Yellouston gölü Haqqinda Melumat - Vikipedia

Yellouston gölü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yellouston gölü

Yellouston gölü (ing. Yellowstone Lake) — Yellouston Milli Parkının ən böyük su mənbəyidir. Göl dəniz səviyyəsindən 2357 m hündürlükdə yerləşir və 350 km3 ərazini əhatə edir, sahil boyunca uzunluğu 180 km-dir. Gölün orta dərinliyi 42 m, ən dərin nöqtəsi isə 120 m-dir. Yellouston gölü Şimali Amerikada 2100m-dən yüksəklikəd yerləşən ən böyük şirin sulu göldür.[1]

Yellouston gölü
ing. Yellowstone Lake
Yellouston gölünün kosmosdan görünüşü.
Yellouston gölünün kosmosdan görünüşü.
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2.357 m
Eni 24 km
Uzunluğu 32 km
Sahil uzunluğu 180 km
Sahəsi 350 km²
Dərin yeri 122 m
Orta dərinliyi 43 m
Yerləşməsi
44°28′ şm. e. 110°22′ q. u.
Ölkə  ABŞ
Rayon
  • Vayominq
Yerləşməsi Yellouston Milli Parkı
Yellouston gölü xəritədə
Yellouston gölü
Yellouston gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qışda gölün böyük hissəsini buz bağlayır. Göl dekabr ayının əvvəllərində donur və mayın sonlarına və ya iyunun əvvəllərinə yaxın buzu əriyir.

Tarixi redaktə

 
1870-ci ildə Voşbörn, Doan və Lanqford ekspedisiyasının tərtib etdiyi xəritə.

Yellouston gölünün ətrafında olan meşə və vadilərdə qədim zamanlarda yerli Amerika əhalisi məskunlaşmışdı. Gölü kəşf edən ilk avropalı şəxs 19-cu əsrin əvvəllərində ovçuluqla məşğul olan con Kolter olmuşdur. 1820–1840-cı illərdə xəz ticarətinin geniş yayıldığı vaxtlarda göl parkın sərhədləri daxilində ovçular tərəfinədn ən çox ziyarət edilən bölgə idi.

Adı redaktə

Göl erkən xəritələrdə və jurnallarda müxtəlif adlarla təsvir edilmişdir. Xəz ticarəti ilə məşğul olan Devid Tompson və yeni coğrafi əraziləri kəşf edən Uilyam Klark gölə Yellou Ston (Sarı daş) kimi istinad ediblər. Uilyam Klarkın bəzi xəritələrində göl Eustis gölü kimi də göstərilmişdir və 19-cu əsrin əvvəllərində Sublett gölü kimi də tanınırdı. Yellouston adı rəsmi olaraq 1839-cu ildə ABŞ ordusunun topoqrafiya mühəndisi Kapitan Vaşinqton Hudun tərtib etdiyi xəritələrdə işlədilmişdir və o zamandan bəri qəbul edilmişdir.[2][3]

Kəşfindən əvvəl redaktə

1850–60-cı illərdə bir çox kəşfiyyat qrupunun Yellouston regionundan keçməsinə baxmayaraq göl haqqında ilk detallı təsvir 1869, 1870 və 1871-ci illərdə Kuk-Folsom-Piterson ekspedisiyasının, Voşbörn-Lanqford-Doan ekspedisiyasının və 1871-ci ildə Hayden geoloji tədqiqat qrupunun axtarışları nəticəsində əldə edilmişdir.

Qalereya redaktə

Geologiyası redaktə

Gölün cənub-qərb hissəsində West Thumb geometrik sahəsi ziyarətçilərin asanlıqla səyahət edə biləcəkləri bölgələrdəndir. Qeyzerlər, dumanlı bölgələr və isti yazlar gölün hər iki tərəfində mövcuddur.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Frequently Asked Questions at Lake Village" Arxivləşdirilib 2012-12-21 at the Wayback Machine. National Park Service. June 27, 2006. Retrieved 2007–07–29.
  2. Haines, Aubrey L. (1996). Yellowstone Place Names-Mirrors of History. Niwot, CO: University Press of Colorado. pp. 4–5. ISBN 0-87081-383-8.
  3. Pierre-Jean de Smet; Hiram Martin Chittenden; Alfred Talbot Richardson (1905). "IX-II — The Missouri River". Life, Letters and Travels of Father Pierre-Jean de Smet, S. J., 1801–1873: Missionary labors and adventures among the wild tribes of the North American Indians .. Arxivləşdirilib 2016-06-17 at the Wayback Machine 04 (1st ed.). New York: F. P. Harper. p. 1377. Retrieved 9 July2012.

Xarici keçidlər redaktə


Saytda 98 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024