Vikipediya:Silinməyə namizəd səhifələr/Vüsal Quliyev Haqqinda Melumat - Vikipedia

Vikipediya:Silinməyə namizəd səhifələr/Vüsal Quliyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Silinməyə namizəd səhifələr/Vüsal Quliyev

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  • Azərbaycan Prezidentinin hazırda 11 köməkçisi var ki, bunların da hamısı eyni zamanda PA-da şöbə müdiridirlər. Köməkçi olmayan 8 də şöbə müdiri var. 8 də xüsusi nümayəndəsi var. Sadaladıqlarımın 90 faizinin məqaləsi var AzVikidə. PA-nın sektor müdirlərinin adı isə heç president.az saytında yoxdur. Çünki sadaladıqlarım qədər əhəmiyyətli deyillər. PA-nın hər əməkdaşı haqda AzVikidə məqalə olmalıdır deyə bir qayda yoxdur. Hansısa bir qurumun Müşahidə Şurasının üzvü və ya sədr müavini olması da şəxsi birbaşa ensiklopedik etmir. samral müzakirə 00:51, 11 aprel 2024 (UTC)[cavabla]
  • X  Silinsin: sürətli silinməyə belə uyğundur. Tutduğu vəzifələrdən heç biri birbaşa və ya rəhbər vəzifə deyil. Grenzsoldat 08:58, 11 aprel 2024 (UTC)[cavabla]
  • ✔  Qalsın: Ölkənin ən əsas qurumlarından olan QHT Agentliyinin Müşahidə Şurasının sədr müavinidir. Agentliyin tərkibində yüzlərlə böyük-kiçik QHT-lər vardır. Hətta QHT-lərin içərilərində daxili və beuynəlxalq QHT-lər vardır. Belə ki, Müşahidə Şurasının sədri olduqca yüksək vəzifə olduğu üçün, Azərbaycan Respublikası Prezidentinin sərəcamı ilə təyin edilmişdir. VP:ŞEƏ əsasən dövlət başıçı tərəfindən bir başa vəzifəyə təyin olunmuş şəxslər ensiklopedik sayılır. — A.Aida88 (müzakirə) 08:19, 13 aprel 2024 (UTC)[cavabla]
  • @A.Aida88 Fikirləri ilə razıyam. ✔  Qalsın: Redivy (müzakirə) 21:48, 13 aprel 2024 (UTC)[cavabla]
    @A.Aida88 və @Redivy, VP:SİYASƏTÇİ qaydası Müşahidə Şuralarının (MŞ) müavinlərini, üzvlərini əhatə etmir. O qayda aiddir nazirlərə, dövlət; komitə, agentlik, xidmət sədrləri (rəisləri) və onların birinci müavinlərinə. Bu gün müxtəlif qurumların MŞ-ları var, və o qurumların onlarla qeyri-ensiklopedik üzvləri var. Bu barədə olan sərəncamlara baxsaz, kifayət qədər tanımadığınız, tanınmayan adlar görərsiz. samral müzakirə 02:43, 15 aprel 2024 (UTC)[cavabla]
    Bura qeyd etdiyim buna da aiddir deyəsən. Axtarış etdim və vəzifəyə təyin olunması ilə bağlı başlıqlarla birlikdə bir çox müsahibə linkindən başqa nəticə görə bilmədim. Məqalədəki istinadlar da bunlardan fərqli deyil, hələ xarici keçidlər. Hörmətlə, Gadirmüzakirə 02:52, 15 aprel 2024 (UTC)[cavabla]
    @Gadir Fərid Hacıyev məqaləsində milli məclis və xəbər saytlarında istinadlar var , həmçinin axtarış etdikdə də yetəri qədər mənbə çıxır. Müşavir məsələsinə qaldıqda isə hər müşavir ensiklopedikdir deyə birşey yoxdur sadəcə o status hər insana verilmir onun verilmə və keçmə prosesi kifayətdir buna. Bu ümumi danışıqdan yalnız prezident, nazirlər və s ensiklopedik olsun kimi çıxır buda düzgün fikir yaratmır. Redivy (müzakirə) 07:22, 15 aprel 2024 (UTC)[cavabla]
    @Redivy, statusla, mükafatla bağlı fikirlərimi təkrarlamaq istəmirəm, qeyd etmişəm. Onda məsəlçün, sizə də, mənə də bir mükafat yaxud vəzifə versinlər və bir neçə saytda da yayımlansın, bir neçə müsahibə verək və tək bircə bu fakta görə biz avtomatik ensiklopedik şəxs oluruq? Başqa mənbələr dəstəkləmədən, bizdən bəhs etmədən falan. Şəxslə, fəaliyyəti ilə bağlı əhəmiyyətli, etibarlı, tərəfsiz mənbələr olmalıdır, xəbərlər, məqalələr, yazılar və s. Yoxsa bu gedişatla hər haqqında müəyyən məlumatlar çıxan şəxslər barədə məqalələr yazmaq mümkün olacaq gələcəkdə. Bu da ki, çətin deyil, indi hər kəs haqqında internetdə informasiya tapmaq mümkündür. Müsahibələrdən, sərəncamlardan və "vəzifə verildi" başlıqlardan irəli gedə bilmir təəssüf ki. O zaman bu prizmadan yanaşsaq, ictimai birliklər, QHT-lər, KİV-lərlə əlaqəli şəxslər barədə də məqalələrin yaradılması və silinənlərin geri gətirilməsi leqal görünür. "Bütün vəzifəli şəxslər barədə məqalə olmalıdır" deyə bir qayda yoxdur, anlayış da olmamalıdır. Bura hökümət portalı deyil. Şəxslər haqqında düz-əməlli mənbələr yoxdursa, burada Vikipediyanın suçu yoxdur. Bura hökümət məlumat bazası da deyil. Hörmətlə, Gadirmüzakirə 21:54, 15 aprel 2024 (UTC)[cavabla]
    Təsəvvür edin ki, bir general var və barəsində informasiya yoxdur, indi sırf durub rütbəsinə görə ona istinadsız və mənbəsiz məqalə açaq? Hörmətlə, Gadirmüzakirə 21:56, 15 aprel 2024 (UTC)[cavabla]
    @Gadir İstisina hallar hər mövzuda olub eləcədə bu apardığımız mövzuda şəxs barəsində dövlət saytı və mediada istinadlar var həmçinin layiq görüldüyü status və səlahiyytətlər ensklopedik edir başqa yəni nə olsun ? tam olaraq rütbə olaraq nəzərdə tutmamışam ki Redivy (müzakirə) 21:59, 15 aprel 2024 (UTC)[cavabla]
    Bu istinadlardan başqa şəxslərlə və fəaliyyətləri ilə bağlı etibarlı, tərəfsiz, əhəmiyyətli, ensiklopedik və mövzu ilə əlaqəli əhatəli məlumatlar ehtiva edən, bir-birinin təkrarı olmayan, eyni şeyləri qeyd etməyən mənbələrdə məlumatlar ehtiva edən mənbələr təqdim edə bilərsiniz? O mənbələr əhəmiyyətli və etibarlıdır, lakin tərəfsiz deyillər. Varsa, məqaləyə də yerləşdirin. Mövzu barədə sırf müəyyən qədər belə mənbə var deyə məqalə yaratmaq uyğun deyil. Bu, istənilən bir çox şəxs barədə var. Burada fokuslanılan əsas məsələ şəxslərin aldıqları vəzifə və mükafatlardır. Dediyim kimi, hər mövzunun məqaləsi olmaq məcburiyyətində deyil, lazım olanda müvafiq səhifələrdə qısa məlumatlar vermək kifayət edir. Çünki bura portal yaxud məlumat kitabçası da deyil. VP:VND. Əsaslı mənbələr olmayan mövzular barədə oxucular necə məlumat almaq istəsin ki? Hörmətlə, Gadirmüzakirə 22:11, 15 aprel 2024 (UTC)[cavabla]
    @Gadir . VP:VND Tam oxumağa vaxt olmayıb, davamını sabah oxuyub gələcəm :) hələki fikrimdə qalıram. Redivy (müzakirə) 23:08, 15 aprel 2024 (UTC)[cavabla]
    @Samral Tam olaraq şəxsi analiz edərək qeyd etdiklərinizi oxuayaraq yenidən fikir bildirəcəm təşəkkürlər. Redivy (müzakirə) 07:26, 15 aprel 2024 (UTC)[cavabla]
  • ✔  Qalsın: A.Aida88 və Redivy-nin qeydlərinə əsasən. Prezident tərəfindən təyinat almış şəxsdir və fəaliyyəti genişdir. Bu arada, VP:ŞEƏ-də konkret olaraq limit qoyulmayıb, heç rəhbər olmalı olduğu da qeyd edilməyib. Toghrul R (m) 11:26, 15 aprel 2024 (UTC)[cavabla]
      Sürətli qalsın: digər həmkarların fikrinə qatılıram. Şəxsin fəaliyyəti onu ensklopetik edir həmçinin təltifləri də ensklopetik edir şəxsi -- ☞QRAF☜   (✉ → ♕) 11:58, 15 aprel 2024 (UTC)[cavabla]
  • ✔  Qalsın: qeyd olunan fikirlərlər razıyam. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 19:08, 15 aprel 2024 (UTC) Qeyd: İstifadəçilərdən biri bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür. [cavabla]
  • ✔  Qalsın: Açığı etiraf edim ki, ilk başda mən də müəyyən qədər eyni fikirə yaxın düşünürdüm. Amma hesab edirəm ki, şəxsi sırf vəzifəsinə görə dəyərləndirmək tam doğru olmaz. Şəxsi ensiklopedik edən və ya etməyən əsas faktor onun fəaliyyətidir. Vüsal Quliyevin isə böyük ictimai nüfuzu var. Araşdıranda da görürsən ki, mediada da tez-tez adı keçən geniş fəaliyyətə malikdir. Bunları nəzərə alaraq mən qalmasına meyl edirəm. Atakhanli (müzakirə) 05:00, 17 aprel 2024 (UTC)[cavabla]
    @Sura Shukurlu, siz belə mövzularda təcrübəlisiz. Sizcə bu şəxsin həyat və fəaliyyəti 2-ci dərəcəli, obyektiv mənbələrdə yetərincə və ətraflı şəkildə tədqiq edilib? samral müzakirə 01:14, 9 may 2024 (UTC)[cavabla]
  • ✔  Qalsın:Prezident təyin etdiyi vəzifələr birbaşa ensiklopedik sayılır. Bu vəzifələrə konkret vəzifə göstərilmir. VP: ŞEƏ tam uyğundur. Həm də şəxs haqqında yetərincə Kiv-lərdə mənbə vardır.— İdylle (müzakirə) 13:52, 17 aprel 2024 (UTC) Qeyd: İstifadəçilərdən biri bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür. [cavabla]
  • ✔  Qalsın: Qeyd edilən arqumentləri nəzərə aldıqda ensiklopedik hesab etmək olar. — Patriot (müzakirə) 16:14, 28 aprel 2024 (UTC) Qeyd: İstifadəçilərdən biri bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür. [cavabla]
  • ✔  Qalsın: Şəxsin tutduğu vəzifə onu ensiklopedik etməsi üçün yetərlidir və yuxarıda yazılan şərhlərində səsimi istifadə edən zaman nəzərə almışam. Səs ovu şablonunum illərin istifadəçilərinin imzasının qarşısına əlavə edilməsini də düzgün hesab etmirəm.— Baskervill 21:42, 5 may 2024 (UTC)[cavabla]
      Cavab: əslində yuxarıdakı rəy qarşılıqlı əlaqə blokuna birbaşa ziddir. İndi ki, tədbir görülmür, cavab verməyə məcburam. Mən kimə ki, “səs ovu” şablonu qoymuşam, bunu da əsaslandırmışam redaktə izahında. samral müzakirə 20:00, 9 may 2024 (UTC)[cavabla]

Yekunlaşdırma: Silinməməsinə qərar verildi. Eminn (müzakirə) 08:16, 11 may 2024 (UTC)[cavabla]


Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024