Yukiyoşi Tokoro Haqqinda Melumat - Vikipedia

Yukiyoşi Tokoro Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yukiyoşi Tokoro (所ゆきよし, Tokoro Yukiyoşi?, 15 aprel 1947, Naqoya16 sentyabr 2023, Tokio) və ya əsl adı ilə Yoşiyuki Katayama (片山 喜之, Katayama Yoşiyuki?)Yaponiya karikaturçusumanqakası. Siyasi karikaturlar çəkmişdir.

Yukiyoşi Tokoro
Doğum tarixi 15 aprel 1947(1947-04-15)
Doğum yeri
Vəfat tarixi 16 sentyabr 2023(2023-09-16) (76 yaşında)
Vəfat yeri
Cinsi kişi[d]
Komiks fəaliyyəti
Sahəsi manqaka
Əsas işləri
  • Mainichi Shinbun[d]

Həyatı redaktə

Yoşiyuki Katayama 1947-ci ildə Yaponiyanın Naqoya şəhərində doğulmuşdur. Naqoya yerləşən Nanzan Universitetində təhsil alarkən yerli qəzetlər üçün satirik karikaturlar çəkməyə başlamışdır. Sarariman kimi işlədikdən 1978-ci ildə tam şəkildə karikaturçu kimi işləməyə başlamışdır.[1]

Tokoro tənqidlərini daha az aydın göstərməyin bir neçə yolunu yoxladıqdan sonra siyasi fiqurları cüssəli və gödək təsvir edən üsluba keçmişdir. 1985-ci ilin mayında "Mainichi Shimbun" qəzetində karikaturçu kimi işləməyə başlamışdır. O, qəzet üçün həftəlik siyasi karikaturlar çəkmək üçün son xəbər başlıqlarından istifadə edirdi. Onun siyasi karikaturları kabinet inaqurasiyaları və Liberal Demokratik Partiyasında yeni təyinatlar kimi mövzularda olan məqalələrdə istifadə olunurdu.[1]

Tokoro xərçəng xəstəliyi ilə mübarizə aparmasına baxmayaraq karikatur karyerasına davam etmişdir. Onun son işi 17 sentyabr 2023-cü ildə nəşr olunmuşdur. 16 sentyabr 2023-cü ildə mədə xərçəngi səbəbilə ölmüşdür.[1]

Mükafatları redaktə

1993-cü ildə Nihon Bunqeyka Klubunun incəsənət mükafatına layiq görmüşdür.[1] 2009-cu ildə "Seiji Manga" adlı əsərinə görə Yaponiya Karikaturçular Assosiasiyasının Baş Mükafatını qazanmışdır.[2]

İstinadlar redaktə

  1. 1 2 3 4 "Mainichi Shimbun veteran cartoonist Yukiyoshi Tokoro dies at 76". Mainichi Shimbun (ingiliscə). 22 sentyabr 2023. 26 sentyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2023.
  2. "38th Japan Cartoonist Awards Announced". Anime News Network (ingiliscə). 8 may 2009. 26 sentyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2023.

Xarici keçidlər redaktə


Saytda 103 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024