Xrizolit Haqqinda Melumat - Vikipedia

Xrizolit Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Xrizolit və ya digər adı ilə PeridotAçıq-yaşıl rəngli şəffaf olivin növü. Xrizolit yalnız bir rəngdə meydana gələn bir neçə qiymətli daşdan biridir. Kimyəvi formulu (Mg,Fe)2SiO4, sərtliyi isə Moos şkalasına görə 6,5-7 arasındadır. Daşın rəngi tərkibindəki dəmirin miqdarına bağlıdır. Dəmirin miqdarı nə qədər az olarsa daşın rəngi bir o qədər parlaq olur və qiyməti artır. Qızılı-yaşıl rəngli və parlaq yaşıl rəngli xrizolit daha dəyərlidir. Solğun qonur rəngli daşlardan isə zərgərlikdə demək olar ki, istifadə edilmir və dəyərli hesap edilmir. Xrizolit çox rast gəlinən mineral olsa da dəyərli nümunələri çox az tapılır.

Xrizolit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Qədim dünyada xrizolitin hasilatı o zaman topazios adlanırdı və təxminən e.ə. 300-cü ildə Qırmızı dənizdəki Zeberqed adasında başlanğıc götürmüşdür.[1] İlk dəfə Qədim misirlilər bu daşı zərgərlik məmulatlarında istifadə etmişlər.[mənbə göstərin]Ən böyük xrizolit nümunəsi 310 karat ağırlığındadır və Vaşinqtondakı Smithonian Universetində saxlanılır.[2]

Tapılma redaktə

Bu gün bu mineralın əsas mənbəyi Arizonadakı San-Karlos Hindu Rezervasiyasıdır. O, həmçinin Arizona ştatının başqa yerlərində, ABŞ-da Arkanzas, Havay, Nevadada, Nyu-Meksikoda, həmçinin Avstraliya, Braziliya, Çin, Misir, Keniya, Meksika, Myanma (Birma), Norveç, Pakistan, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Şri-LankaTanzaniyada da tapılır.[mənbə göstərin]

Qalereya redaktə

İstinadlar redaktə

  1. St. John's Island peridot information and history Arxivləşdirilib 2018-01-22 at the Wayback Machine at Mindat.org
  2. "How to Buy Peridot Jewelry". americangemsociety.org. 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.

Saytda 105 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024