayıb, ancaq coğrafi yer adı kimi tarixi Azərbaycan var, müasir Azərbaycan dövləti var; bu mənada, məsələn, respublikamızın məktəblərdə "monqolların Azərbaycan ərazilərinə hücumları" haqqında çox normal olaraq məlumat verilməlidir. "Monqolların Azərbaycan ərazilərinə yürüşləri" başlığı ilə həm tarixi, həm də müasir Azərbaycan Respublikası ərazilərinə monqol hücumları haqqında yazmaq olar. Ancaq razıyam, mənbə əsasında ad verilməsi daha düzgün olardı --Melikov Memmedemail 12:21, 3 fevral 2016 (UTC)
samral müzakirə envikidə yazılıb ki, Talış xanlığının qurucusu Səfəvi sülaləsindən olub, hansı ki mənşəcə azərbaycanlıdır, yəni onlar da Azərbaycan sülaləsi sayılır. Məqalənin adının dəyişməyinə gəldikdə isə ruvikidəki ermənilər belə hələ Azərbaycan xanlıqları adının dəyişməsinə nail ola bilməyib. Ona görə də qalsın.--Shahrux (müzakirə) 13:40, 3 fevral 2016 (UTC)

I Mustafa

I Mustafa məqaləsində son edilən dəyişiklikləri idarəçilərdən biri geri qaytarsın xahiş edirəm. --Aabdullayev851 (müzakirə) 14:37, 3 fevral 2016 (UTC)

Səhv

Kelvinqrov parkında redaktə sözü nədənsə böyük şriftlərlə yazılıb və oranı redaktə etmək olmur.--Azerifactory (müzakirə) 18:07, 3 fevral 2016 (UTC)

Keçən dəfə Ayətullah Kuhkəməri məqaləsində də belə olmuşdu, sağolsun Serka@nl@nd düzəltdi. Ümumiyyətlə neçə vaxtdır trvikidə də bəzi məqalələrdə bu problemi görürəm. Sistemdən qaynaqlanan xətadı nədisə.--samral müzakirə 19:14, 3 fevral 2016 (UTC)
Bəli sistemlə bağlıdır məncə də. Vikikitabda da son günlər bu deyilən tez-tez baş verir. --Araz Yaquboglu (müzakirə) 04:53, 4 fevral 2016 (UTC)
Düz dediz. Problem getdi.--Azerifactory (müzakirə) 12:07, 4 fevral 2016 (UTC)
Azerifactory, sadəcə olaraq Əsas redaktəyə basıb heç nə dəyişdirmədən yenidən yadda saxladım qeyd etdiyiniz səhifəni. Tarixçəyə də düşmür bu redaktə.--Serka@nl@nd 12:14, 4 fevral 2016 (UTC)

Vikipediya:İdarəçi statusuna ərizələr/Azerifactory

Xahiş edirəm, bura baxın Vikipediya:İdarəçi statusuna ərizələr/Azerifactory--Azerifactory (müzakirə) 23:37, 4 fevral 2016 (UTC)

Stüard seçkiləri

Həmkarımız Cekli829 növbəti dəfə stüardlıq üçün namizədliyini irəli sürüb. Lütfən münasibət göstərin.--Serka@nl@nd 14:25, 8 fevral 2016 (UTC)

Səsvermə səlahiyyətim var?--Yusif Sərrac (müzakirə) 15:18, 8 fevral 2016 (UTC)
Yusif Sərrac, yoxladım, hüququnuz var, səs verə bilərsiz.--Serka@nl@nd 15:43, 8 fevral 2016 (UTC)
Səs verdim, uğurlar --Azerifactory (müzakirə) 04:43, 9 fevral 2016 (UTC)

ARV

English Wiki-də "arv" adlı hər idarəçinin üzərində vandalizmi tez şikayət etmək üçün funksiya var. Bizdə də belə şey olsa çox yaxşı olar.--Azerifactory (müzakirə) 04:33, 9 fevral 2016 (UTC)

Yaxşı və seçilmiş məqalə statusunun geri alınması

Bu məsələ müzakirə olunsa da, orta da dəyişiklik olmayıb. Gəlin vaxt itirməyib, Numerologiya, Almaniya, Pol Sezan, Call of Duty 4: Modern Warfare kimi məqalələrin statusunu dəyişək. Orda həddindən artıq çox səhvlər var və bizdə bunun YM və SM olması, məncə biyabırçı haldır.--Azerifactory (müzakirə) 04:42, 9 fevral 2016 (UTC)

Həmin məqalələrə ötəri göz gəzdirdim. Sizinlə həmfikirəm. Məqalə üzərində işləmiş şəxslər ya da indi işləmək istəyəcək şəxslərə statusun geri alınması müddətində məqaləni uyğun standarta adaptasiya etdirməsi üçün şans verilməli əgər bu məsələdə irəliləyiş əldə olunmazsa onda statuslar geri alınmalıdır: şəxsi düşüncəm belədir.--Asparux Xan Bulqar (müzakirə) 08:20, 9 fevral 2016 (UTC)

Kino ya film?

Salam. Azvikidə Portal:KinoVikipediya:Layihə:Kino mövcüddur. Lakin bunlar uzun müddətdir yenilənmir. Mən isə bunlardan xəbərim olmadan Vikipediya:VikiLayihə Film adlı yeni layihə yaratmışam. İndi belə bir sual meydana çıxır. Biz kino ya film adından istifadə etməliyik? Xahiş edirəm öz fikirlərinizi bildirin. --Aabdullayev851 (müzakirə) 06:38, 11 fevral 2016 (UTC)

Uzatmadan deyim: Film.--Serka@nl@nd 10:50, 11 fevral 2016 (UTC)
"Layihə" adlar fəzası almaq lazımdır bizim viki üçün. Özü-özlüyündə "Portal", "Şablon", "Kateqoriya", "Vikipediya" kimi müstəqil ad fəzası olmalıdır. İndi yaratdığınız bütün layihə səhifələri "Vikipediya" adlar fəzasında yaranır ki, bu da yanlışdır. Yəni qısacası Portal:Kino olduğu kimi, Vikipediya:Layihə:Kino deyil, birbaşa Layihə:Kino olmalıdır. İndi layihə ad fəzası olmadığı üçün bunu yaratsanız, adi məqalə səhifəsi kimi yaranacaq. --Sortilegus (müzakirə) 11:15, 11 fevral 2016 (UTC)
Sortilegus, əslində mümükündür, bu səhifəyə müraciət etmək lazımdır. Nə deyirsiz, edək?--Serka@nl@nd 12:47, 11 fevral 2016 (UTC)
Lazımdı. Sözün düzü o fabrikatorla mənim heç "alış-verişim" olmayıb. Ona görə bacarsan sən elə. Lazımlı bir şeydir. Amma indi diqqət edirəm ki, kənd meydanı səhifəsi elə "layihə" adlar fəzasındadı. Bilmirəm o ad fəzası verilib bizə, sadəcə aktiv deyil, yoxsa necə. --Sortilegus (müzakirə) 22:40, 11 fevral 2016 (UTC)

WikiLove / VikiRəğbət

Hər kəsi salamlayıram! Bu yaxınlarda Fabrikatora müraciət edib AzViki üçün VikiSevgi/WikiLove uzantısının aktivləşdirilməsi üçün müraciət etmişəm. İngilis və ya türk Vikipediyalarında görmüsüz. İstifadəçi səhifəsinin üzərində ürək işarəsi olur, həmin ürək işarəsinə basmaqla həmin istifadəçini mükafatlandırmaq üçün pəncərə açılır. Qısaca, istifadəçi mükafatlandırmaq üçün nəzərdə tutulmuş uzantıdır (Daha ətraflı: Meta). Sadəcə olaraq, Fabrikatorda bildirildi ki, əvvəlcə konsensus əldə olunmalıdır. Lütfən, əgər bu uzantının aktiv edilməsinə razısınızsa {{Lehinə}} , razı deyilsinizsə {{Əlehinə}} şablonlarından istifadə edərək fikir bildirin ki, qarşı tərəf də razı olub-olmadığınızı başa düşsün.

P.S. uzantını tərcümə etməkdə kömək etmək istəyənlər: [6]--Serka@nl@nd 11:05, 11 fevral 2016 (UTC)

VikiSevgi adı türkcədən götürmədir, onlarda eşq ilə yanaşı hörmət, bağlılıq da bildirir (love kimi), ancaq bizim dildə bu məhəbbətdir, sevgi isə eşq mənasındadır, VikiSevgi VikiEşq deməkdir. Burada isə VikiLove VikiRəğbət, VikiTəşəkkür, VikiSimpatiya, VikiMəhəbbət mənasındadır. — Bu imzasız yazı Melikov Memmed (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;
Yox N "Love" sözünün ingilis dilindən ilkin tərcüməsi "Sevgi"-dir. Həm də ad türkcədən götürülməyib. "Məhəbbət" və "Eşq" uyğunsuz görünür. Simpatiya, Təşəkkür, Rəğbət isə "Love" sözünün tərcümələrindən biri deyil. Ən uyğun variant VikiSevgidir.--Serka@nl@nd 13:27, 11 fevral 2016 (UTC)
"Love" sözünün ingilis dilindən ilkin tərcüməsi а) любовь, приязнь, симпатия; привязанность. Biri deyil dediyiniz lüğətdə belə "ülfət" var. AzVikidə "Baş səhifə" əvəzinə "Ana səhifə" yazılması türkcə vikipediyanın təsirinin əyani sübutudur. Təklif edirəm tərcümədə "love" və "appreciation" sözləri "ehtiram" və "rəğbət" sözləri ilə verilsin.--Melikov Memmedemail 14:09, 11 fevral 2016 (UTC)
+  Lehinə:--Serka@nl@nd 11:05, 11 fevral 2016 (UTC)
+  Lehinə:--Asparux Xan Bulqar (müzakirə) 11:10, 11 fevral 2016 (UTC)
+  Lehinə:--Aabdullayev851 (müzakirə) 12:19, 11 fevral 2016 (UTC)
+  Lehinə:--sefer azeri 13:46, 11 fevral 2016 (UTC)
+  Lehinə: --Melikov Memmedemail 14:20, 11 fevral 2016 (UTC)
+  Lehinə: --Namikilisu 22:34, 11 fevral 2016 (UTC)
+  Lehinə:--Nicat49 (müzakirə) 23:35, 11 fevral 2016 (UTC)
+  Lehinə: VikiRəğbət sözü məncə də münasibdir. Ana SəhifəƏsas Səhifə edilsə çox yaxşı olar.--samral müzakirə 20:22, 14 fevral 2016 (UTC)
+  Lehinə:--Samir Rutulec (müzakirə) 20:26, 14 fevral 2016 (UTC)
  Bitərəf: --►Asiya səfiri Cekli 06:30, 15 fevral 2016 (UTC)
  Bitərəf:--Azerifactory (müzakirə) 10:50, 16 fevral 2016 (UTC)

Film məqalələri

Tutaq ki, mən burada fəal deyiləm. Deməli Səfər kimi idarəçi yaratdığım bütün məqalələri silməlidi, Azərbaycan kinosunun məlumat arxivini məhv eləməlidir. Belə getsə eyni vandalizmlə qarşılaşacaq yaratdığı "dəyərli" məqalələrdə. Burada deməli qayda var da hərə öz işini qorumalıdır. Səfər kimilərinin əl-qolunu açan kimdirsə ona deyirəm bunun fəaliyyətini dayandırsın, əks təqdirdə hər yola əl atacam.

--Vüsal Ağayev (müzakirə) 21:23, 14 fevral 2016 (UTC)

Vikipediya Azərbaycan kinosunun məlumat arxivi deyil, ensiklopediyadır və yaradılan bütün məqalələr qaydalara uyğunlaşdırılmalıdır. Ensiklopedik əhəmiyyətlilik tələblərinə cavab verməyən bütün məqalələr silinməlidir. Zəhmətinizin hədər getməməsi üçün məqalə yaradarkən Vikipediyanın qaydalarını əsas götürün. Azərbaycan kinematoqrafiyası üçün elə çox canınız yanırsa, ucuzvari bir domen alıb istədiyiniz məlumatları orda yerləşdirin, öz qaydalarınızı da necə istəyirsiz tətbiq edin. Vikipediyada isə yalnız ensiklopediyanın hamı üçün bərabər olab qaydaları əsasında fəaliyyət göstərilməlidir. Başqa istifadəçilərə müraciət edərkən də, ədəb qaydalarını gözləyin. Bura çayxana deyil. --sefer azeri 21:41, 14 fevral 2016 (UTC)

Çayxana deyilsə, çayxanaya döndərmə. Geylərin məqalələri Azərbaycan kinosunun film məqalələrindən daha üstündür? Sənin məqsəd və məramın hamıya bəllidir. Xəbərdarlığımı eləmişəm. Bura dərəbəylik məkanı deyil. Mənə ədəbi öyrədə bilən ən axırıncı adam sənsən. Yazdıqlarına fikir ver

--Vüsal Ağayev (müzakirə) 21:56, 14 fevral 2016 (UTC)

Hörmətli Vikipediyaçılar: idarəçilər və aktiv istifadəçilər! Vüsal bəyin sözlərinə qoşuluram. Məncə, heç bir səbəb idarəçiyə diktə etmir ki, qeyri-ensiklopedik xarakteri daşımayan film məqalələrini ucdantutma silməyə başlasın. Vikipediyada belə bir halla rastlaşdığıma çox təəssüf edirəm. Deməli Sefer azeri-nin apardığı mənasız "təmizləmə"dən belə çıxır ki, xarici film məqalələri ensiklopedik, yerli film məqalələri isə qeyri-ensiklopedik xarakter daşıyır?! Belə yanaşma haradan yaranır? Əgər vaxtilə vikipediyada aktiv fəaliyyət göstərmiş istifadəçi öz işi ilə bütün Azərbaycan kinosu tarixini əks etdirən filmləri məqalə kimi yaradıbsa bu, şübhəsiz ki, yalnız alqışlanmağa layiqdir. Filmlərin tanınmış və ya tanınmamış olmasının məsələyə nə dəxli var? Silinən məqalələrin içində hətta Azərbaycanın bir çox tammetrajlı bədii filmləri haqqında məqalələr var. Nəyə görə onlar silinməlidir? Əgər məqalənin çatışmayan cəhəti varsa, ora müvafiq şablon qoymaq məqsədəuyğundur. Hesab edirəm ki, bu işlər yalnız bizim işimizə zərər gətirir. Bir daha qeyd edirəm, silmək əvəzinə çatışmayan cəhətləri əlavə etmək gərəkdir! --Babək Akifoğlu (müzakirə) 21:58, 14 fevral 2016 (UTC)

Məlum şəxs tərəfindən silinən və Babək tərəfindən bərpa olunan "Abbas Səhhət (film, 2007)" məqaləsi önəmsizdir, amma başlarına tac etdikləri "Pirsinq" məqaləsi önəmlidir eləmi? )) — Bu imzasız yazı Vusal1981 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Tək kino məqalələri deyil ki. Vikipediya məqaləsini açır-baxır - bu adda jurnalist tanımıram, belə filmə baxmamışam, belə müğənni eşitməmişəm - silir məqaləni, məqalə gedir işinin dalınca. Xeyri yoxdur iradların. Silməkdən asan nə var ki? --Sortilegus (müzakirə) 22:16, 14 fevral 2016 (UTC)

Burada dəqiq olaraq hansı məqalələrin silməsi haqqında söhbət aparılır? Misal verə bilərsiniz? Yoxsa bu müzakirə ancaq "ay flankəs belə pisliyi elədi", "ay, bu flan qaydaya hörmət etmir" kimi boş-boş ittihamların ətrafında fırlanmağa davam edəcək? Məncə AzVikidə qeyri-ensiklopedik üslubda yazılan kino məqalələri ciddi bir məsələdir. Misal üçün, belə məqalələr məncə silinməlidir. Bunu müzakirə etməyə də hazıram. Lakin, gərək biz bu cür məqalələrin özünü təhlil edək, bir-birimizi yox. --Мурад 97 (müzakirə) 22:33, 14 fevral 2016 (UTC)

Xeyr, məsələnin mahiyyəti burasındadır ki, söhbət bu tipli boş məqalələrdən getmir. Zənginləşdirilməsi mümkün olan Qəribə adam (film, 1979), Abşeron ritmləri (film, 1970), Bircəciyim (film, 1986), Doğma xalqıma (film, 1954), Evin kişisi (film, 1978), Araqarışdıran (film, 1987), Anın quruluşu (film, 1980), Anlamaq istəyirəm (film, 1980), Aşkarsızlıq şəraitində... (film, 1986), Ləqəbi "İKA"dır, Qaladan tapılan mücrü (film, 1982) və başqa çox mühüm filmlər haqqında məqalələr var ki, onlar da silinmişdi. Onların içində böyük rejissor Roman Karmenin Bakıda çəkdiyi film, Azərbaycanın ilk rəngli filmi kimi tarixə düşmüş film, Azərbaycanın ABŞ-Belarus-Özbəkistan-Rusiya və digər ölkələrlə müştərək çəkdiyi filmlər də var. Onları həmişə zənginləşdirmək mümkündür. Həmin filmlər 1-2 dəqiqəlik reklam roliki deyil, onların içində hətta ikiseriyalı bədii filmlər də var. Bəzi filmlər Azərbaycan kinosunda mühüm mərhələ rolunu oynayıb. Azərbaycan kino tarixinə yaxından bələd olan şəxs kimi hesab edirəm ki, bu və bir çox silinən səhifələrin zənginləşdirilməsi mümkündür və vacibdir. Belə olan halda, böyük problem edib məqalələri silməkdənsə, onlara yalnız "Film-qaralama" şablonu qoymaq kifayət edər. --Babək Akifoğlu (müzakirə) 22:56, 14 fevral 2016 (UTC)
Vüsal Ağayev mənim məqsəd və məramımın nə olmasının nə sizə, nə də başqa bir adama dəxli yoxdur. Mən yaratdığım bütün məqalələrdə maksimum dərəcədə Vikipediya qaydalarına riayət olunmasına çalışıram, ensiklopedik əhəmiyyətliyi şübhə doğuran heç bir mövzuda məqalə yaratmıram. Pirsinq məqaləsinə gəlincə, məqaləni nümunəvi ensiklopediya məqaləsi hesab eləmək olar, məqalənin müəllifi mən yox Keete 37dir, mən sadəcə məqalənin vizualizasiyasında yoldaşa kömək etmişəm, eləcə də başqa istifadəçilərə dəfələrlə, başqa məqalələrin tərtib olunmasında kömək edirəm. Bütün bunların isə müzakirə olunan məsələyə heç bir dəxli yoxdur və sizdən şəxsləri yox, konkret mövzunu müzakirə etmənizi xahiş edirəm. Yuxarıda özlərini vətənpərvər, məni isə vətən xaini kimi təqdim eləməyə çalışan yoldaşlara üzümü tutub demək istəyirəm ki, sırf statistika naminə yaradılmış boş məqalələri müzakirə etməkdənsə elə sizin tərəfinizdən yaradılmış, həqiqətən də IMDb balına görə yüksək əhəmiyyətli filmlər kimi qiymətləndirilən, lakin məqalələri qaralama vəziyyətində olan filmlərə diqqət ayrısınlar. Azvikidə kifayət qədər [7], [8], [9], [10] bu cür məqalələr var. Yaradıb ortaya çıxardığınız ən yaxşı məqlə budur [11] ki, bu da bərbad gündədir. Mövzuya gəlincə, konkret olaraq hansı məqalələrin silinməsindən bəhs edildiyinin aydın olması üçün belə bir siyahı yaratdım. Məsələ burasındadır ki, bu yaxınlarda azvikidə Film layihəsi yaradılıb. Layihə çərçivəsində film məqalələrini təftiş edərək onların əhəmiyyətliyi və məqalənin vəziyyəti ilə bağlı məlumatları dəqiqləşdiririk ki, gələcəkdə bərbad vəziyyətdə olan məqalələrin zənginləşdirilib normal hala salınması ilə məşğul olaq. Siyahıda göstərdiyim məqalələrin nəyə görə silinməli olması məsələsinə gəlincə, əvvəlcə qeyd edim ki, yuxarıda Sortilegusun qeyd elədiyi kimi, məqalənin silinməli olduğunu deyərkən "bu adda film tanımıram" prinsipi ilə hərəkət eləmirəm.)) Birincisi Filmlərin eniklopedik əhəmiyyətliyi, ikincisi ümumi ensiklopedik əhəmiyyətlilik qaydalarına istinad edirəm. Ümumi ensiklopedik əhəmiyyətlilik qaydalarına görə, istənilən mövzuda məqalə yaradılarkən məqalənin içində heç olmasa bircə dənə mövzunun ensiklopedik əhəmiyyətliyini göstərən istinadı olmalıdı. İstinad edilən mənbə müstəqil (məqalə mövzusu olan işlə bağlı şəxslərin əsərləri, müsahibələri filan bu cür mənbə sayılmır), etibarlıyoxlanılabilən olmalıdır. Siyahıdakı məqalələrdə bir dənə də olsun bu cür istinad yoxdur. Filmlərin ensiklopedik əhəmiyyətliyi haqqında qaydaya görə isə filmlər haqqında məqalə yaradılarkən (hətta filmin ensiklopedik əhəmiyyətliyi şübhə doğurmasa belə), məqalənin gələcəkdə qaralama vəziyyətindən inkişaf etdirilməsinü mümkün edən mənbələrin olması mütləq nəzərə alınmalıdır. Yəni əgər məqalə elə qaralama vəziyyətində qalacaqsa yaradılmamalıdır. Haqqında kifayət qədər material olmayan ensiklopedik əhəmiyyətli filmlərin adı rejissor, prodüsser və ya filmi istehsal edən (istisna hallarda, müəllif hüquqluğunu alıbsa distribyutor şirkət də ola bilər) şirkət haqqında məqaləyə yönləndirilməlidir. Siyahıdakı filmlərin ensiklopedik əhəmiyyətliyi şübhə doğurmaqla yanaşı, onlar haqqında olan məqalələr də hamısı qaralama halındadır və mənbə yoxluğuna görə inkişaf etdirilməsi də mümkün deyil. Film məqalələri üçün stil kitabçasına əsasən, film məqalələrində yalnız aktyor heyətinin adı siyahı şəklində verilməli, ikinci dərəcəli yaradıcı heyətin adı (işıqçılar, sürücülər və sair texniki heyət) isə sadalanmamalıdır. Siyahıdakı məqalələrin həcmli görünməsi üçün məhz bu cür məlumat siyahı şəklində səhifəyə əlavə olunub, əgər ikinci dərəcəli heyətin adı səhifədən silinsə bir çox hallarda boş səhifələr alınacaq. Mövzu ilə maraqlanan yoldaşlardan xahiş edirəm, bir-iki gün vaxt versinlər hazırladığım siyahını tamamlayım, daha sonra müzakirə məhz həmin siyahı ətrafında aparılsın. Yoxsa, Мурад bəyin də yuxarıda qeyd elədiyi kimi, bir-birimizi müzakirə etdikcə söz-söhbət daha da uzanacaq. Əlavə olaraq qeyd edim ki, filmləri həmin siyahıya əlavə eləməmişdən əvvəl özüm də kiçik bir axtarış edirəm. Siyahıda olan filmlərin heç birinin IMDb səhifəsi yoxdur, adları yalnız pirat onlayn izləmə saytlarında xatırlanır, buna görə də haqqlarında heç bir məlumatı (adicə istehsal ili və ya aktyor heyətini belə) dəqiqləşdirmək mümkün deyil. Halbuki, haqqında kiçik bir məlumat olan filmlərin belə IMDB səhifələri var. Hörmətli Babək Akifoğlunun dediyinin əksinə olaraq, siyahıdakı məqalələrin "zənginləşdirilməsi mümkün" deyil. Əgər istifadəçilərdən kimsə, həmin məqalələrdən hər hansınınsa zənginləşdirilməsi üçün mənbələr bilirsə müzakirədə qeyd edər və məqaləni siyahıdan çıxararıq. Bundan başqa, siyahıdakı məqalələrin böyük bir hissəsi Mozalanın seriyalarıdır. Onlar haqqında da heç bir mənbə və ya məlumat tapmaq mümkün deyil, üstəlik teleseriallar və teleşouların seriyaları haqqında məqalələr müstəqil film kimi yaradılmalı deyil, yaradılmalıdırsa ensiklopedik əhəmiyyətlilik qaydaları gözlənilməlidir, heç olmasa bircə dənə normal istinadı olmalıdır və sair. Qısacası, ən qısa zamanda siyahını tamamlayıb məlumat verəcəm. Hörmətlə --sefer azeri 00:58, 15 fevral 2016 (UTC)

Sən çalışırsan ki, məni özümdən çıxarasan. Amma alınmayacaq. Bərbad olan "Bəxtiyar" deyil, o "gözəlləşdirdiyin", dayaq olduğun əxlaqi dəyəri sıfra bərabər olan "zəngin" məqalələrdir. Gör nə günə qalmışıq. İnanmağım gəlmir.

Qaydaları səndən yaxşı bilirəm. Saysız hesabsız film məqalələrini göstərə bilərəm ki, bəziləri də sənin dayaq durduğun mövzulardadır və heç bir esniklopediklik əhəmiyyəti yoxdur. Niyə, məsələn [bu ] məqaləni təftiş etmirsən, amma Azərbaycan kinosuna hücuma keçmisən? Məsələ aydındır.

Mənə get sayt qur deyirsən,bura arxiv deyil. Amma bura həm də cinsi azlıqların hüquqlarının müdafiə komitəsi deyil. O ucuzvari dediyin saytdan özün qur orada da istədiyini elə. Başqa idarəçi və istifadəçilərə isə deyirəm nə qədər vikipediya qaydalarına əməl etməyə çalışsaq da azərbaycanlı olduğumuzu unutmayaq. Belə qaydalardan dəm vuranların qarşısında olaq. Arşın mal alan yoxsa LGBT tarixi. Hansı silinməlidir? Vicdanınızı qoyun qabağınıza bu millətin adını qaldırın, alçaltmayın.

Yaratdığım məqalələr kütləvi silinsə mən də eyni kütləvi şəkildə siləcəm məlum məqalələri. Hətta idarəçinin idarəçiliyinin geri alınmasını səsverməyə çıxaracam. Daha bir də burada yazmağa vaxtım olmayacaq. Vəssalam!


--Vüsal Ağayev (müzakirə) 04:06, 15 fevral 2016 (UTC)

Bu şəkildə ucdantutma film məqalələrinin silinməsinə tam qarşıyam. Silməkdənsə bir az zəhmət çəkib istinadlarını qoymaq lazımdır. Məzmunu tam boş olan, mətnsiz filmləri silmək olar. --Araz Yaquboglu (müzakirə) 05:21, 15 fevral 2016 (UTC)

Vüsal Ağayevin haqlı etirazı ilə mən də razıyam. Xüsusilə də müvafiq idarəçinin idarəçiliyinin geri alınması təklifini dəstəkləyirəm. Mövcud məqalələri müzakirəsiz silmək qətiyyən doğru deyil. Hətta qaydalara uyğun deyilsə belə bu müzakirəyə çıxarılmalıdır. Əgər hamısı beləcə müzakirəsiz silinəcəksə, o zaman gəlin əvvəlcə Silinməyə namizəd səhifələr layihəsini silək. Əgər belə zəruri məsələlərdə o layihə istifadəsiz qalacaqsa, daha nəyə lazımdır ki? --►Asiya səfiri Cekli 06:50, 15 fevral 2016 (UTC)

Cənab Vüsal Ağayev, Sizin burada yenidən aktiv fəaliyyətə başlamanız çox sevindirici və olduqca təqdirəlayiq bir haldır, lakin mənə çox maraqlıdır - Sizin mənim tərəfimdən yaradılmış və demək olar ki, bütün dillərdə analoji səhifələri olan Pirsinq məqaləsi ilə nə narazılığınız vardır? Bu məqalə tam ensiklopedikdir və bu yaxınlarda status belə alacaqdır. --Keete 37 (Farid Aliev) (müzakirə) 08:08, 15 fevral 2016 (UTC)

Mən də hörmətli Cekli829–lə eyni fikirdəyəm: gərək ki, məsələ müvafiq qayda ilə müzakirədən sonra silinsin, ümumiyyətlə mübahisəli məsələlər müzakirə ilə həll edilməlidir.--Asparux Xan Bulqar (müzakirə) 08:19, 15 fevral 2016 (UTC)

Cekli829, Araz Yaquboglu, Sabuhi from Baku belə təəssürat yaranır ki, yuxarıda yazdıqlarımı oxumamış fikir bildirirsiz. Söhbət nə məqalələrin kütləvi silinməsindən, nə də hansısa məqalənin müzakirəsiz silinməsindən getmir. Yuxarıda yazmışam axı, silinməli hesab etdiyim (nəyə görə, hansı qaydalara əsasən silinməli olduğunu da izah etmişəm) məqalələrin siyahısını hazırlayıram. Ən qısa zamanda həmin siyahını tamamlayaraq Silinməyə namizəd səhifələrdə müzakirəyə çıxaracam. Daha sonra müzakirə hansısa naməlum istiqamətdə yox, konkret səhifələr ətrafında aparılar və hər biriniz fikrinizi orda bildirərsiz. Mən də sizin kimi, azvikidə məqalələrin kütləvi silinməsinə qarşıyam, söhbət hansısa kütləvi silinmədən getmir. Konkret sayda sözün həqiqi mənasında azviki üçün yük olan bir neçə lazımsız səhifənin silinməsi müzakirə mövzusudur. Onların silinməsi statistikaya ciddi bir təsir etməyəcək, amma dərinliyi bir qədər artıra bilərik, üstəlik əlimizdə film məqalələrinin vəziyyəti ilə bağlı konkret məlumat olacaq ki, gələcəkdə hansı məqalələri işləməli olduğumuzu biləcəyik. Seçilmiş və ya yaxşı məqalə statusu üçün məqalə hazırlayarkən seçimimizi az və ya orta əhəmiyyətli yox, yüksək əhəmiyyətli məqalələr sırasından etməyə çalışacağıq və sair. Siyahı ətrafında müzakirə apararkən əgər mənim silinməli hesab elədiyim hansısa bir səhifənin zənginləşdirmə ehtimal və ya lazımlı olduğunu düşünsəniz siyahıdan çıxararsız. İmkan verin siyahını hazırlayım.)) Vusal1981 mənim nə sizlə nə də başqa bir istifadəçi ilə qərəzli münasibətim yoxdu, heç kimi də özündən çıxarmağa çalışmıram. Əgər hansısa məqamda ədalətsiz qərar verdiyimi və ya hansısa qaydanı pozduğumu iddia edirsizsə, gəlin qoşulun mənə bir yerdə işləyək, bir yerdə təftiş edək bütün film məqalələrini, siyahını da bir yerdə hazırlayaq. Belə olsa işimiz daha səmərəli olar və tez başa çatdırılar. Konkret olaraq yuxarıda qeyd elədiyiniz Gerontofiliya (film, 2013) məqaləsinə gəlincə, həmin məqaləni də mən yox Keete 37 yaradıb. Məqalənin məzmunu ilə bağlı nəyisə müzakirə etmək istəyirsizsə həmin istifadəçi ilə müzakirə edə bilərsiz. Lakin, mən şəxsən, heç kimin, başqa istifadəçinin nəyə görə bu və ya digər mövzu üzərində işləməsini müzakirə etməyə hüququ olmadığını düşünürəm, hər kəsin şəxsi seçimidir. Bununla siz ikinci dəfədir ki, başqa bir istifadəçi tərəfindən yaradılmış məqaləyə görə məni günahlandırırsız. Bəli, mən Keete 37nin fəaliyyətini dəstəkləyirəm, ehtiyac olduğu məqamlarda ona kömək də edirəm. Çünki, bu istifadəçinin azvikinin zənginləşdirilməsində ciddi töhfələri var. Lakn mən eyni şəkildə, Zaur Turan(1994), Serkanland, Shahrux, Azerifactory və b sair istifadəçilərin fəaliyyətini də dəstəkləyir, hər zaman lazım olacağı halda kömək etməyə hazır olduğumu bildirirəm. Normalda, siz də bir idarəçi kimi, insanları ittiham etməkdənsə, gənc istifadəçilərə bu cür dəstək olmalı idiniz məncə. Konkret olaraq yuxarıda adını qeyd elədiyiniz məqaləni də 14 fevral tarixində təftiş etmişəm, qaydalara əsasən məqalənin orta əhəmiyyətli və qaralama vəziyyətində olması müəyyən edilib. Arşın mal alan və sair bu kimi məqalələrin silinməsindən isə söz belə gedə bilməz. Təftiş zamanı konkret olaraq həmin məqalənin yüksək əhəmiyyətli və qaralama vəziyyətində olan məqalə olması müəyyən edilib. Hörmətlə --sefer azeri 09:03, 15 fevral 2016 (UTC)
Sefer azeri, Söhbət həm məqalələrin kütləvi silinməsindən, həm də hansısa məqalənin müzakirəsiz silinməsindən gedir. --►Asiya səfiri Cekli 11:13, 15 fevral 2016 (UTC)
Cekli829 hal-hazırda heç kim heç nəyi silmir, əgər nəsə silinəcəksə birgə qərar əsasında silinəcək. --sefer azeri 11:19, 15 fevral 2016 (UTC)

Söhbət normal vəziyyətdə olan və hələ işlənməsi də mümkün olan məqalələrin bəzi boş məzmunlu məqalələrin güdazına getməsi haqqındadır. Səfər bəyin yeganə arqumenti boş məqalələr və Mozalanlardır. Yaxşı, hörmətli idarəçimiz, əgər bunları müzakirə edirsənsə, bunu anladıq. Bəs dünən niyə ucdantutma bütün məqalələri məhv etmişdin? Onların ki hamısı boş və yararsız məqalələr deyildi! Dünənki siyahıda elə filmlər silinmişdi ki, onlara heç cür haqq qazandırmaq olmaz. Gəlin, əziz dostlar, idarəçilikdən sui-istifadə etməyək və bir qərarı verəndə təkbaşına verməyək. --Babək Akifoğlu (müzakirə) 11:17, 15 fevral 2016 (UTC)

Babək Akifoğlu, heç bir normal məqalənin silinməsindən söhbət belə gedə bilməz. Zəhmət olmasa, silinmiş normal məqalə deyəndə konkret olaraq hansı məqaləni nəzərdə tutduğunuzu da qeyd edin ki, nəyə görə həmin məqalənin silinməli olmasını müzakirə edək. Dünən mənim sildiyim və sizin bərpa elədiyin məqalələr yenidən silinməli məqalələr siyahısında qalır. Mən sadəcə istifadəçilərin (həm də özümün) vaxtını boşa sərf etməmək üçün lazımsız müzakirə açmaq istəmirdim. Əgər müzakirə istəyirsinizsə, mən hazır, bir neçə ay vaxtımızı alsa da, siyahıdakı bütün məqalələri vikipediya qaydaları əsasəında müzakirə edib, ortaq qərar verərik. O ki, qaldı "idarəçilikdən sui-istifadə" məsələsinə, sizdən fərqli olaraq mən çalışıram vaxt tapıb fəaliyyət göstərim, azvikinin bir addım da olsa irəliləməsinə təkan verim. Sui-istifadə o zaman olar ki, ortada olan məsələdə mənim nəsə marağım olsun. Doğurdanmı fikirləşirsiz ki, 777 №-li sexdə (film, 1979) məqaləsinin (ya da silinməli hesab etdiyim bu kimi məqalələrin) azvikidə olması məni ya da başqa kimisə ciddi narahat edə bilər? Film layihəsi məsələsi ortaya çıxana kimi heç bu cür məqalələrin varlığlndan xəbərim yox idi.)) Nə isə. Qoy siyahı hazır olsun, müzakirə edərik. Hörmətlə --sefer azeri 11:38, 15 fevral 2016 (UTC)
Yenə də əsas arqumentlər Mozalan səviyyəsindədir. --Babək Akifoğlu (müzakirə) 11:41, 15 fevral 2016 (UTC)
Əzizlərim, həmkarlarım mən bina dövrdən deyirəm ki, Səfər bəy ürəyi nə zaman istəyirsə ensiklopedik - qeyri-ensiklopedik, şəkil-məqalə-siyahı fərqi yoxdur, silir. O bina dövrdən öz idarəçi səlahiyyətlərindən sui-istifadə edir. Mən bunu həmişə demişəm. Silməyi bacarmadığı və ya güc-bəla ilə qaytardığın məqalələri də kor qoyur, bədbəxt edir. Mənim onlarla məqalə və şəkillərim buna misaldı. Digər mövzulara isə ümumiyyətlə girmək istəmirəm. İstər Aydını çilədən çıxarması olsun, istər məni 7-8 dəfə blok etməsi və s. Problem bilirsiz nədi? Sıra özlərinə gələnə qədər heç bir idarəçi-istifadəçi bu tip haqsızlıqlara, ədalətsizliklərə reaksiya vermir. Rəy bildirmir. İndi də elə. Mən əminəm ki, sıra Vüsal bəyə gəlməsəydi heç o da Səfər bəyi nəydəsə ittiham etməyəcəkdi. Mən ona görə də o vaxtı İradə xanım Səfərin idarəçiliyinin səsverməyə çıxarılmasını istəyəndə dəstək olmadım. Və + Səfər bəy sonradan sözünün üstündə durmasa da özü də məndən xahiş eləmişdi. Həmin vaxtı İradə xanıma da demişdim ki, mən sizinlə bir hərəkət etmiyəcəm çünki mən Səfərin idarəçiliyindən şikayət edəndə siz nə dəstək olmuşduz, nə də səs çıxarmışdız. İndi də elə. Köhnə hamam, köhnə tas.--samral müzakirə 13:54, 15 fevral 2016 (UTC)
Mən doğurdan da heç nə başa düşə bilmirəm. Problem nədədi? Hansı silinmiş məqalələrdən bəhs edirsiz? Sildiyim 10-15 məqalə bərpa olunub və müzakirə olunması istənildi mən də razılaşdım. Başqa nə probleminiz var? Niyə mövzunu yox məni, mənim fəaliyyətimi müzakirə edirsiz? Yoldaşlar, film məqalələri ilə bağlı fikirlərinizi bildirin, mövzu film məqalələridir.))--sefer azeri 15:51, 15 fevral 2016 (UTC)
sefer azeri məsələ yalnız film məqalələri deyil. Bunlar dəyişkəndi. Dünən siyasətçi, bugün film, sabah da serial. Məsələ həm də sizin müzakirəsiz nəsə silməyinizdi. İdarəçi səlahiyyətlərinizdən sui-istifadə etməyinizdi.--samral müzakirə 16:21, 15 fevral 2016 (UTC)
Öz də xeyrola ki ABŞ-da istehsal olunmuş hansısa bir serialın hər mövsümü, hər seriası ensiklopedik olmalıdır, amma Azərbaycanda istehsal olunanlar yox? İngiliscə vikipediyada məqalə sayı artırmağın dərdindən "40 kq-da kişi boksçular arasında həvəskar boks nəbilim filan olimpiya oyunlarında" kimi və ya hansısa Azərbaycan klubunun (məsələn "Qəbələ FK 2014-15 mövsümündə Azərbaycanda və ya Avropada" və s. kimi) gərəksiz, hansı ki, bir məqalənin daxilində verilə biləcək müstəqil məqalələr yarada bilirlərsə, biz niyə görə google-dan istinad tapa bilmirik deyə var olan, mövcud olan, YouTube-da pirat qeyri-pirat özü olan, yəni qısacası istehsal olunmuş filmlərimizi, seriallarımızı, serialarımızı silək? Niyə? İngilislər bizdən artıqdı? Öz də mən əminəm ki Vüsal bəyin yaratdığı film məqalələrinin çoxsunun mənbəsi, istinadı var. Sadəcə o qeyd etməyib. İsa Qəmbərin məqaləsində İsa bəyin iştirak etdiyi 2 filmi qeyd etmişdim. Müvafiq məqalələrdə bu misal çəkilən məqalələr kimi bir dənə də olsun istinad yox idi. Amma mənim yadımdadı mən Vüsal bəyə müraciət edən kimi o mənə istinadları kitabına, səhifəsinə kimi təqdim etmişdi. Sadəcə bu məlumatların çoxsu internetdə yoxdur. Ümumiyyətlə Aznetdə düzəməlli nə var ki, bu da olsun?! Aznetdə yoxdu, heç olmasa azərbaycanca vikipediyada olsunda.--samral müzakirə 16:29, 15 fevral 2016 (UTC)
Samral bəy, ingilislər bizdən artıq deyil, lakin onların bizdən həttən artıq mənbələri var. Bir də, əgər yazdığınız kimi, məsələ yalnız film məqalələri deyil, onda bu ayrı məsələlər üçün ayrı müzakirə bölməsi açın, burda isə yalnız film məqalələri müzakirə edək. Yoxsa, elə mövzudan mövzuya hoppanıb, heç bir nəticəyə çatmayacayıq. --Мурад 97 (müzakirə) 18:38, 15 fevral 2016 (UTC)


Seferazeri, 91 məqalə, 150-ə yaxın şəkil silmisən 14 fevral tarixində. Babək hamısını bərpa edib deyə günahı boynundan atma. Babək mənə xəbər etməsəydi və mən məsələni qaldırmasaydım silməyə davam edirdin. O silinməli məqalələr layihən də qanunsuzdur. Əgər belə bir səhifə qurulubsa deməli bu gün yox, sabah silmək məqsədin var. Nə qədər ki, belə idarəçi və istifadəçi burada olacaq, belə zərərverici işlər davam edəcək. Ona görə zərərvericilərdən bura təmizlənməlidir. O zaman mən də daxil bir çox istifadəçi geriyə qayıdıb işlərinə davam edə bilər. Yoxsa vikipediyanın indiki durumu biabırçılıqdır. Biabırçı 1-2 nəfər burada birləşib üzdəniraq məqalələri qurub ona dəstək çıxırlar. Hardadır bizim milli birliyimiz ki, bu cür məqalələri rədd edə bilmirik buradan. Vikipediyamızda nə yaradılırsa o cür də dünyaya tanıdılırıq. İndi isə Azərbaycan vikipediyasını utancverici "məqalələr" bəzəyir. Mən təklif edirəm idarəçinin statusunun geri alınması səsverməsi keçirilsin. Çünki xəbərdarlıqlar edilsə də, o hələ də silmək üçün layihə hazırlayır. Status alındıqdan sonra müəyyən əxlaq kriteriyaları işlənib hazırlanmalı və bu kriteriyalara uyğun gəlməyən məqalə və şəkillər silinməldir.

--Vüsal Ağayev (müzakirə) 22:08, 15 fevral 2016 (UTC)

Əgər kimin isə müəllif hüququnu pozuntusu tələbi yoxdursa Azərbaycan kinosuna aid məqalələri silməyin mənası nədir? Hətta bir cümləlik informasiya olan məqalələr bəzən məlumat axtaran insanların köməyinə gəlir.--Melikov Memmedemail 06:28, 16 fevral 2016 (UTC)
Memmed bəy, Vikipediyada müəllif hüquqların qaydaları belə işləmir. Biz məhkəmə deyilik ki, tələbləri gözləyək. Pozuntuları özümüz tapıb silməliyik. --Мурад 97 (müzakirə) 09:11, 16 fevral 2016 (UTC)
Vüsal Ağayev əxlaq məqalələri? Bu da təzə çıxdı? Çox xahiş edirəm öz enerjinizi yeni məqalələrin yaradılmasına sərf edin. Mən tərəfdən yaradılan məqalələrə isə pretenziya bildirməyə ehtiyac yoxdur, onlar mükəmməldirlər. Hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 09:36, 16 fevral 2016 (UTC)
"Müəllif hüququnu pozuntusu tələbi" dedikə sadəcə o nəzərdə tutulur ki, filmləri köçürmək üçün linklər ola bilər və kimsə etiraz edərsə bunlar məqalədən çıxarılmalıdır. Bəzi şəkillərə də kim isə etiraz edə bilər, ancaq bunun üçün məqaləni silmək lazım deyil.--Melikov Memmedemail 10:11, 16 fevral 2016 (UTC)
Melikov Memmed, lütfən bir qədər səbrli olun, silinməli hesab etdiyim bütün film məqalələrinin siyahısını hazırlayıram. Daha sonra konkret olaraq həmin siyahıda göstərilən məqalələr ətrafında müzakirə aparıb nəyin saxlanmalı, nəyin silinməli olmasına qərar verərik. Hörmətlə --sefer azeri 10:29, 16 fevral 2016 (UTC)

✔  Qalsın: Məncə cənab Vüsal Ağayev tərəfindən yaradılmış ancaq təəssüf ki, indi silinmiş film məqalələri bərpa olunsa daha yaxşı olardı. Arada mən özüm də onlara baxırdım. --Keete 37 (Farid Aliev) (müzakirə) 19:32, 16 fevral 2016 (UTC)

Mən hər bir mövzuda yaradılan məqaləyə hörmətlə yanaşıram. Hər bir mövzu həmin insanın maraq dairəsini, vikipediyanın müvafiq bölməsinə düşündüyü sahə üzrə töhfə vermək istədiyini göstərir. Və hər bir istifadəçi öz maraq dairəsinə uyğun şəkildə vikipediyanı zənginləşdirirsə, o zaman bütün sahələr üzrə yetərincə informasiya əldə etmək mümkün olur. Bu məlumatlar yetərincədirmi, yoxsa əksinə, bu müzakirə mövzusu deyil. Mövzumuz Azərbaycan kinosu məqalələridir. Bu da ayrıca bir istiqamətdir. Və bu tərəfi inkişaf etdirmək, sıfırdan başlayıb bütün sahəni əhatə edə bilmək istifadəçidən böyük zəhmət tələb edir. Bu işi illər boyu vicdanla, təmənnasız şəkildə həm bu sahədən məlumat almaq istəyən yalnız oxucu tipli passiv istifadəçilərə həm də Azərbaycandilli Vikipediyanın Kino bölməsinə böyük bir töhfə olaraq, hədiyyə etdi. Bunu qiymətləndirmək lazımdır. Və illər boyunca, az qala on il müddətində kino ictimaiyyətimiz də daxil olmaqla, geniş mənada bütün vikipediya istifadəçiləri bu məqalələrdən bəhrələnirlər. Buna yalnız sevinmək lazımdır. Azərbaycan kinosu tarixi olduqca spesifik sahədir və onunla bir qisim bu işə həyatını vermiş şəxslər məşğul olublar. Dərin araşdırmalar, elmi əsərlər, dissertasiyalar, məqalələr yazmış, tədqiqatlar aparmışlar. Və bu iş hər zaman davam edir, beləliklə mənbələr sayı da artmaqdadır. Qoy bu barədə heç bir idarəçi narahat olmasın. Lazım gəldikcə müvafiq istinad və mənbələr məqalələrə (tək kino yox, elə digər mövzularda da) əlavə olunmaqdadır. Azərbaycan kinosunu əhatə edən məqalələri silmək Vikipediyamızı bu istiqamətdə yazılmış informasiyalardan məhrum etmək deməkdir, necə deyərlər, ABŞ kinosu, Britaniya kinosu, Hindistan kinosu, Rusiya kinosu deyə axtarışa çıxanda nələrsə tapmaq həmişə mümkün olacaq. Lakin hələ o zaman Azərbaycan kinosunu vikiqaydalara uyğunlaşdırıb işləmək hər istifadəçinin hünəri deyildi. Və Vüsal bəy bu sahədə bir pioner kimi irəlidə oldu. Onun fəaliyyətini az-çox davam etdirsəm də, məhz Azərbaycan kinosu mövzusunda nəinki mən, hətta cəsarətlə demək olar ki, heç bir istifadəçi həmin məhsuldarlığı təkrarlaya və yaxud yeniləyə bilməz. Ona görə də həmkarımızın fəaliyyətini dəyərləndirmək lazımdır. Onu məhv etmək nə bizə, nə də Vikipediyaya bir xeyir verməyəcək. Bu məqalələr saxlanılmalıdır. --Babək Akifoğlu (müzakirə) 21:49, 16 fevral 2016 (UTC)
Keete 37 hələ ki heç bir məqalə silinməyib (silinənlər də bərpa olunub), ona görə də təəssüflənməli bir məqam yoxdu. Babək Akifoğlu, hansısa əhəmiyyətli və ya informasiya verən səhifələrin silinməsi müzakirə mövzusu deyil. Xahiş edirəm istifadəçilərin fikrini yayındırmayın. Ümumi şəkildə nəyisə müzakirə eləməklə bir nəticəyə gəlmək mümkün olmayacaq, ona görə də bir qədər səbrli olun, silinməli hesab etdiyim (qaydalara uyğun olmayan və ya boş olan) məqalələrin siyahısını hazırlayıram. sonra konkret olaraq həmin siyahıdakı məqalələr ətrafında müzakirə apararıq, dediyiniz "dərin araşdırmalar, elmi əsərlər, dissertasiyalar, məqalələr və tədqiqatlar"a istinadən hansısa məqalənin qalmasının gərəkliyini əsaslandıra bilsəz, nə gözəl, qoy həmin məqalə qalsın. Düşünürəm ki, Azərbaycan kino ictimayəti bu [12], [13] kimi məqalələrdən bəhrələnməsə də olar.)) Hörmətlə --sefer azeri 06:50, 17 fevral 2016 (UTC)

O siyahıdakı bir məqalə belə silinsə mən dərhal bərpa edəcəm. 10 ildir bu məqalələri qoruyuram, bundan sonra da qoruyacam zərərvericilərdən. İdarəçi deyəsən darıxır son vaxtlar, dincəlməyə getməyin vaxtıdır. )) Siyahı şəklində müzakirə açan kimi müzakirəni ləğv edəcəm. Belə bir qayda yoxdur. Hər bir məqalə üçün ayrıca müzakirə açılmalıdır. Ona da ömrün çatmaz )) --Vüsal Ağayev (müzakirə) 08:19, 17 fevral 2016 (UTC)

Vusal1981 yuxarıda da bir neçə dəfə qeyd eləmişəm, təkrarən yenə qeyd edirəm. Mən heç bir məqaləni silməyə hazırlaşmıram. Sadəcə olaraq bütün film məqalələrini təftiş edib qaydalara əsasən silinməli olan məqalələrin siyahısını hazırlayıram (bunun nə qədər vaxt çəkəcəyini də dəqiq bilmirəm). Növbəti mərhələdə həmin siyahıdakı məqalələr ətrafında müzakirə aparılar, hər tərəf qaydalara istinadən arqumentlərini səsləndirər, hansıların silinməli, hansıların saxlanmalı olduğuna vikipediyaçılar bir yerdə qərar verər. Mən müzakirədə tərəf kimi çıxış etdiyimə görə hansısa məqalənin mənim tərəfimdən silinməsi qayda pozuntusu ola bilər, buna görə də müzakirəni yekunlaşdırmaq və nəticələrini tətbiq etmək başqa idarəçilərin öhdəsinə düşəcək. Zəhmət olmasa siyahı hazır olana kimi, lazımsız müzakirələr yaratmayın, şəxsi hücuma və təhqirə yol verməyin. Qoyun işimizi görək. Dünənki hərəkətlərinizlə Vikipediyanın hansı təməl prinsiplərini və hansı qaydalarını necə pozmanız haqqında böyük bir mətn yazmaq olardı, amma lazımsız müzakirələrdən qaçınmaq üçün bunu etmirəm. İdarəçi statusunun olub-olmamasının, müzakirə edilməsi, alınması, verilməsi və ya hər nə edilməsi film məqalələri üzərində fəaliyyətimə mane olmayacaq. Buna görə də lazımsız hədələrdən də əl çəkin. Hörmətlə --sefer azeri 08:34, 17 fevral 2016 (UTC)
Siz necə istəyirsiz elə də müzakirə açılar, istəyirsiz tək, istəyirsiz cüt, fərqi yoxdur. Bu işin nə qdər vaxt aparacağı da önəmli deyil. İş mütəmmadi olaraq həyata keçirilsə məncə daha yaxşı olar. Silinmiş məqalələrin yerinə yenilərini yaratmağa da vaxt olar ki, azvikinin statistikasına da ciddi təsir olmaz. Hörmətlə --sefer azeri 08:37, 17 fevral 2016 (UTC)

Dünən elədiklərim sənin elədiklərinə adekvat cavab idi. 90 məqaləyə 3 məqalə. Hansımız daha vandalıq?--Vüsal Ağayev (müzakirə) 08:37, 17 fevral 2016 (UTC)

Birincisi, növbəti dəfə sizdən tələb edirəm ki, mənə "sən" deyə müraciət etməyəsiz. Etik sərhəddləri qorumağa çalışın. İkincisi Mən sizin tərəfinizdən yaradılmış məqalələri silərək VP:SSK-nın II bölməsinin VI bəndinə istinad etmişdim. Çox maraqlıdır, siz hansı qaydaya istinad edirsiz? Sildiyiniz məqalələrdən biri SM [14], biri YM [15] statusu daşıyır, üçüncüsü isə orta əhəmiyyətli (hətta az əhəmiyyətli də deyil) [16] məqalədir. Çox maraqlıdı, iki-üç gündü mənim tərəfli olduğumu qışqırıb hay-küy salan siz bu məqalələri silərkən nə düşünürdüz və ya hansı qaydaya əsaslanırdız? Yuxarıda səsləndirdiyiniz "90 məqaləyə 3 məqalə" fikri isə sizin qərəzli olduğunuzu bir daha sübut edir. Nə isə, müzakirəni bu şəkildə davam etdirməyin bir mənası yoxdu. Konkret məqalələr ətrafında müzakirəni davam etdirərik. Hörmətlə --sefer azeri 08:57, 17 fevral 2016 (UTC)

Mən hörmət etdiyim şəxslərə siz deyirəm. Qışqırmaq ifadəsini işlədən şəxs məndən necə davranacağımı tələb edə bilməz. Get tələbivi tay tuşlarıva elə. Sənlə ünsiyyət qurmağım da sənin üçün mükafatdır. Mənim vikipediya üçün elədiklərimin 1 faizini elə sonra sizlə danışaram SƏNlə. Hələ ki sən fəaliyyət göstərmirsən, qışqırıb hay küy salmaqla məşğulsan, quyu qazırsan, özünün ifadə etdiyin kimi buranı çayxanaya çveirib oranın süpürgəçisi rolunu oynayırsan. Yazanda ifadələrinə fikir ver.--Vüsal Ağayev (müzakirə) 09:08, 17 fevral 2016 (UTC)

sefer azerinin idarəçiliyinin geri alınması üçün səsvermə təklifi

Son günlər bir çox istfadəçi və idarəçinin narazılığına səbəb olan fəaliyyətlə məşğul olan, qərəzli şəkildə 1 gündə 200-dən çox kütləvi silmə əməlləri ilə vandalizm edən idarəçi sefer azerinin idarəçiliyinin geri alınması üçün səsvermənin keçirilməsini təklif edirəm. İradlara rəğmən əsassız şəkildə silinməli olan səhifələr qurması onun vandal əməllərinə davam etməsi niyyətinin olduğunun bariz sübutudur. Xüsusilə Azərbaycan kinosu məqalələrinə qarşı qərəzli münasibətinin olması idarəçilik statusuna yaraşmayan əməl kimi qiymətləndirilməldir. Halbuki,silinməli və bərbad halda olan saysız hesabsız məqalə mövcuddur. Amma idarəçi bu məqalələrə məqsədli şəkildə göz yumur, hətta dəstəkləyir.

Belə bir səsverməyə dəstək olanlar imza atsın. Yoxsa Azərbaycan vikipediyasından dəyərli məqalələr silinəcək və Azərbaycan vikipediyası cinsi azlıqların əsas mənbəyinə çevriləcək. Baxın, ana səhifəni hansı məqalə bəzəyir. Təhlükə hələ irəlidədir. Buna STOP deməyin vaxtıdır.

--Vüsal Ağayev (müzakirə) 12:54, 16 fevral 2016 (UTC)

Vusal1981 VP:SSK-nın II bölməsinin VI bəndinə əsasən ''"məzmunu mötəbər mənbələrlə əsaslandırılması mümkün olmayan məqalələr" müzakirəsiz silinməlidir. Həmin qaydanı mən yazmamışam və heç vaxt redaktə etməmişəm. Sildiyim məqalələrdə nəinki mötəbər mənbə yoxdur, ümumiyyətlə mənbə və istinad yoxdur. Bütün istifadəçilər yuxarıda Vüsal bəyin keçid verdiyi siyahıda özləri həmin məqalələrə baxa bilərlər. Mən əgər məqalələrin müzakirə edilməsi ilə razılaşıb siyahı tərtib edirəmsə, bu sizin və digər istifadəçilərin fikirlərinə hörmət qoymağımla bağlıdır. Çünki, fikirləşirəm ola bilsin, həqiqətən də hazırda yarasız vəziyyətdə olan həmin məqalələrdən heç olmasa bir neçəsi üçün mənbə tapılar və ya hansısa istifadəçilər həmin məqalələrdən hansınısa zənginləşdirməyi öhdəsinə götürər. Hansı qərəzdən bəhs etdiyinizi və mənim fəaliyyətimi niyə qərəzli adlandırdığınızı anlamıram. Əslində siz də idarəçi kimi, yaradılmış məqalələri (həm də təkcə film sahəsində olmayanları) təftiş etməli, səhvləri düzəltməli, qaydalara uyğun olmasını yoxlamalısız. Hansısa məqalələr silinməlidirsə, onları bu qədər hay-küy salıb saxlamağa cəhd etmənin nə anlamı var. Əgər dediyiniz kimi həqiqətən də həmin məqalələrin saxlanmalı olduğuna inanırsızda o zaman buyurun, bir-bir hamısını müzakirə edək, siz də arqumentlərinizi səsləndirin, mən də, görək onlar Vikipediyada nəyə lazımdı. Əgər doğurdan da hansısa məqalə saxlanmalıdırsa, qoy saxlansın və inkişaf etdirilsin. "silinməli və bərbad halda olan" və mənim "göz yumduğum" məqalə varsa idarəçi kimi bunu siz də edə bilərsiz, hər işi mən görməli deyiləm. Yaxşı olardı, mənim göz yumduğum həmin məqalələrə bir-iki nümunə də verəsiz ki, hansı məqalələrdən bəhs etdiyinizi həm mən anlaya bilim, həm də istifadəçilər anlaya bilsin. Vüsal bəyin Azərbaycan vikipediyasından dəyərli məqalələr silinəcək deyə həyəcan siqnalı verdiyi məqalələrin siyahısına burdan baxa bilərsiz. Əminəm ki, bir çoxunuz həmin məqalələrin nə qədər dəyərli olduğuna vicdanla qərar verəcəksiz. O ki, qaldı cinsi azlıqlar məsələsində təhqir dolu fikirlərinizə hər nə qədər göz yumsam da, belə başa düşürəm ki, cavab verməsəm nifrət püskürməyə davam edəcəksiz. Ona görə də bəyan edirəm ki, sizdən fərqli olaraq, mən heç kimə dininə, irqinə, cinsi oriyentasiyasına, həyata baxışına və digər fərdi xüsusiyyətlərinə görə nifrət etmirəm. Sizdən fərqli olaraq, kimin qara, kimin ağ olması, kimin kimlə yatması məni qətiyyən narahat etmir. Məqalələrə baxarkən onun Vikipediya qaydalarına uyğun olmasına fikir verirəm. Hər bir istifadəçinin istənilən mövzuda məqalə yaratmaq haqqının olduğunu düşünürəm. Bu da belə. O ki, qaldı idarəçilik statusunun alınması məsələsinə, məqalələrin səsverməyə çıxarılması və ya təftiş edilməsi üçün hansısa statusa ehtiyac yoxdu, əgər hətta istifadəçilər mənim idarəçi statusuna layiq olmadığım qərarına gəlsələr və bundan sonra mən azvikidən uzaqlaşası olsam belə, bunlar film məqalələrinin təftişi və silinməsi işinin yekunlaşdırılmasından sonra baş verəcək. Çünki, yuxarıda da qeyd elədiyim kimi, məqalələrin təftişi, silinmək üçün müzakirəyə çıxarılması və müzakirəsi üçün hüç bir statusa ehtiyac yoxdur və mənim etdiyim də budur. Hörmətlə --sefer azeri 13:25, 16 fevral 2016 (UTC)

Yazılanlardan sonra yuxarıda nə qədər haqlı olduğum sübut edildi. Deməli silməyə davam ediləcək. Hörmətli, vikipediya isifadəçiləri yaratdığım məqalələr təkcə mənə aid deyil artıq, ona görə mən təkbaşına uzun illər bu cür qərəzlərdən qorumağa çalışmışam. Amma siz birlik nümayiş etdirməlisiz. Özünüz qərar verin, bütün Azərbaycanda kinomuzun,mədəniyyətimizin əsas məlumat mənbəyinə çevrilmiş bir vikipediya, yoxsa "o cür" məqalələrlə zəngin bir vikipediya? Əgər burda qərəz olmasaydı idarəçi, "o cür" bir dənə də olsun məqaləni silərdi. Amma bir gündə 90 məqalə silir, indi də müzakirədən dəm vurur. Mənim heç kimə qərəzim yoxdur, qərəzi olanlar özlərini göstərir. İndiyə qədər bir dənə də məqalə silməmişəm idarəçi olandan bəri. --Vüsal Ağayev (müzakirə) 13:43, 16 fevral 2016 (UTC)

Vüsal Ağayev mən daxil çox istifadəçi illərdir sefer azerinin idarəçiliyi üçün etimad səsverməsi keçirilməsini təklif və tələb edir. Mən də etmişəm. İdarəçilərə müraciət səhifəsində bu tələbi edəndə neçə dəfə sizin də adınızı teq etmişəm. Ama heç vaxt reaksiya verməmisiz. Lakin mən indi də düşünürəm ki, Sefer azerinin idarəçiliyi etimad səsverməsinə çıxarılmalıdır. Qaydalara görə bunun üçün idarəçilər tərəfindən İdarəçi müzakirəsində konsensus olmalıdır. Ona görə də sizə təklif edirəm ki, İdarəçi müzakirəsində bu haqda bir təklif məzmunlu başlıq açın. Yuxarıda da rəylərdən aydın oldu ki, digər bir çox hörmətli həmkarımız kimi istifadəçi və idarəçi --►Asiya səfiri Cekli də sizə dəstək çıxacaq. Siz idarəçi olaraq bu işi hüquqi yöndən başladın. Mən öz adıma hazır. Çıxaraq Sefer azerini idarəçilikdən. Bu etdiyi hərəkət nə ilkdir və belə görünür ki nə də sondur. İdarəçilərdən olan hər 10 şikayətdən 7-si 8-i Sefer bəyə qarşıdır. Bu özü də bir mesajdır.--samral müzakirə 16:56, 19 fevral 2016 (UTC)

Mən səbrliyəm. O "Axırıncı aşırım"da deyildiyi kimi "görək bu kolxoz-molxoz oyununun axırı necə qurtaracaq )). Gözləyirəm görüm bu siyahı filan işlərinin axırı necə olacaq. Azərbaycan kinosuna və mədəniyyətinə düşmənçilik mövqeyində olan şəxsin idarəçilikdə nə işi? --Vüsal Ağayev (müzakirə) 18:14, 19 fevral 2016 (UTC)

Bu yazımdan sonra baxdım idarəçi silinməli məqalələri sürətlə artırır. Səsvermə təklifini İdarəçilirə müraciət səhifəsinə çıxardım. İdarəçilər özləri qərar versin.--Vüsal Ağayev (müzakirə) 18:59, 19 fevral 2016 (UTC)

Mən sizi başa düşürəm. Səbr əlbəttə ki, çox gözəl şeydir. Amma tay adama hörmət edəndə də adamın boynuna minməzlərdə. Elə istifadəçi-idarəçi az tapılar ki, Sefer bəyin bu tip qanunsuz, xəbərdarlıqsız, qisas tipli və s. hərəkətlərinə məruz qalmasın. + Bir idarəçinin idarəçi seçilməsi kimi onun idarəçiliyinin səsverməyə çıxarılması da tam normal, adi və qanuni bir haldır. Əgər vikicəmiyyət etimad göstərib qalmasına qərar verərsə qalar. Əks halda gedər. Biz demirik ki, istifadəçi kimi pisdi. Əksinə. Çox istifadəçidən aktiv və əhatəli fəaliyyət göstərir. Və sağolsun. Lakin insanları incitmək olmaz. Sizə isə təşəkkür edirəm.--samral müzakirə 19:46, 19 fevral 2016 (UTC)

Vikipediyada özbaşnalıq?

Əziz Vikipediya idarəçiləri və istifadəçiləri! Vusal1981 adlı şəxs artıq uzun müddətdir ki, mənim məqalələrimə vandal redaktələr edir və mentalitet və buna bənzər absurd və gülünc sözlər altında mən tərəfdən yaradılmış məqalələri silməyə çalışır. Bildiyiniz kimi, Vikipediyanın Ana səhifəsində Utanc filmi haqqında bəhs edən və artıq bir ildən çoxdur ki YM statusunu əldə etmiş məqalə yerləşir. Bu şəxs bu məqaləni heç bir söz demədən silir, aydındır ki, bu şəxsi qısqanclıq zəminində edilmiş bir vandalizm hərəkatıdır. Çox xahiş edirəm hər kəsdən! Bu məqaləni yenidən bərpa edilməsinə köməklik olun Vusal adlı şəxsin isə bloklanması artıq qaçılmazdır - o bizim məqalələr üçün çox böyük təhlükə daşıyır. --Keete 37 (Farid Aliev) (müzakirə) 15:27, 16 fevral 2016 (UTC)

Vüsal bəy burada yazır ki, sitat: Yaratdığım məqalələr kütləvi silinsə mən də eyni kütləvi şəkildə siləcəm məlum məqalələri. Bu və yazdığı başqa ifadələri onu göstərir ki, Vikipediyada uzun müddətdə fəaliyyət göstərdiyinə baxmıyaraq, bu saytın prinsipləri başa düşmür. Buna görə, müraciətinizə qatılıram. İdarəçi statusundan azad olunmalıdı. --Мурад 97 (müzakirə) 16:55, 16 fevral 2016 (UTC)

14 fevralda kütləvi şəkildə 91 məqalə silinəndə niyə etiraz etmədiz? Qərəzli sizsiz mən yox. 3 məqalə silinib, səbəb: heç birində azərbaycan dilində mənbə göstərilməyib. Bura xarici dil vikipediyası deyil. Azərbaycan dilində mənbə göstərilməlidir. --Vüsal Ağayev (müzakirə) 17:02, 16 fevral 2016 (UTC)

Bu məsələ ilə əlaqəli artıq kifayət gədər istifadəçi öz fikirlərini bildirib. Mən hələlik söhbətə fikirlərim ilə qarışmaya qərar verdim çünki, mənsiz də orda artıq yaman çox lazımsız və yersiz şərh yazılıb. Məsələ ilə bağlı bir cür səsvermə olanda orada iştrak edəcəyəm. Bundan əvvəl isə məncə, fikirimi bildirməyə ancaq hamımızın vaxtını xərcləyəcək və müzakirəyə heç bir yenilik gətirə bilməz.
Bu müzakirə isə ayrı şeydir. Burada silinmiş film məqalələri yox, idarəçiliyinizi müzakirə edirik. Xahiş edirəm, bu iki məsələyi qarışmayın, yoxsa burda da mənasız vaxtımızı itirəcəyik. --Мурад 97 (müzakirə) 17:14, 16 fevral 2016 (UTC)
Cənab Vüsal Ağayev Sizin facebook səhifənizə mesaj atmışdım, mənim blokladınız, payınız artıq olsun, eybi yox bir daha yazaram - Sizin mənim məqalələrimə qarşı etdiyiniz hərəkətlər çox utancvericidir. Yəni Sizin bir idarəçi kimi daha kompetent olduğunuzu hər zaman düşünürdüm. Başqa tərəfdən, Sizin məqalələrinizə mən toxunmamışam, əgər bir probleminiz varsa, onu problemin mənbəyinə ünvanlayın, daha başqa istifadəçilərin məqalələrinə vandalcasına daxil olub silməyin. Mən çox ciddi bir insanam, mən hər bir dəqiqəm qızıla bərabərdir, bir məqalə üstündə əgər mən çalışıramsa, onu maksimal dərəcədə mükəmməl etməyə çalışıram, gecələr yatmıram. Və bunu bir şeyə görə edirəm - məqalə status əldə etsin. Və bir gün sənin əziyyətinin silindiyini gördükdə, insan sarsılır. Ola bilər ki, bu hiss Sizə də yaxındır, ancaq bu hissi başqaları yaşatmaq çox mənasızdır.

P.S. İstəyirsinizsə inciyin, ancaq Siz Vikipediyada idarəçi olmağa layiq bir insan deyilsiniz, çünki hərəkətləriniz adi vandalı xatırladır. Hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 17:16, 16 fevral 2016 (UTC)

Yenə qərəzlilik. Təktərəfli hücum. Məsələ aydındı--Vüsal Ağayev (müzakirə) 17:42, 16 fevral 2016 (UTC)

Cənab Vüsal Ağayev burada tək tərəf deyil, üç insan mənimlə eyni düşüncədədir. Məncə artıq sözə ehtiyac yoxdur, əgər özünüzü günahsız hesab edirdinizsə, facebook-da məni bloklamazdız. Çünki özünüz də çox gözəl bilirsiniz ki, məqalələri qisas və qısqanclıq zəminində silmişdiniz. Bura Sizin üçün dərəbəylik deyil unutmayın, mən isə Sizin üçün dünən Vikiyə qatılmış insan deyiləm. Qaydaları çox gözəl bilirəm, vandalizm etmisiniz, deməli statusunuz əlinizdən alınmalıdır. Sizin mənim tərəfimdən yaradılmış hər bir kiçik hərəkətiniz mənim gözümdən qaçmır, unutmayın ki, bura Sizin xülyalarınızın və fantaziyalarınızın məkanı deyil. Siz heç burada aylarla peyda olmursunuz, yalnız bu faktı ələ bayraq edərək, Sizin statunuzu geri götürmək olar. Sizi idarəçi seçməklə, biz kompetent bir şəxs bilirdik, təəssüf ki, Sizə qoyulan ümidləri boşa çıxardınız. Məncə ya sabah, ya da dördüncü gün Sizin idarəçilikdən məhrum edilməsi üzrə səsverməyə başlamaq olar. Sizə uğurlar: --Keete 37 (Farid Aliev) (müzakirə) 17:52, 16 fevral 2016 (UTC)

Sən kimsən ki, sənlə ünsiyyət qurum. Bütün Azərbaycanı biabır etmisən. Əxlaqsız, biabırçı məqalələrinlə. Buranı it gününə qoymusan hələ bir danışırsan. Hamını burdan qaçırırsız. Sənin və dəstəkçilərnin sayəsində düşmən ölkə bu vikipediya haqqında artıq söz də çıxarıblar. Biabır eləmisən milləti. Belə ədalətlisən eyni pretenziyanı dostun, arkadaşın, yol yoldaşın Sefer məqalələrimi siləndə də irəli sürərdin. Mən o 3 məqaləni sizlərin qərəzli olduğunuzu sübut etmək üçün sildim. Özünüz özünüzü ifşa etdiz. --Vüsal Ağayev (müzakirə) 18:05, 16 fevral 2016 (UTC)

Cənab Vüsal Ağayev, Sizin tərəfdən səsləndirilən Sən kimsən ki ifadəsi açıq aqressiyadır. Narahat olmayın, heç bu vaxta kimi Siznlə bir ünsiyyətim olmayıb, bu problem həll edildikdən sonra da olmayacaq, hələlik isə, yadınıza salmaq istərdim ki, bu ədalətsizliyi Siz başladınız və bunun günahı tam olaraq Sizin çiyinlərinizdədir. İdarəçilik peşəsini bacarmırdınızsa, elə əvvəlcədən bunu deyərdiniz, daha aylarla itərək, günlərin bir günü peyda olub camaatın məqalələrini silməniz çox gülünc bir hərəkətdir. Bir də unutmayın ki, mən Sizinlə hələ "Sən" deyərək ünsiyyət qurmamışam. --Keete 37 (Farid Aliev) (müzakirə) 18:18, 16 fevral 2016 (UTC)

XÜLASƏ: Mən bir az fikirləşdim və qərara gəldim ki, cənab Vüsal Ağayevin idarəçilikdən məhrum edilməsi bir az qəddar addımdır. Nə qədər də olsa, o, uzun illər burada fəaliyyət göstərib, cənab Vüsal, mən öz iddialarımı geri götürür və Sizin idarəçi olaraq qalmağınıza razı olduğumu bildiriəm. İstəməzdim aramızda anlaşılmamazlıq olsun, dava etmək mənlik deyil. Onsuzda bu dəqiqə bir kafedral məqaləm var, iki həftədir ukrayna dilindən tərcümə edirəm, hələ bir bir bölümü tamamlaya bilməmişəm. Gəlin normaq dialoqa daxil olaq, məncə nə Siz, nə də ki mən elə də pis insanlar deyilik. --Keete 37 (Farid Aliev) (müzakirə) 19:17, 16 fevral 2016 (UTC)

Mən isə yazdığlarımdan çəkilmirəm. Tələb edirəm ki, Vüsalnan Səfəri idarəçi statusundan azad edilməsi haqqında səsvermə açılsın ki, bu boş söhbətlərə bir dəfəlik son qoyaq. Fəaliyyət müddəti mənim üçün vacib deyil, ən əsası idarəçi kimi fəaliyyətin keyfiyyəti və Vikipediya prinsiplərinin qorunmasıdır. --Мурад 97 (müzakirə) 21:10, 16 fevral 2016 (UTC)

Vandalizmlə və məqalə silməklə bu məsələlər həll edilməyəcək. Gəlin özümüzə hörmət qoyub, hər şeyi sivil yolla həll edək. Həm Vüsal Ağayev və Sefer Vikipediyada böyük iş görüb, ve onların indiki konflikti ancaq AzVikiyə ziyan verir. Amma bu konflikt davam etdirilsə, çox kövrəldici olsa da, əks tədbirlər görünməlidir. Əlbəttə, güman edirəm, problem ora çatmayacaq. Hörmətlə --Azerifactory (müzakirə) 01:15, 18 fevral 2016 (UTC)
Мурад 97 bəy sizinlə razıyam. Biz burada META-ya müraciət etmişik artıq. İstəyirsizsə siz də qoşula bilərsiz. Əlavə təklifləriniz varsa onları da yaza bilərsiz.--samral müzakirə 22:44, 22 fevral 2016 (UTC)

RefToolbar

RefToolbar 
RefToolbar

Yadıma gəlir ki, bir dəfə Azerifactory bir dəfə istinadlarla bağlı şəkildəki alətdən bəhs etmişdi, amma məsələ həllinə çatmamışdı. Bu yaxınlarda artıq həmin aləti AzViki üçün hazırlamışam. Aləti aktivləşdirmək üçün Nizamlamalarda, qadjetlər bölməsindən "RefToolbar" alətini (HotCatın düz altındadır) seçdirib nizamlamaları yadda saxlamalısız. Ondan sonra şəkildəki kimi alətdən istifadə etmək mümkün olacaq.

Maraq üçün deyim ki, aləti hazırlamaq üçün aşağıdakı səhifələri yaratmalı oldum:

--Serka@nl@nd 16:53, 17 fevral 2016 (UTC)

Öz adımdan sizə çəkdiyiniz zəhmətə görə təşəkkür edirəm.--Asparux Xan Bulqar (müzakirə) 21:31, 17 fevral 2016 (UTC)
Mən də çəkdiyiniz zəhmətə görə təşəkkür edirəm. Superb.--Azerifactory (müzakirə) 01:04, 18 fevral 2016 (UTC)
Sizin bu işinizin sadəcə dəyəri yoxdu. Var olun, cəfakeş vikipediyaçı. --Araz Yaquboglu (müzakirə) 05:10, 18 fevral 2016 (UTC)
Təşəkkürlər!--Elməddin Hacıyev (müzakirə) 05:24, 18 fevral 2016 (UTC)
Təşəkkürlər!--►Asiya səfiri Cekli 06:51, 18 fevral 2016 (UTC)
Çox sağ olun. İstifadə belə etdim...Əla.--Namikilisu 11:08, 18 fevral 2016 (UTC)

VikiRəğbət aktivləşdirildi!

 

Hər kəsi salamlayıram! Fabrikatora etdiyim müraciətdən sonra bu gün AzViki üçün VikiRəğbət uzantısı nəhayət aktivləşdirildi. Hər hansı vikipediya istifadəçisinin istifadəçi səhifəsinə (götürək elə öz səhifəm) daxil olduqda ən yuxarıda ürək işarəsi görə bilərsiz. Həmin ürək işarəsinə tıqlamaqla həmin istifadəçini daha asan yolla mükafatlandıra bilərsiz. Hörmətlə, --Serka@nl@nd 17:00, 22 fevral 2016 (UTC)

Çox sağ ol, Serkan!--sefer azeri 17:57, 22 fevral 2016 (UTC)
Təşəkkür.--Asparux Xan Bulqar (müzakirə) 18:06, 22 fevral 2016 (UTC)
Gözəl. Təşəkkürlər.--samral müzakirə 22:41, 22 fevral 2016 (UTC)
Əla! Təşəkkürlər! --►Asiya səfiri Cekli 05:56, 23 fevral 2016 (UTC)
Zəhmətiniz üçün çox sağ olun.--Melikov Memmedemail 07:06, 23 fevral 2016 (UTC)
Təşəkkür --Elməddin Hacıyev (müzakirə) 07:56, 23 fevral 2016 (UTC)
Çox gözəl..Təşəkkürlər!--Namikilisu 10:54, 23 fevral 2016 (UTC)

Aydın Məmmədovun təhqirləri

Bütün istifadəçiləri salamlayıram. Mən vikipediyanın Azərbaycandilli bölməsində hardasa 1 ildir ki aktiv fəailliyyət göstərirəm və öncəki illər ərzində Aydın Məmmədov adlı şəxslə idarəçilər arasında nə olub nə olmayıb çoxda ətraflı və dəqiq məlumatlı deyiləm. Bu insan vikipediyada “haqq ədalət” tələb etdiyini iddia edir. Ancaq bu istifadəçinin özü facebook-da olan Azərbaycanca Vikipediya adlı qrupda mütəmadi olaraq açıq aşkar şəkildə tərbiyəsizcəsinə bir neçə idarəçini təhqir edir. Və bütün bunlar bir yana bu istifadəçi bu gün həmin qrupda paylaşım edərək içində məndə olmaq şərtilə bütün Gürcüstan azərbaycanlılarını təhqir edib. Beləki o bugün “Az qalıb Asparux Bulqar (Sabuhi from Baku) . 10 ildir azvikidəsən, cəmi 10 dənə normal məqalə yarada bilmisənmi? Sənin və sənin kimilərin qərəzli fəaliyyətinin sonu artıq çatıb. Daha əvvəl milliyyətini danırdın, Azərbaycan xalqının mövcudluğunu inkar edirdin, indi də gürcüstanlı olmağını danmağa başlamısan, özünü "bakılı balası" kimi təqdim edirsən? Millətini inkar edən, əslini-kökünü danan adamın əlindən hər şey gələr, daha yazmıram nə gələr, çünki hamı bilir və görür. Bəlkə gürcüstanlı digər vandal Wertuose-nin müdafiə etmək üçün əslini-nəslini danırsan?! Əslinin-nəslinin əsrlər boyu gürcülərin əlinin altında qul kimi yaşadığından qul psixologiyasına maliksiniz, hər cür şərəfsizliyə gedə bilərsiniz, çünki heç nə itirməyəcəksiniz. Bizim isə şərəfimiz var, atdığımız hər addıma görə cavab verə bilirik, sizdən fərqli olaraq. Doğrudanmı, siz hələ başa düşmürsünüz ki, elədiyiniz hərəkətlərə görə nə vaxtsa cavab verməlisiniz və o zaman nə deyəcəksiniz? Şərəfinizin olmadılğınımı? ” Bilmirəm bu adam Asparux Xan Bulqar-ın fəailiyyətini necə izləyir, ancaq bu istifadəçi azvikidə 1000-ə yaxın məqalə yaradıb və minlərlə də redaktə müəllifidir. İstifadəçi:Wertuose də həmçinin. Aydın Məmmədov yaşca cavan birisidə deyil, 50-yə yaxın yaşı var. İndi bu istifadəçi azvikidə Bütün idarəçilərin idarəçilikdən çıxarılmasını tələb edir və bu məsələ ilə bağlı metaya müraciət etdiyinidə bildirir - On the situation in the Azerbaijani part of Wikipedia. Qısası belə bir adam nə haqqla azvikidə idarəçilərin istifadəçiləri təhqir etdiyini və bütün idarəçilərin idarəçilikdən çıxarılmasını tələb edir !?--Nicat49 (müzakirə) 15:05, 26 fevral 2016 (UTC)

Hörmətli həmkar salam. Sosial şəbəkələrdə istənilən şəxs istədiyini yaza bilər (əlbəttə oranın da özünə uyğun qaydaları var). İndiki konkret vəziyyətdə əsas hədəf seçilmiş biri olaraq orada yazılan məni narahat etmir. Zamanında haqqında bəhs etdiyimiz şəxs bənzər ifadələrinə və viki-qaydaları kobud şəkildə pozduğuna görə (bütün idarəçilərin yekdil qərarı ilə) redaktə imkanları birdəfəlik məhdudlaşdırılıb. Belə təhrikə uymamamlı olduğumu dərk etdiyim üçün burda müzakirəsini gərəksiz hesab edirəm. Yenə də diqqətinizə və həssaslığınıza görə təşəkkür edirəm.--Asparux Xan Bulqar (müzakirə) 16:32, 26 fevral 2016 (UTC)

Axı Səfər Azəri və Wertuose də qayda qanun tərəfdarı deyil :(:(:(. Mənim məqaləmdən də zəif , ensiklopedik olmayan məqalənin qalamsını tələb edib Səfər Azəri. Wertuose de güclü arqument gətirmədən səhifəni silməyib. Aydn müəllim bəlkədə bu kimi səbəblərdən bir əsəbləşir və sərt yazır. Onu da bəlkə anlamaq olar, bəlkə. Bəs mən?! Heç kimi təhqir etməmişəm amma yaratdığım məqalənin silinmısi ilə Asparux, Səfər Azəri və Wertuose tərəfindən təxminən elə təhqir olunçuş anlamadayam. Budurmu sizin ədalət prinsipiniz. Axı mənə çatanda qayda qanun sizə çatanda isə münasibət?! Budurmu sizin təbirinizcə düzgün iş prinsipi?! Nicat Əlibəyli

Nicat bəy, başa düşmədim söhbət sizin hansı məqalənizdən gedir. Probleminizi qısa şəkildə mənim müzakirə səhifəmə yazın zəhmət olmasa. Sizin hansısa məqalənizi sildiyimi xatırlamıram, həmçinin silinməli olan hansısa məqalənin qalmalı olduğunu bildirdiyim də yadıma gəlmir. Nəyə istinadən qayda tərəfdarı olmadığımı iddia etdiyiniz də anlaşılan deyil. --sefer azeri 20:39, 27 fevral 2016 (UTC)

Mən yeni istifadəçi olaraq hesab edirəm ki, bir şans verilməliydi. Vikipediya ilə yenicə tanış olmaq istəyən bir şəxsi rəsmən incitdiz.. "Mustafa Abbasbəyli" adına olan məqaləmi öncə Serkan daha sonra Wertuose silib.. Siz də ancaq silinsin yazmışdız. Nəysə uzatmağın adı yoxdur. Nicat Əlibəylim

Əgər mən sizin heç bir məqalənizi silməmişəmsə nəyə görə mənim adımı hallandırıb qanun tərəfdarı olmadığımı deyirsiz? Təzə ənənə yaranır deyəsən, hər şeyə görə məni günahlandırmaq.)) İncimisizsə ümumiyyətlə gərək vikidə redaktə etməyəsiz. Burda heç kimin nazı ilə oynamaq məcburiyyətində deyilik. Təzə istifadəçisizsə, məqalə yaratmamışadan qabaq və ya yaradarkən məqalənizin silinməməsi üçün heç olmasa işlədiyiniz mövzu ilə bağlı qaydaları oxuyun. Əminəm ki, həmkarlarım da məqalənizi hansısa qaydaya siliblər. Başqalarında səhv axtarmamışdan əvvəl öz səhvlərinizi düzəltməyə çalışsaz yaxşı olar. Hörmətlə --sefer azeri 21:00, 27 fevral 2016 (UTC)

Səfər Azəri, gəlib şərh etmədən, səbəb göstərmədən məqaləmin silinməsini tələb etmisiz? Szi idarəçisiz.. Səbəbsiz sil deməyiniz təxminən elə sizin silməyiniz anlamındadı... Budurmu sizin qanun, qayda? "Nazla oynamaq nədi"?! Danışığlnlza fikir verin qarşınızdakı uşaq deyil hər nə gəldi yazasız. Sizə deyirəm ki, əsassız yerə məqaləmi silmisiz. Qanun qaydadan danışır həmkarlarınız amma özləridə səhv edir. Məndə linklər var (işdə kompdadı) hansı ki siz də ensiklopedik olmayan bir tanışınıza məqalə açırsız. Bu zaman qaydalar unudulur? Niyə sizin açdığlnız məqalə qaydalara görə silinmir. Hələ Wertuose de guclu arqument getirmir, qalsin deyir. Qısası sizin adınız heç də düşündüyünüz kiki əsassız yerə çəkilmir. Hələ Asparux-- qaydalara görə məqaləmin silinməsini tələb edən şəxs. Niyə Səfər Azərinin açdığı məqalənin silinməsini tələb etmir??! Yadınıza düşməsə həftənin birinci günü linki ataram Nicat Əlibəyli

Mən ümumiyyətlə nadir halda insanlar haqqında məqalə yaradıram, azərbaycanlılar haqqında isə demək olar ki, yaratmıram.)) Bilmirəm tanışınız deyəndə kimi nəzərdə tutursuz amma əminəm ki, yenə səhv edirsiz və yenə əsassız yerə məni günahlandırırsız.)) Konkret danışın lütfən. Mən hansısa məqalənin silinməsinə səs verməmişdən əvvəl mütləq onu oxuyuram, görünür bir işə yaramayan məqalə olub ki, silinməsinə səs verilib. İstifadəçiləri günahlandırmaq lazım deyil, yuxarıda da qeyd elədiyim kimi, zəhmətinizin hədər getməməsini istəyirsizsə məqalə yaratmamışdan əvvəl qaydaları oxuyun. --sefer azeri 22:33, 27 fevral 2016 (UTC)

Nijat Alibayli təəsüf ki azvikidə bəzi adamlar qeydiyyatdan keçib (və ya sadəcə ip ünvan ilə) öz əmisioğlu, dayısıoğlu, iş yoldaşı və ya dostu tipində olan insanlara vikipediyada məqalə yaratmaq fikrinə düşür, bundan sonra hər hansı bir istifadəçi həmin məqaləni görür və onu silinməyə namizəd məqalə edir (sizdə daxil olmaqla bütün istifadəçilər silinməyə layiq olduğunu düşündüyü məqaləni silinməyə namizəd edə bilər) sizin yaratdığınız məqalədə həmçinin bu qayda ilə silinməyə namizəd edilib və silinib. Sizin dünyanızda güclü arqument nədir bilmirəm, ancaq Mustafa Abbasbəyli adlı məqaləniz birmənalı olaraq qeyri ensiklopedik idi və bu səbəbdən də silinibdi. Gələcəkdə ensiklopedik şəxs olsa məqaləni yenidən yarada bilərsiniz. Siz elə yazırsınız ki, sanki kiminsə ya sizinlə ya da yaratdığınız Mustafa Abbasbəyli ilə şəxsi qərəzi olub və bu səbəbdən məqalə silinib. Bundan əlavə səsvermə yolu ilə silinməsi qərarı verildiyindən İdarəçilərdən biri səsverməni yekunlaşdırıb və məqaləni silib və nə qədər gülünc olsada siz buna görə özünüzü təhqir olunmuş hiss edirsiz. Əgər sizin məqsədiniz həqiqətən vikipediyaya xeyir verməkdirsə buyurub başqa məqalələr də yarada bilərsiz. İlk əvvəl Mustafa Abbasbəyli adı altında redaktələr edirdiz, indisə Nijat Alibayli adı altında redaktələr edirsiz və təxmini 2-3 aydır ki vikipediyada varsız, ancaq bu vaxt ərzində 2-3 məqalə yaratmısınızmı ? O ki qaldı “Aydın müəllim bəlkədə bu kimi səbəblərdən bir əsəbləşir və sərt yazır”.fikrinizə Aydın “müəllim” dediyiniz şəxs olmur kim olur olsun, heç kəs filankəs vikipediyada vandallıq edir deyə Gürcüstan azərbaycanlılarını təhqir edə bilməz ! “(Əslinin-nəslinin əsrlər boyu gürcülərin əlinin altında qul kimi yaşadığından qul psixologiyasına maliksiniz, hər cür şərəfsizliyə gedə bilərsiniz, çünki heç nə itirməyəcəksiniz.)” Bu adam bu sözləri şəxsi bloq-unda və ya şəxsi akkauntunda deyil Azərbaycanca vikipediya adlı facebook qrupunda utanmadan açıq aşkar şəkildə yazır. Ümumiyyətə həmin qrupda o insanın köhnə paylaşımlarınada baxsaz 50-yə yaxın yaşı olmasına baxmayarq özündən yaşca iki dəfə kiçik olan bəzi idarəçiləri küçə söyüşləri ilə təhqir etməsini və bütün bu olanlardan sonra mənim kimi “ziya”lıları vikipediyada bloklayırlar yazmasını görə bilərsiz )) Bu adam hələ bilmir ki Gürcüstan azərbaycanlılarıda milliyətcə Azərbaycanlıdı Mavritaniyalı deyil və bu yazdığı sözlərlə özünüdə təhqir etmiş olur. Bu yazdıqlarımdan sonra gözləyirdim ki, Aydın Məmmədov ya həmin qrupda ya da şəxsən mənlə əlaqə yaradıb yazdıqları təhqirlərə görə üzr istəyəcək ancaq bu adam həmin qrupda yeni paylaşım edərək guya mənim ona qarşı olduğumu yazır (mən o adamı nə əyani nə də qiyabi tanımıram, ümumiyyətlə belə hiss olunur ki onun öz aləmində vikipediyada olan aktiv istifadəçilərin hamısı ona qarşı “заговор” qurub), bundan əlavə məni “cümlə qura bilməyən” adlandırıb )) mən azvikidə 1 il ərzində 50-dən çox məqalə yaratmışam (9-u statuslu məqalədir) bəs o illər ərzində nə edib ? Burada olduğum bir il ərzində niyə heçkim məni blok etməyib ya niyə kimsə yaratdığım məqalələrdən hansınısa silməyib ? Azvikiyə həqiqi xeyir verən heçkəsi ömürlük blok etməzlər. Əminəm ki bu yazdıqlarımı oxuduqdan sonra yenə həmin qrupda nələrsə yazacaq, ancaq mən o yazdıqlarını görməyəcəm çünki artıq həmin qrupdan çıxmışam (xüsusilə bir çox istifadəçinin mənimlə şəxsən əlaqə quraraq o adama baş qoşma bildirməsindən sonra), o qrupda dedi-qodu, təhqir, filan idarəçini gör neynəyəcəm tipli səviyyəsiz diskusiyalar gedir, Azərbaycanca Vikipediya maskası altında boş-boş söhbətlər edirlər (edirlər deyərkən əsasən blok olunmuş və həmişə hər şeydən narazı istifadəçilər aktivdirlər, azvikidəki aktiv istifaçilərsə sadəcə maraq naminə (və ya “ради забавы”) həmin diskussiyalara baxırlar). P.S Bu arada mən burada heç kimi müdafiə etmirəm və filan idarəçi mələkdir o birisi pisdir də demirəm. Səhfsiz insan yoxdur:) --Nicat49 (müzakirə) 00:53, 28 fevral 2016 (UTC)


Nicat49, sizə gülünc olan səbəbə bir dəqiq diqqət yetirin, oxuyub daha sonra qərar verirn. Yazdığım 4 cümlənin 3 ün ixtisar edib 1inə cavab verməyin.. Səbəbi yazmışam.. Nəyə görə təhqir anlam daşıdığını... Mustafa Abbasbəyli məqaləsinə gəlincə isə İlk dəfə Mustafa Abbasbəyli adı ilə qeydiyyatdan keçmişəm. Mənə elə gəlib ki belə olmalıdır. Daha sonra wikipediadaki qaydalari az -çox bilmişəm öz adıma profil açıb davam etmişəm.

Tamam 1 ci gün mən Səfər Azərnin yaratdığı məqalənin linkin bura ataram. Müzakirələrə baxarıq, görək nəyə görə o hesab edir ki həmən şəxs ensiklopedikdir.. Nicat Əlibəyli
Nə yaxşı ki, Vikipediyada iatifadəçi müzakirələri qalmaqdadı. Demək olar ki, heç nə silinmir. Əminəm ki hələ araşdırma aparıb daha çox " "faktlarla" qarışlaşacam..

Nicat bəy, mən Aydın Məmmədovun vəkili deyiləm, Kənd meydanında da böyük ehtimal onun vəkili yoxdur. Əgər onun FB qrupunda yazdığı bir şey xoşunuza gəlmirsə, ozünə yazın. Orada sizin haqqınızda yalnız bunu yazıb: "Biri siz özünüz. Millətinə görə Nobel mükatı kateqoriyası yaratmısınız. Amma kateqoriyaya daxil edilənlər ölkəsinə görə daxil edilir. Məsələn polşalı, türkiyəli. Yəni dövlətlə, müllət sözünün fərqini başa düşmürsünüz. Elə buna görə də biz istəyirik ki, vikipediyaya ziyalılar da fəaliyyət göstərsin, idarəçilər səlahiyyətlərindən sui-istifadə etməsinlər, qaydalara əməl etsinlər, qərəzkarlıq etməsinlər və s. Siz bunu niyə istəmirsiniz?" Gürcüstan azərbaycanlılarından da heç nə yazmıq, sadəcə onların içində azərbaycanlı olduğunu dananların, azərbaycan xalqını inkar edənlərin, hətta gürcüstanlı olduğu halda özünü "bakılı balası" kimi təqdim edənlərin olduğunu deyir. Siz hər şeyi niyə tərsinə yozamaq istəyirsiniz? "

Asparux haqqında isə bunu yazıb: "Lakin istifadəçilərdən biri - Asparux Bulqar (Sabuhi from Baku) əks təbliğata başlayıb. Qayda-qanunun bərpa olunması istiqamətində gördüyümüz iş onu niyə narahat edir bəs? Kimdir buu?! Mən birinci dəfə onu "Cəfərquqlu xan Dinbülü" məqaləsində tanımışam. Gəlib Cəfərququ xanın milliyyətini zaza yazmışdı, pozdum, dedim mənbələrdə onun mülliyyəti kürd olaraq göstərilir, mənbə təqdim et, təqdim edə bilmədi. Sonra baxıram kürdlər məqaləsinin girişinə yazıb ki, guya kürdlər "mənşələrini cinlərin qadınlarla nigahına bağlayırlar", - budurmu azvikinin ensiklopedik məqaləsi Смайлик «smile» ?! Ensiklopedik məqalədə xalqı təhqir etmək olarmı? Bundan sonra 2-ci və sonuncu dəfə mənimlə "Nuxa qəzası" məqaləsində toqquşdu ( https://az.wikipedia.org/wiki/Nuxa_q%C9%99zas%C4%B1 ). Məqaləyə heç bir informasiya daxil etmədi, heç bir informasiya verməyən 3-4 dənə mənbə yerləşdirdi, vandallıq edərək məqalədəki mənbəyə əsaslanan informasiyanı sildi, məqalənin strukturunu dağıdaraq pis vəziyyətə saldı. İradlarımı bildirdim, cavab verə bilmədi. Amma əvvəlki versiyanı da bərpa etmədi".

Müzakirə etmək istəyirsinizsə, bunu müzakirə edin. Özünə heç nə deyə bilmirsiniz, halbuki imkanınız var, gəlib burada dalınca danışırsınız. Ay aman idarəçilərin qərarı ilə bloklanıb, nə bilim nə. O da şikayət edib Metaya ki, idarəçilər vandallıq məqsədi ilə onu bloklayıblar. İdarəçilər gedib Metaya səbəb göstərsinlər. Niyə göstərə bilmirlər? Hörmətlə, --Nijat Alibayli 12:06, 28 fevral 2016 (UTC)

Hörmətli Nijat Alibayli haqqında bəhs edilən şəxslə əlaqəli məsələlər vikimedia fondunun bütün lahiyələrindəki ümumi qaydalara uyğun bir daha açılmamaq üzrə bağlanıb. Sizə bir başqa səhifədə də viki-də müəyyən edilən etiket və nəzakət qaydaları ilə tanış olmağı tövsiyyə etmişdim. Hörmətli Nicat bəydən də rica edirəm artıq bu məsələyə reaksiya verib dəyərli vaxtınızı itirməyin. Hörmətli Nijat Alibayli həmkarınız olaraq sizdən də rica edirəm ki, digər istifadəçiləri müzakirə normalarını aşan mübahisəyə (münaqişəyə) təhrik etməkdən çəkinin. Yuxarıda Səfər bəyin də qeyd etdiyi kimi məqalə mövzuları onu yazmağa başlamadan öncə ensiklopedilik kriteriyasına uyğun istifadəçinin özü tərəfindən yoxlanılmalıdır. Əgər bu məsələdə həmin dildəki viki-də qaydaların boşluğu (yoxluğu) hiss edilirsə bu qaydaları daha təkmil digər (dillərdəki) vikilərdə də etmək olar. Fəaliyyətiniz yeni olduğu və tək bir şəxsin bioqrafiyası ətrafında fokuslandığı üçün iradlarınızda "qisas" zəmini nəzərə çarpır (mənə elə gəlir ki, düşünürsüz ki, müzakirələr effekt versə silinmiş məqaləniz bərpa olunacaq). Bunun belə olmadığına ümid edirəm. Əgər viki-ni zənginləşdirmək istəyirsizsə davam edin və digər mövzulu (ixtiyari) məqalələr yaradın, və ya redaktə edərək məqalələri zənginləşdirin. Yox əgər məqsədiniz sadəcə bir şəxsin viki-də təbliği idisə, onda daha öncə göstərdiyim qaydalarda vikipediya nə deyil məsələsini aydınlaşdırmalısınız. Çünki ikinci halı əsas qəbul edib bu tip ümumi müzakirə və hamıya irad yolunda davam etdikcə qaydaları pozacaqsınız və bu sonda redaktə imkanlarınızın məhdudlaşdırılması ilə yekunlaşacaq. İlk halı fəaliyyət prinsipiniz olaraq qəbul edirsizsə (mən daxil) bütün istifadəçilər imkanları daxilində sizə köməklik göstərəcəkdir. Hər kəsə hörmətlə !--Asparux Xan Bulqar (müzakirə) 13:44, 28 fevral 2016 (UTC)

Hörmətli Asparux Xan Bulqar. Mən məqaləmi silən idarəçilərdən səbəbini soruşuram. Məqalə doğrudan da silinməlidirsə, silinsin. Amma onların əvəzinə siz cavab verirsiniz. Deyirsiniz ki, "haqqında bəhs edilən şəxslə əlaqəli məsələlər vikimedia fondunun bütün lahiyələrindəki ümumi qaydalara uyğun bir daha açılmamaq üzrə bağlanıb". Lap yaxşı. Onda bu müzakirəni niyə açmısınız? Məsələ bağlıdır, qoyun bağlı qalsın da. Mən isə 2 dənə fakt göstərdim. Ölkələrinə görə Nobel mükafatı alanların siyahısı və Nuxa qəzası ilə bağlı. Siz mənim məqaləmə iradınızı bildirəndə, mən hər an cavab verdim. İndi siz də mənim iradlarıma cavab verin. Bunlar ki "haqqında bəhs edilən şəxslə" əlaqəli deyil, sizlərin redaktələri ilə əlaqədardır. Məsələn, deyə bilərsinizmi ki Nuxa qəzası məqaləsindən "Şəki qəzası" sözünü niyə götürmüsünüz? Yaxud adaşım Nicat bəy deyə bilərmi ki, millətinə görə Nobel mükafatı lauriyyatları kateqoriyasına, adamlar niyə ölkələrinə görə daxil edilirlər? Əvvəlcədən təşəkkür. -- --Nijat Alibayli 1426, 28 fevral 2016 (UTC)

Həmkar Nuxa qəzası ilə əlaqəli təklif və iradlarınızı Müzakirə:Nuxa qəzası səhifəsində qeyd edin. Ancaq məqalə ilə əlaqədar istənilən məsələdə təkrara getməmək üçün öncə müzakirə mətni ilə tanış olun. Digər məqalə isə mənimlə əlaqəli deyil. Yenə onunla əlaqəli sual, irad və təkliflərinizi müavfiq məqalənin müzakirə səhifəsində qeyd etməlisiz. Qısa olaraq qeyd edim ki, adımın hallandığı məsələdə sualınıza göstərdiyim müzakirə səhifəsində cavab verilmişdir.--Asparux Xan Bulqar (müzakirə) 14:36, 28 fevral 2016 (UTC)
Qardaş, Nuxa qəzası məqaləsində sizin redaktənizlə bağlı iradların siyahısı 1 il əvvəl yazılıb artıq. İmkan olanda cavab verin, yaxud nöqsanları aradan qaldırın. Bir də yuxarıda yazdığınız kimi, əgər "haqqında bəhs edilən şəxslə əlaqəli məsələlər vikimedia fondunun bütün lahiyələrindəki ümumi qaydalara uyğun bir daha açılmamaq üzrə bağlanıb"sa, onda zəhmət olmasa bu bölməni silin. Məsələ bağlanıbsa, burada onun haqqında niyə müzakirə getməlidir ki?

p.s. Sizin vikidəki qaydalara əsasən danışmağınız məni məcbur edir ki vikipediyanı daha dərindən mənimsəyim. Bu səbəbdən Sizə minnətdaram. Çalışacam sizin kimi, belə deyək də qaydalarla hərəkət edim mən də --Nijat Alibayli 1511, 28 fevral 2016 (UTC)

İstənilən problemlə əlaqəli müzakirə səhifəmə yaza bilərsiz: imkan daxilində (bəzən texniki problemlərin həlli şəxsən məndən asılı olmur) istənilən köməyi göstərməyə şad olaram. Kənd meydanı daxil istənilən müzakirə səhifələrində müzakirə mətni olaraq yazılmış cümlələr yalnız təhqiramiz ifadələr ehtiva etdikdə silinir. Nuxa qəzası ilə əlaqəli iki əsassız iddia var idi: inzibati ərazi vahidi və qəzanın adı ilə əlaqəli. İlk iddia qarşı tərəfin yalnış düşündüyünün özü tərəfindən qəbul edilməməsi nəticəsidir, ikinci məsələnin təsdiqi üçünsə mən yetərli etibarlı mənbələrdən müvafiq istinadları göstərmişəm. Bunları da təkrar qısa olaraq burda ona görə yazdım ki, siz müzakirəyə göz gəzdirmədiniz.--Asparux Xan Bulqar (müzakirə) 15:24, 28 fevral 2016 (UTC)
Asparux Xan Bulqar. Mən məqalənin müzakirə səhifəsini oxuyuram, görürəm ki iradalara cavab verməmisiniz. Məqalənin adı ilə bağlı isə heç bir mübahisə olmayıb, olubsa zəhmət olmasa göstərin. Müzakirə səhifəsindən və məqalənin tarixçəsindən görünür ki, məqalənin adı yalnız "Nuxa qəzası" olub və bunu heç kim dəyişmək istəməyib. Siz isə bunun əksini dediniz. Dediyiniz arqumentlər nədir? Siz sübut edə bildiniz ki, Nuxa qəzasının adı "Şəki qəzası" olmayıb? Qarşı tərəf etibarlı mənbələrə istinad edərək bunu sübut edib, amma siz "Şəki qəzası" sözünü məqalədən çıxarmısınız? Niyə belə edirdiniz? Zəhmət olmasa müzakirə səhifəsindəki iradlara münasibətinizi bildirin.Əgər münasibət bildirmək üçün əlinizdə heç bir arqument yoxdursa, imkan verin başqaları məqaləni normal salsın. Hörmətlə, --Nijat Alibayli 17:46, 28 fevral 2016 (UTC)
Hörmətli həmkar hansı "etibarlı mənbələrə" istinad edilib və özü də "sübut edib" ? Yenə də təkrar olmasın xatırladıram. Məqalə haqqında müzakirənin burda yox həmin səhifədə aparılması lazım idi. Siz məqalədəki redaktələr tarixçəsinə baxmalısız, bəlkə redaktənin hansı ardıcıllıqla getdiyini özünüz gördünüz. Tutaq ki, baxa bilmirsiz: onda zəhmət olmasa həmin mənbələri bir də göstərin ki, biz də səhvimizi qəbul edək. Rəsmi mənbələr Şəki adlı qəzanın varlığını imperiya, nə cümhuriyyət, nə sovet vaxtı xəbər vermir. Bəlkə elə mənbələr var ? Mən çox daha öncə də həmsöhbətə yazamışdım ki, varsa yazsın yoxdursa barışsın. Mənim nəyisə təhrif etmək fikrim yoxdur hansı mənbə göstərilsə orda yazılana uyğun da redaktə olacaq. Yerinizdə başqa daha əvvəldən çalışan istifadəçi olsa idi bu ittihamları başqa cür qəbul etməliydim (müzakirədə yazdığım kimi: ələ salma): amma təcrübənizin az olduğunu göz önündə tutaraq məsələni izahlaca kifayətlənirəm. Rica edirəm ittihamdan öncə çalışın məsələ haqqında daha yaxşı araşdırasız, əgər məsələ doğurdanda sizin üçün önəmlidirsə.--Asparux Xan Bulqar (müzakirə) 18:31, 28 fevral 2016 (UTC)


Hörmətli Asparux, sizinlə yazışmamda bir məqsəd var. Cünki Siz, mənim fikrimcə (digər bəzi istifadəçi və idarəçilərə baxanda) daha çox qaydalarla hərəkət edirsiz. Buradakı 4-cü və 5-ci mənbədə qəzanın adının Şəki qəzası olması göstərilir. Bunu siz silmisiniz. Səbəb? İzahı varmı? https://az.wikipedia.org/w/index.php?title=Nuxa_q%C9%99zas%C4%B1&oldid=3330105 Hörmətlə, --Nijat Alibayli 18:46, 28 fevral 2016 (UTC)
Həmkar daha münasib olduğu üçün: cavabı Müzakirə:Nuxa qəzası səhifəsində yazdım.--Asparux Xan Bulqar (müzakirə) 19:38, 28 fevral 2016 (UTC)

VisualEditor News #1—2016

Elitre (WMF), 19:21, 26 fevral 2016 (UTC)

Vikilüğətə yardım

Salam. Bildiyiniz kimi mən vikilüğətdə idarəçiyəm. Amma idarəçilikdə yeni olduğum üçün bəzi şeyləri bilmirəm. Xahiş edirəm mənə kömək edin.

  • Ana səhifədəki sol tərəfdəki menyuda dəyişiklik etmək üçün nə etməliyəm? Orada ictimai portal yazılıb amma Kənd meydanı sözü ilə əvəz etmək istəyirəm.
  • Prefiks məsələsi. Bəzi səhifələr Vikilüğət bəziləri isə Wiktionary prefiksi ilə gedir. Bu problemi necə həll edim?
  • Yeni plaginləri hardan əlavə edim?

--Aabdullayev851 (müzakirə) 08:27, 27 fevral 2016 (UTC)

Sistem məlumatlarına sadəcə bir az göz gəzdirmək lazımdır:

Zaxəzər vilayəti?

Каспийская область Xəzər vilayəti kimi tərcümə edirik, Забайкальский край isə Zabaykal diyarı kimi. İndi Закаспийская область ilə neyniyim? Zaqafqaziya sözündə kimi iki dildən sözləri birləşdirib, Zaxəzər vilayəti yazım? --Мурад 97 (müzakirə) 20:31, 28 fevral 2016 (UTC)

Zakaspiysk vilayəti yazılsa məncə daha doğru olar. Əqər yaratmaq istədiyiniz məqalənin intervikisinə nəzər yetirsəz, oradakı bir çox dildə həmin vilayətin trans prefiksi ilə yazıldığını görə bilərsiniz. Yəni Transxəzər vilayəti formasında da yazmaq olar. --Keete 37 (Farid Aliev) (müzakirə) 20:51, 28 fevral 2016 (UTC)
Mənim diqqətimdən yayınıb: Samral bəyin heç bir istinad göstərmədən rəsmi xüsusi adı tərcümə etməsi qaydalara ziddir. Həmkar əslində özünüz düzgün nümunə göstərmisiz: Zaqafqaziya DFR adında Zaqafqaziya adı rusca olduğu kimi saxlanılıb, siz də yaratmaq istədiyiniz məqalə adını Zakaspiysk vilayəti kimi qəbul etməlisiz (Trans... bu artıq mənaca başqa şey olur: çünki Zakaspiysk tərcümədə Kaspi arxası deməkdir; bunu sadəcə məlumat üçün yazdım ümumiyyətlə tərcümə dügün deyil, sadəcə transliterasiya olmalıdır).--Asparux Xan Bulqar (müzakirə) 21:50, 28 fevral 2016 (UTC)
Asparux Xan Bulqar bəy orta məktəb dərsliklərində elə idi deyə tərcümə etmişdim. Təkcə bu deyilki. Xüsusi Cənubi Qafqaz Komitəsi də azərbaycanca mənbələrdə gah rusca yazılır, gah da azərbaycanca.--samral müzakirə 22:15, 28 fevral 2016 (UTC)

Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024