World Wide Web Conference Haqqinda Melumat - Vikipedia

World Wide Web Conference Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

World Wide Web Conference

The ACM Web Conference (əvvəlki adı: International World Wide Web Conference; qısaca WWW) — Ümumdünya hörümçək torunun gələcək istiqaməti mövzusunda illik beynəlxalq akademik konfrans. İlk konfrans 1994-cü ildə İsveçrənin Cenevrə şəhərində, CERN-də Robert Kayo tərəfindən keçirilmiş və təşkil edilmişdir. Konfrans o vaxtdan bəri hər il Robert Kayo və həmkarı Cozef Hardin tərəfindən təsis edilən Beynəlxalq Ümumdünya Hörümçək Toru Konfransı Komitəsi (IW3C2) tərəfindən təşkil olunur.[1] 2020-ci ildə "Web Conference" seriyası ACM SIGWEB tərəfindən dəstəklənən Hesablama Maşınları Assosiasiyası (HMA) ilə əlaqəli olmuşdur.[2] Konfransın məkanı Şimali Amerika, AvropaAsiya arasında dəyişir, onun tədbirləri adətən beş gün davam edir. Konfransın məqsədi "əsas təsir edici şəxslərin, qərar qəbul edənlərin, texnoloqların, bizneslərin və standartlar təşkilatlarının" həm davam edən işlərini, araşdırmalarını və fikirlərini təqdim edə, həm də bu sahədə ən bilikli insanlardan rəy ala biləcəkləri bir forum təmin etməkdir.[1]

World Wide Web Conference
Status davam edir
Janr ümumdünya hörümçək toru
Tezliyi hər il
Ölkə beynəlxalq
Keçirildiyi illər 1994–davam edir
Təsisçi(lər) Beynəlxalq Ümumdünya Hörümçək Toru Konfransı Komitəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Web Conference" seriyası onunla əlaqəli texnologiyaların standartlaşdırılması, qeyd olunan texnologiyaların cəmiyyətə və mədəniyyətə təsiri ilə bağlı müzakirə və debatlar üçün qlobal forum təmin etmək məqsədi daşıyır. Tərtibatçılar, tədqiqatçılar, internet istifadəçiləri, eləcə də kommersiya müəssisələri və təşkilatlar ümumdünya hörümçək torunun ən son yeniliklərini, həmçinin eTVelektron biznes kimi digər prosesləri müzakirə etmək üçün konfransda bir araya gəlir.[3] Konfransların mövzusuna adətən dərsliklər və seminarlar kimi müxtəlif tədbirlər, həmçinin əsas konfrans və internet tarixinin yaddaşına xüsusi yer ayrılması və xüsusi diqqətəlayiq hadisələr daxildir.[4] Konfranslar IW3C2 tərəfindən "World Wide Web Consortium" (W3C), yerli təşkilat komitələri və texniki proqram komitələri ilə birgə təşkil olunur.[5]

Tarixi redaktə

Ümumdünya hörümçək torunun yaradıcısı Robert Kayo özü CERN daxilində, həmçinin 1991-ci ildə Texasın San-Antonio şəhərində və 1993-cü ildə Vaşinqtonun Sietl şəhərində "Hipermətn" kimi konfranslarda lobbiçilik etmişdir.[6] O, 1993-cü ildə konfransdan qayıdan kimi Ümumdünya Hörümçək Toru Konfransı 1 adlı yeni konfrans elan etmiş və əslində bunu MSTM-nin "Mozaika və veb" layihəsindən 23 saat daha əvvəl etmişdir.[7] MSTM əməkdaşı Cozef Hardin ilə Beynəlxalq Ümumdünya Hörümçək Toru Konfransı Komitəsini təsis etdikdən sonra onlar Cenevrədə növbəti konfransların keçirilməsinə qərar vermişdilər.[7]

Keçirilən konfranslar redaktə

Keçmiş və gələcək konfranslara daxildir:[8]

İl Konfrans Şəhər Ölkə
2023 WWW2023 Ostin ABŞ  ABŞ
2022 WWW2022 Onlayn (COVID-19 pandemiyası səbəbilə; Lion şəhərində keçirilməsi planlaşdırılırdı) Fransa  Fransa
2021 WWW2021 Onlayn (COVID-19 pandemiyası səbəbilə; Lyublyana şəhərində keçirilməsi planlaşdırılırdı) Sloveniya  Sloveniya
2020 WWW2020 Onlayn (COVID-19 pandemiyası səbəbilə; Taypey şəhərində keçirilməsi planlaşdırılırdı) Çin Respublikası  Çin Respublikası
2019 WWW2019 San-Fransisko ABŞ  ABŞ
2018 WWW2018 Lion Fransa  Fransa[9]
2017 WWW2017 Pert Avstraliya  Avstraliya
2016 WWW2016 Monreal[10] Kanada  Kanada
2015 WWW2015 Florensiya İtaliya  İtaliya
2014 WWW2014 Seul Cənubi Koreya  Cənubi Koreya
2013 WWW2013 Rio Braziliya  Braziliya
2012 WWW2012 Lion Fransa  Fransa
2011 WWW2011 Heydərabad Hindistan  Hindistan
2010 WWW2010 Roli ABŞ  ABŞ
2009 WWW2009 Madrid İspaniya  İspaniya
2008 WWW2008 Pekin Çin  ÇXR
2007 WWW2007 Banff Kanada  Kanada
2006 WWW2006 Edinburq Böyük Britaniya  Birləşmiş Krallıq
2005 WWW2005 Çiba Yaponiya  Yaponiya
2004 WWW2004 Nyu-York ABŞ  ABŞ
2003 WWW2003 Budapeşt Macarıstan  Macarıstan
2002 WWW2002 Arxivləşdirilib 2010-07-10 at the Wayback Machine Honolulu, Havay adaları ABŞ  ABŞ
2001 WWW10 Honkonq Honkonq  Honkonq
2000 WWW9 Amsterdam Niderland  Niderland
1999 WWW8 Toronto Kanada  Kanada
1998 WWW7 Brisben Avstraliya  Avstraliya
1997 WWW6 Santa-Klara ABŞ  ABŞ
1996 WWW5 Paris Fransa  Fransa
1995 (dekabr) WWW4 Boston ABŞ  ABŞ
1995 (aprel) WWW3 Darmştadt Almaniya  Almaniya
1994 (oktyabr) Mosaic and the Web (sonra WWW2) Çikaqo ABŞ  ABŞ
1994 (may) WWW1 Cenevrə İsveçrə  İsveçrə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 "Past and Future Conferences". 10 November 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 January 2011.
  2. "ACM SIGWEB to Sponsor and Organize Leading International Web Conference Series". ACM (ingilis). 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09.
  3. Business/Technology Editors. "Ninth International World Wide Web Conference Opens Today: Latest Developments in Trend-Setting Technologies Revealed". Business Wire. 26 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2014. ([[:Category:|link]])[[Category:]]
  4. Şablon:Cite document
  5. "International World Wide Web Conference, 28th March - 1st April 2011, Hyderabad, India". Www2011india.com. 2011-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-19.
  6. Petrie, Charles; Cailliau, Robert. "Interview Robert Cailliau on the WWW Proposal: "How It Really Happened."". Institute of Electrical and Electronics Engineers. November 1997. 6 January 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 August 2010.
  7. 1 2 Petrie, Charles; Cailliau, Robert. "Interview Robert Cailliau on the WWW Proposal: "How It Really Happened."". Institute of Electrical and Electronics Engineers. November 1997. 6 January 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 August 2010.
  8. "Past and Future Conferences". IW3C2. 10 November 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-26.
  9. International World Wide Web Conferences Committee Arxivləşdirilib 2016-11-10 at the Wayback Machine.
  10. 25th World Wide Web Conference - Home Arxivləşdirilib 2023-10-05 at the Wayback Machine.

Xarici keçidlər redaktə


Saytda 142 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024