Vinnipeq gölü Haqqinda Melumat - Vikipedia

Vinnipeq gölü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

VinnipeqKanadanın Manitoba vilayəti ərazisində yerləşən göl. Göl Vinnipeq şəhərindən 55 km şimalda yerləşir. Kanadanın cənubunda yerləşən ən iri göldür.

Vinnipeq gölü
ing. Lake Winnipeg
Ümumi məlumatlar
Mütləq hündürlüyü 217 m
Eni 100 km
Uzunluğu 416[1]
Sahil uzunluğu 1.858 km
Sahəsi 24300 km²
Həcmi 1580 km³
Su tutumu 984200 km²
Dərin yeri 36 m
Orta dərinliyi 12 m
Yerləşməsi
52°07′ şm. e. 97°15′ q. u.
Ölkə
Region
Vinnipeq gölü xəritədə
Vinnipeq gölü
Vinnipeq gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vinnipeq Kanadanın şirinsulu gölləri arasında sahəsinə görə beşinçidir. Gölün orta dərinliyi cəmi 12 metrdir. Maksimal dərinlik isə 36 metrdir. Dünyada isə sahəsinə görə 12-ci yerdədir.

Şərq hissəsində meşə sahələri geniş sahə tutur. Bu əsrarəngiz təbiət gələcəkdə YUNESCO Ümumdünya irsi siyahısına daxil edilə bilər. Şimaldan cənuba 416 km uzunluğa malikdur. Gölün hövzəsi 984200 km²-dir.

Gölə tökülən çaylar redaktə

Sahilində yerləşən yaşayış məntəqələri:

  • Qrand-Rapids
  • Berens-River
  • Qrand-mare
  • Hekla
  • Himli
  • Cekhed-Harbir

Tarixi redaktə

Belə hesab edilir ki, gölü ilk avropalı dəri taciri Henri Kesli 1690-cu ildə kəşf etmişdir. Yerli xalqın dilində wīnipēk kəlməsi «şirin sular» mənasını bilir. 1730-ci ildə isə Vinnipeq limanı salınmışdır.

Suanbarı kimi istifadəsi redaktə

Göldən başlayan Nelson çayı üzərində kaskad SES inşa edilmişdir. Xüsusi ilə həvəskar balıqçılıqda istifadə edilir.[2]

Qalereya redaktə

İstinadlar redaktə

  1. "Lake Winnipeg". Canadian Encyclopedia (ingilis). 2012-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-15.
  2. "Canada Fishing Online. Manitoba Fishing". 2011-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-07.

Saytda 177 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024