Yeni roman Haqqinda Melumat - Vikipedia

Yeni roman Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

"Yeni roman" (fr. Le nouveau roman) — Fransa nəsrində 1940-cı illərin sonundan 1960-cı illərin əvvəllərinə qədər inkişaf etmiş, Fransa ədəbiyyatının əsas ənənələrindən sayılan Balzak tipli romanı, sosial-tənqidi, qollu süjetli və çoxlu personajlarla öz əsərlərinə qarşı qoyan ədəbi cərəyanın adı. Bu cərəyan üçün "antiroman" terminindən də istifadə olunur.

Jan RikarduKlod Simonun birgə seminarı.

Emil Enrio bu termini 22 may 1957-ci ildə "Le Monde" qəzetindəki məqaləsində istifadə etmişdir.[1] Flober, Kafka, Virciniya Vulfun əsərləri, Alber Kamyunun "Taun" və Sartrın "Ürəkbulanma" əsəri "yeni romançılar" tərəfindən Balzakın üslubunun əleyhinə yazılmışdı. Bu istiqamətin müəllifləri bir insanın həyatının müxtəlif anlarında və xarici dünyanın obyektlərində psixi vəziyyətlərinin təsvirinə müraciət edirdilər. Onların məqsədi "mövcudluq substansiyası"nın qərəzsiz rekreasiyası idi.

Kamyu və Sartr "yeni roman"çıları dəstəkləyirdilər, Sartr onları səciyyələndirmək üçün "antiroman" terminindən istifadə edirdi.

İstinadlar redaktə

  1. Émile Henriot. "La Jalousie, d'Alain Robbe-Grillet Tropismes, de Nathalie Sarraute". Le Monde. May 1957. 2019-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-31.

Əlavə dəbiyyat redaktə

  • Саррот Н. Эра подозрения // Писатели Франции о литературе. М.: Прогресс, 1978
  • Зонина Л. Тропы времени: Заметки об исканиях французских романистов (60—70 гг.). М., 1984
  • Зверев А. М. «Новый роман» // Литературная энциклопедия терминов и понятий. М.: Интелвак, 2001, с. 665—666

Xarici keçidlər redaktə


Saytda 220 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024