Vikipediya:Silinməyə namizəd səhifələr/Əlhəddin Cekli Haqqinda Melumat - Vikipedia

Vikipediya:Silinməyə namizəd səhifələr/Əlhəddin Cekli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Silinməyə namizəd səhifələr/Əlhəddin Cekli

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • ✔  Qalsın: Keçmiş inzibatçının atası haqqında olan məqalədir. Şəxsin özü də, ensiklopedikdir məncə. Bu tipli məqalələrin qorunması gərəkdir. — Baskervill ☼ - De Gəlsin ! 20:40, 2 noyabr 2023 (UTC)[cavabla]
    Şərh  Şərh: @Baskervill, mənim Vikipediyadan uzaqlaşmağımda sənin böyük xidmətlərin olub. Amma bu SNS-də dürüst yanaşmana görə sənə xüsusi təşəkkür edirəm! @Toghrul R-nin isə 14 ildir ki, mövcud olan məqaləni silinməyə namizəd etməsinin səbəbi mənə çox yaxşı bəllidir. Mən bunu sadəcə şəxsi zəmində qisasçılıq adlandırıram. Bir müddət öncə feysbukda yanlış başa düşdüyü bir məsələ ilə bağlı mənə hörmətsizlik edərək, təhqirlər ünvanlaması, hələ də o məsələni yanlış başa düşərək, dünən yolda üz-üzə gəldiyimizdə mənə salam verməməsi məni özünə düşmən hesab etdiyinin bir göstəricisidir. Onun həm atam haqqında məqaləni, həm də həmtəsisçilərindən biri olduğum Cek Cəmiyyəti haqqında məqaləni SNS etməsinə başqa bir məntiqli izah görmürəm. Mənimlə düşmən olmaqda maraqlıdırsa, çox gözəl! ►Cekli829 08:45, 5 noyabr 2023 (UTC)[cavabla]
    BaskervillCekli829 —ikinizin də etdiyi konkret olaraq VP:BURADADEYİL konsepsiyasına uyğundur. İnzibatçının atasıdır nə deməkdir? Qisasçılıq edilir nə deməkdir? Düşmən olmaq nə deməkdir? Siz Vikipediyanı hara ilə səhv salmısınız? Baskervillin uzunmüddətli pozucu fəaliyyəti yeni pik nöqtəsinə çatdə yenə, Cekli isə illər sonra öz atasına görə Vikipediyaya qayıtması sadəcə absurddur. --► Hörmətlə: SolaVirum 11:41, 5 noyabr 2023 (UTC)[cavabla]
    Neçə illik fəaliyyətini sırf etdiyi inzibatçı müharibəsi nəticəsində statusu alındı deyə yekunlaşdıran birinin belə rəy yazacağı gözlənilən idi. İstifadəçi hələ də düşünür ki əvvəllər etdiyi kimi istifadəçiləri təhqir edib istədiyinə nail ola biləcək. Nemoralis (müzakirə) 18:13, 5 noyabr 2023 (UTC)[cavabla]
  • ✔  Qalsın: məqalənin məzmununa diqqət yetirdim. Şəxsin zəngin publisistik fəaliyəti var. Üstəlik, özü və fəaliyyəti haqda da məqalədə də mənbələr göstərilib. Görünür ki, kiçik etnik xalq haqda geniş təbliğat aparmaq təcrübəsi var. Fəaliyyəti geniş və zəngindir. Hesab edirəm ki,məqalə kiçik xalqın nümayəndəsi kimi saxlanıla bilər. Ensiklopedik şərtlər burda pozulmur. — Tarixi Nadir (müzakirə) 10:19, 5 noyabr 2023 (UTC)[cavabla]
  • Şərh  Şərh: Məsələni şəxsi münasibətlərlə əlaqələndirmək düzgün deyil. Yaxşı olardı ki, @Cekli829 məqalənin niyə SNS-ə çıxarılması ilə bağlı ehtimalları qeyd etməkdənsə, ensiklopedik olduğunu sübut etsin. Bura şəxsi münasibətləri müzakirə etmək yeri deyil. Eminn (müzakirə) 10:48, 5 noyabr 2023 (UTC)[cavabla]
  • Şərh  Şərh: Cekli829 4 il sonra sizin imzanızı görmək doğurdan da xoş oldu. Mən heç bir təcrübəli vikipediyaçının buradan tamamilə uzaqlaşmasını arzu etmirəm. Hər kəs burada kiməsə xatir yox, danışdığı dilə, mənsub olduğu xalq üçün nələrsə etməyə çalışır. İnanıram ki, nə zamansa sizin imzanızı yenidən görəcəyik. Yuxarıdakı məqalə isə məncə ensiklopedikdir. Yekun qərarı isə icma qəbul edəcək. Hörmətlə:— Baskervill ☼ - De Gəlsin ! 08:24, 6 noyabr 2023 (UTC)[cavabla]
Solavirum yuxarıda mən nə yazmışam ki, uzunmüddətli pozucu fəaliyyəti yeni pik nöqtəsinə çatdə yenə kimi bir cümlə qurmusunuz ? Yuxarıda hansı pozucu fəaliyyətim olub ? Siz mənim adi sözlərimi belə bu formada qələmə verməklə nə əldə etmək istəyirsiniz ? — Baskervill ☼ - De Gəlsin ! 08:27, 6 noyabr 2023 (UTC)[cavabla]
"Keçmiş inzibatçının atasıdır" – bu, özü Vikipediyanın ümümi işinə xələl gətirir. Pozucu fəaliyyət təkcə məqalə məzmununu sıfırlamaq, vandalizm etmək deyil ki. Onsuz da nə etsəniz də, sonda inkar edirsiniz, bir mənası qalmır. --► Hörmətlə: SolaVirum 08:46, 6 noyabr 2023 (UTC)[cavabla]
  • X  Silinsin: Məqalədə qeyd olunmuş əmək və ictimai fəaliyyəti şəxsi ensiklopedik etmir. Elmi fəaliyyəti haqqında da sadəcə məqalələrinin sayı və siyahısı var. Fəaliyyəti haqqında ikincidərəcəli mənbələrdə məlumat tapa bilmədim. Məqalədəki məlumatlar da mənbəsizdir, istinadlar şəxsin öz məqalələrinə keçidlərdir deyəsən, onlardan da sadəcə birincini aça bildim. Yəni mənbələrdə şəxs haqqında məlumat yoxdur, məqalədəki məlumatlar da ensiklopediklik üçün heç bir kriteriyanı ödəmir. — surə m 18:22, 7 noyabr 2023 (UTC)[cavabla]

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 17:43, 8 noyabr 2023 (UTC)[cavabla]


Saytda 144 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024