Xülya Cəfərova Haqqinda Melumat - Vikipedia

Xülya Cəfərova Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Xülya Cəfərova

Xülya Sabirli və ya Xülya Cəfərova (tam adı: Xülya Rabil qızı Sabirli; d. 17 fevral 1992. Qəbələ, Azərbaycan) — Azərbaycanlı yazıçı, jurnalist, pedaqoqtərcüməçi.

Xülya Sabirli
Doğum tarixi (32 yaş)
Doğum yeri Qəbələ, Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Təhsili

Bakı Dövlət Universiteti

AMEA
Corc Vaşinqton Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti
İxtisası jurnalist
Fəaliyyəti yazıçı, pedaqoq, tərcüməçi
Əsərlərinin dili Azərbaycan dili, ingilis dili
Janrlar fantastika, psixoloji triller
İlk əsəri Külək: Yel kürəsinin şahzadəsi (roman)

Həyatı redaktə

Xülya Sabirli 1992-ci il fevralın 17-də ziyalı ailəsində anadan olmuşdur. İki övladı var.

Təhsili redaktə

Orta təhsilini 1998-2009-ci illərdə Bakı şəhərində Qafqaz Özəl Gimnaziyasında almışdır. 2009-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuş, 2013-cü ildə adı çəkilən universiteti bitirmişdir. Elə həmin ildə o, Bakı Dövlət Universitetinin magistraturasına daxil olmuşdur. 2016-cı ildə magistratura pilləsini fərqlənmə ilə bitirmiş və beynəlxalq jurnalistika ixtisası üzrə magistr dərəcəsi almışdır. Hazırda AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantıdır. Hazırda Amerikanın Vaşinqton universiteti ilə Azərbaycan Dövlət Pedaqoji universitetinin “Təhsilin idarəedilməsi” ixtisası üzrə magistratura ikili diplom proqramında təhsil almaqdadır.

Fəaliyyəti redaktə

Xülya Sabirli peşəkar əmək fəaliyyətinə 2012-ci ildə Lider televiziyasında jurnalist və teleaparıcı kimi başlayıb. Ardınca, bir sıra qurumlarda jurnalist və tərcüməçi kimi çalışıb. 2014-2023-cü illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilmiş “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin idarə heyətinin üzvü, eyni zamanda ictimaiyyətlə əlaqələr üzrə meneceri kimi fəaliyyət göstərib. Bununla yanaşı, Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində, Azərbaycan Dövlət İqtisad UniversitetindəAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında saathesabı müəllim kimi çalışıb. Hazırda Azərbaycan-Fransa Universitetinin ictimaiyyətlə əlaqələr üzrə meneceri, eyni zamanda ADA universitetinin müəllimi kimi peşəkar fəaliyyətini davam etdirməkdədir.

Müəllif uşaq yaşlarından bədii yaradıcılıqla məşğuldur. 2010-cu ildən etibarən hekayə və esseləri 525-ci qəzetdə müntəzəm olaraq çap olunmağa başlayıb. Ardınca, müxtəlif mətbu orqanlarında da yazılarla çıxış edib. Xülya Sabirli Qanun nəşriyyatının sifarişi ilə Elizabet Gilbertin “Ye, dua et, sev”, Suzan Kollinsin “Alov Yanacaq” və “Aclıq Oyunları: Zığ-zığ quşu” əsərlərini İngilis dilindən Azərbaycan dilinə çevirib. Eyni zamanda, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin sifarişi ilə Çində Azərbaycan mədəniyyətinin təbliği üçün nəzərdə tutulmuş “Azərbaycan – Odlar Yurdu” adlı ensiklopedik vəsaiti Azərbaycan dilindən İngilis dilinə tərcümə edib. Xülya Sabirlinin “Külək - Yel Kürəsinin Şahzadəsi”, “Külək – Bozqurdun Sirri” kitabları TEAS Press Nəşriyyat Evi tərəfindən çap edilib.Külək: Yel kürəsinin şahzadəsi (roman) müəllifin ilk kitabıdır. Əsər Azərbaycan ədəbiyyatında ilk milli superqəhrəmanların yer aldığı fentezi romandır və əsər nəşriyyat tərəfindən 2018-ci ilin ən çox satılanları siyahısına daxil edilib, eyni zamanda “BAKUTEL 2018” sərgisi çərçivəsində ölkədə ilk VR Kitab layihə şəklində ictimaiyyətə təqdim edilib. Əsər Azərbaycan ədəbiyyatında ilk milli superqəhrəmanların yer aldığı fentezi romandır.

Xülya Sabirli həmçinin 2021-ci ildə BMT-nin Qadınlar Təşkilatının "Nağılları yeni nəsillər üçün yenidən təsəvvür edək!" adlı layihəsində yeganə azərbaycanlı yazar qismində iştirak edib. Silsilə görüşlər formatında baş tutan layihəyə dünyanın müxtəlif ölkələrindən olan 10-larla yazıçısı qatılıb. Sonda ən yaxşı 30 hekayə toplu halında dərc edilib. Müəllifin "Şahzadə Ceynin kəşfi" adlı müasir nağılı da topluda yer alıb.

 

2022-ci ildə Xülya Sabirlinin “Şuşalı Superqəhrəman Qaya” adlı kitabı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tenderinin qaliblərindən biri kimi çap edilib və Bakı Beynəlxalq Kitab sərgisi çərçivəsində təqdimatı baş tutub. Əsər 44 günlük Vətən müharibəsi zamanı dünyasını dəyişmiş şəhidlərimizin və müharibədə canını ortaya qoymaqdan çəkinməyən qazilərimizin əziz xatirəsinə həsr edilib.

Əsərləri redaktə

Külək trilogiyası redaktə

  1. "Külək: Yel kürəsinin şahzadəsi"[1][2][3][4]
  2. "Külək - Bozqurdun sirri"[5][6]

Digər romanları redaktə

  • Şuşalı superqəhərman Qaya

Hekayələr və məqalələr redaktə

  1. Zülmət qırmızı
  2. “Qar”anlıq
  3. Həddini bilmə sənəti
  4. Qulaqsız canavar
  5. Vətənin pıçıltısı
  6. Dünyanın sonu
  7. İkiüzlü Yanus
  8. Günəş qədər yaxın
  9. Dünyanın sonu[7]
  10. Mənim dahi dostum
  11. Başlanğıc və Son: Faktlar yeganə təsəllidir...
  12. - The Discovery of Princess Jane[8]
  13. Öl Məzəli![9]
  14. Vətənin Pıçıltısı
 

Filmlərin təhlili redaktə

  1. “Gəliş” filmi
  2. "Əli və Nino" filmi
  3. "Evdə" filmi
  4. "Dərzi" filmi
  5. “Otaq” filmi

Tərcümələr redaktə

  1. Ye, Dua et, Sev[10]
  2. Və alov doğacaq[11]
  3. Zığ-zığ quşu[12]

Oxucularla görüşlər redaktə

  1. Respublika Uşaq Kitabxanasının “Qonağım ol” rubrikasının növbəti qonağı gənc yazar Xülya Cəfərova ilə oxucular arasında virtual görüş keçirildi.
  2. Kaspi Ağ Şəhər Liseyinin Kitabxanasında yazıçı Xülya Cəfərova ilə görüş keçirildi.[13]
  3. Respublika Uşaq Kitabxanasının “Qonağım ol” rubrikasının növbəti qonağı gənc yazar Xülya Cəfərova ilə oxucular arasında virtual görüş keçirildi.
  4. "Oxuyan gələcək" adlı kitab sərgisi çərçivəsində Xülya Cəfərova oxucularla görüşüb.[14]

Müsahibələr redaktə

  1. Xülya Sabirli ASAN Radionun "Cavansan" verilişinin qonağı olub.
  2. Külək: Yel Kürəsinin Şahzadəsi kitabının müəllifi Xülya Sabirli Səhər AZTV verilişinin qonağı olub.
  3. - Bakı Modern Təhsil Kompleksində oxucularla görüş
  4. Yazıçı Xülya Sabirli - ATV Səhərdə "Külək - Bozqurdun sirri" kitabından danışdı.
  5. Məşhurların "Külək: Bozqurdun sirri" kitabı barəsində ürək sözləri.
  6. Xülya Sabirli - Külək - "Bakutel -2018" sərgisində
  7. Xülya Sabirli - Gəncliyin Səsi Festivalı.
  8. Yazıçı Xülya Sabirli ASAN Radionun "Cavansan" verilişinin qonağı olub.
  9. Xülya Sabirli AZTV-də Səhər proqramının 2 aprel Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş buraxılışında qonaq olub.
  10. Külək: Yel Kürəsinin Şahzadəsi kitabı #buyaykitaboxuyaq aksiyasında.
  11. Təhsil TV - "Qiraətçi" - “Külək: Yel kürəsinin şahzadəsi” əsərinin müzakirəsi
  12. Həyat Fondu - Külək: Yel kürəsinin şahzadəsi kitabının təqdimatında
  13. Gənc yazar Xülya Sabirli Azərbaycan Radiosu 105 FM, "Gəl səhərim" verilişinin qonağı olub.
  14. Xülya Sabirli BDU Radionun qonağı olub.
  15. Xülya Sabirli CVN kanalının qonağı oldu.
  16. [ölü keçid]/ ASAN Könüllülük Məktəbinin məzunu kitab yazıb.
  17. Xülya Sabirli "Daun sindromlu şəxslərin cəmiyyətə inteqrasiyasında medianın rolu" mövzusunda çıxış edib.
  18. Xülya Sabirli "Fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasında KİV və populyar mədəniyyətin rolu" mövzusunda çıxış edib.

Buktreylerlər redaktə

  1. Külək: Yel kürəsinin şahzadəsi kitabının buktreyleri
  2. Külək: Bozqurdun sirri kitabının buktreyleri

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Gənc yazıçı Xülya Cəfərovanın yeni çapdan çıxacaq ilk kitabı olan "Külək – Yel kürəsinin şahzadəsi" ilk milli superqəhrəmanlarla yadda qalacaq". Azertag.az. 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.
  2. "Azərbaycan ədəbiyyatında superqəhrəmanların yer aldığı ilk roman tezliklə işıq üzü görəcək". Oxu.az. 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.
  3. "Cəfərova, Xülya Rabil qızı. Külək. Bozqurdun sirri. II kitab / X. R. Cəfərova ; ill. M. Qafarov. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2019. - 200 s." Clb.az. 2023-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-23.
  4. "2018-ci ilin Bestselleri - Külək - Yel Kürəsinin Şahzadəsi - Xülya Sabirli". www.youtube.com. 2023-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-05.
  5. ""Külək - Bozqurdun sirri" kitabının təqdimatı olub". Azertag.az. 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-23.
  6. """Külək – Bozqurdun sirri" əsəri". www.3alma.az. 2023-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-23.
  7. "Dünyanın sonu - Xülya Sabirli". Pia.az.
  8. "The Discovery of Princess Jane - by Khulya Jafarova" (PDF). Eca.unwomen.org. 2022-03-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-06.
  9. "Öl məzəli! (hekayə)". Azvision.az. 2023-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-08.
  10. "Ye, dua et, sev". Qanun.az. 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.
  11. "Və alov doğacaq - Suzanne Collins". www.qanun.az. 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.
  12. "ZIĞ-ZIĞ quşu - Suzanne Collins". www.qanun.az. 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.
  13. "Məktəblilər "Milli super qəhrəmanların dünyasına səyahət" etdilər". Kaspiliseyi.az. 2023-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-06.
  14. "Yazarların imza saatları keçiriləcək". Xalqqazeti.az. 2023-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-05.

Xarici Keçidlər redaktə

Xülya SabirliYoutube kanalı


Saytda 211 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024