Yarasa (xüsusi təyinatlı dəstə) Haqqinda Melumat - Vikipedia

Yarasa (xüsusi təyinatlı dəstə) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yarasa (hərbi birləşmə)

(Yarasa (xüsusi təyinatlı dəstə) səhifəsindən istiqamətləndirilmişdir)

"Yarasa"Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) xüsusi təyinatlı dəstəsi.[1]

"Yarasa" Xüsusi Təyinatlı Dəstəsi
Növü Xüsusi təyinatlı
Ölkə Azərbaycan Azərbaycan
Tabedir Xarici Kəşfiyyat Xidməti
Sayı Gizli saxlanılır
Müharibələr 2-ci Qarabağ müharibəsi
Döyüşlər Qubadlı döyüşləri
Fərqlənmə nişanları
Komandanlıq
Komandir Gizli saxlanılır
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaradılması redaktə

Azərbaycan Prezidenti İlham Əliyev 14.12.2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə Xarici Kəşfiyyat Xidməti yaradılmışdır.

Xarici Kəşfiyyat Xidmətinə tabe olan ən gizli xüsusi bölmə "Yarasa" Xüsusi Təyinatlı Dəstəsidir.[1]

Tarixi redaktə

 
"Yarasa" XTD 2020-ci ildə Azadlıq meydanında baş tutan Zəfər Paradında

"Yarasa" Xüsusi Təyinatlı Dəstəsi Azərbaycan Ordusunun elit və ən gizli xüsusi bölməsi hesab olunur. Komandirlərin adları belə gizli saxlanılır.[1]

"Yarasa" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlı şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır.[1]

Bölmənin əsas fəaliyyəti Ermənistan Ordusunun arxa cəbhəsində olmuşdur.[1]

10.12.2020-ci ildə baş tutan Zəfər Paradı zamanı "Yarasa" Xüsusi Təyinatlı Dəstəsinin mövcudluğu barədə birinci dəfə ictimaiyyətə məlumat verilmişdir.[1]

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 Xəbərlər şöbəsi. "Xarici Kəşfiyyat Xidmətinin "YARASA" xüsusi təyinatlı bölməsi birinci dəfə nümayiş etdirildi". www.report.az ("Report" İnformasiya Agentliyinin rəsmi saytı) (az.). 10.12.2020. 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.12.2020.

Saytda 148 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024