Xilaskar Məsih monastırı Haqqinda Melumat - Vikipedia

Xilaskar Məsih monastırı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Xilaskar Məsih monastırı

Xilaskar Məsih monastırıCulfa rayonunun Qazançı kəndi ərazisində, Qədim Cuğa şəhər yeri yaxınlığında yerləşən monastır. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.[1]

Xilaskar Məsih monastırı
erm. Սուրբ Ամենափրկիչ վանք
Xəritə
38°58′39″ şm. e. 45°32′53″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Culfa
Yerləşir Qazançı
Aidiyyatı Sünik kilsəsi
Erməni Qriqorian Kilsəsinin Sünik yeparxiyası
Tikilmə tarixi IX-X əsrlər
İstinad nöm.409
KateqoriyaMəbəd
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Xilaskar Məsih monastırı (Azərbaycan)
Xilaskar
Məsih
monastırı

SünikQafqaz Albaniyası kilsələrinin Erməni Qriqorian Kilsəsinə tabe edilməsindən sonra, həmin kilsələrin tabeliyində olan bütün dini tikililər kimi, Müqəddəs Məsih kilsəsi də erməni kilsəsi kimi inkişad etmiş, orta əsrlərdə isə şərqdə ən məşhur erməni monastırlarından birinə çevrilmişdir. Buna baxmayaraq IX-X əsrlərə aid edilən[2][3] monastır başkilsəsi, VIII-X əsrlər Qafqaz Albaniyasının memarlığı üçün xarakterik olan xüsusiyyətləri daşımaqdadır.[3]

Yerləşməsi redaktə

Cuğa nekropolunun şimal-qərb tərəfində yerləşən dərin vadi qədim dövrlərdən “Küləklər vadisi” adıyla tanınır.[4][5] Xilaskar Məsih monastırı həmin vadinin sonundakı yüksək Əlincədağın ətəyində, Cuğa nekropolundan təxminən 3 km aralıda, tarixi ƏlincəqalaQazançı qalalarının yaxınlığında yerləşir. Monastırın cənub tərəfində Araz çayı, digər tərəfdə isə Əlincəçay axır. Monastırdan şərq tərəfdə tarixi Cuğa şəhərinin xarabalıqları və Gülüstan türbəsi yerləşir.[4][6]

Tarixi redaktə

Mesrop Smbatyanın verdiyi məlumata görə, monastırın əsası 1271-ci ildə Vaqram adlı bir nəfər tərəfindən qoyulmuşdur.[4][7] Lakin, yazılı mənbələrdə monastırın adı 1271-ci ildən əvvəl də çəkilir. 976-cı ildə erməni katolikosu I Xaçikin Culfadakı Müqəddəs Stepanos monastırına torpaq bağışlaması haqqında sənəddə Xilaskar Məsih monastırının da adı çəkilir.[4][8]

Abidənin ilk tədqiqatçısı olan İ. P. Şeblıkin onun başkilsəsini IX-X əsrərə aid edir.[2] G. Məmmədova isə əlavə edir ki, məbədin memarlığında XVII əsr üçün xarakterik olan bir sıra xüsusiyyətləri də müşahidə etmək mümkündür.[3]

Memarlıq xüsusiyyətləri redaktə

Kompleksə Müqəddəs Məsih kilsəsi, narteks, yemək zalı, iki və bir mərtəbəli köməkçi binalar və kompleksi əhatə edən qala divarları daxildir.[4][6]

Müqəddəs Məsih kilsəsi redaktə

Planda düzbucaqlı formaya malik olan kilsə binası daxildən iki cüt böyük pilon vasitəsiylə üç nefə bölünmüşdür. Mərkəzi nefin ortasında ikiüzlü baraban üzərində çadırvari günbəz ucaldılmışdır.[3] Kvadrat formalı ibadət zalına şərq tərəfdən nalvari formaya malik altar və iki yan otaq birləşir.[3] Kilsənin qaranlıq daxili həcmi, divar yüksəkliklərində yerləşdirilmiş çox dar pəncərələr vasitəsiylə işıqlandırılır və içəridə mistik ab-hava yaranır.[3]

Kilsənin mərkəzi nefi üstünlüyü göstərən hündür döşəməyə malik deyil və bir qədər maili olan ümumi ikitərəfli damla örtülmüşdür.[9]

Kilsənin bütün dekorativ elementlərdən məhrum olan divarları, tünd boz bazalt daşlardan hörülmüşdür və ətraf mühitin peyzajında bu material tikiliyə sərt və möhtəşəm görünüş bəxş edir.[9] Kilsənin dövrümüzə çatmış yeganə girişi onun qərb divarında yerləşir və ikimərkəzli oxvari tağa balik portala malikdir.[9] Cənub və şimal divarlarının qərb tərəfində yarısı yer altında qalmış, yarısı isə qapadılmış daha iki qapı yeri vardır.[3]

İstinadlar redaktə

  1. "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 iyul 2020.
  2. 1 2 Щеблыкин, 1947. səh. 40
  3. 1 2 3 4 5 6 7 Мамедова, 2004. səh. 94
  4. 1 2 3 4 5 Արգամ Այվազյան, Ջուղա, «Սովետական գրող» հրատարակչություն, Երևան - 1984 թվական, էջ 27-28։
  5. "Սամվել Կարապետյան, Նախիջևան քարտեզագիրք, Երևան, 2012 թվական, էջ 24:". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-23.
  6. 1 2 Արգամ Այվազյան, Նախիջևանի ԻՍՍՀ հայկական հուշարձանները, Երևան, «Հայաստան» հրատարակչություն, 1986 թվական։
  7. Մեսրոպ Սմբատյանց, Նկարագիր Սուրբ Կարապետի վանից երնջակայ եւ շրջակայից նորա, Տփղիս, 1904, էջ 484
  8. Կալվածագրեր և տնտեսական այլ գործարքների վերաբերյալ արխիվային վավերագրեր, պրակ 1-ին, կազմեց՝ Հար․ Աբրահամյան, Երևան, 1941, էջ 6։
  9. 1 2 3 Мамедова, 2004. səh. 95

Ədəbiyyat redaktə

  • Щеблыкин, И. П. Архитектура VIII-X веков (Архитектура Азербайджана: эпоха Низами). Баку: Гос. архитектур. изд-во. 1947.
  • Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004

Saytda 135 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024