Viktoriya İvleva Haqqinda Melumat - Vikipedia

Viktoriya İvleva Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Viktoriya İvleva

Viktoriya Markovna İvleva-York (rus. ́Виктория Марковна Ивлева-Йорк; 1956, Leninqrad) — Rusiya jurnalistifotoqrafı. "Azad media" mükafatı laureatı (2008).

Viktoriya İvleva
Doğum tarixi 1956
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Təhsili
Fəaliyyəti jurnalist, fotoqraf

Həyatı redaktə

1956-cı ildə Leninqradda anadan olub. Leninqrad Mədəniyyət İnstitutunda təhsil aldığı zaman fotoqrafiya ilə məşğul olan rəfiqəsi onu öz hobbisi ilə tanış edib. Fotoqrafiyadan ciddi təsirlənən Viktoriya, nəticədə institutu tərk edib və fotoqrafiya məktəbinə daxil olaraq, oranı bitirib. 1983-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.[1].

SSRİ-nin dağıldığı dönəmdə dünyanın ayrı-ayrı qaynar yerlərində çalışıb. RuandaXocalı soyqırımılarında fotoqraf kimi fəaliyyət göstərib.[2][3] 1992-ci ildə Çernobıl reaktorunun içindən reportaj hazırladığı üçün "World Press Photo" mükafatına layiq görülüb.[4]

"Novaya qazeta" qəzetində işləyib. İvlevanın məqalələri "Oqonyok" jurnalında, "Moskovskie novosti", "Der Spiegel", "Le Figaro", "The Guardian", "The New York Times" qəzetlərində və digər nəşrlərdə dərc olunub.[2]

Donbassdakı müharibədə Ukraynanı dəstəkləyir,[5] könüllü olaraq Xarkov fəalları ilə birlikdə Rusiya tərəfindən işğal olunmuş ərazilərdən insanları çıxarıb, dərman və ərzaq çatdırıb.[6] 2022-ci ilin martından Kiyevdə yaşayır.[4]

Foto sərgiləri redaktə

Filmoqrafiya redaktə

  1. Sonsuz dəhliz (ing. Endless Corridor)

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 140 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024