Zinobi Silikaşvili Haqqinda Melumat - Vikipedia

Zinobi Silikaşvili Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Zinobi Silikaşvili

Zinobi Silikaşvili (gürc. ზინობი სილიკაშვილი) və ya Zinovi Silikov (rus. Зиновий Силиков; 1891, Vartaşen, Nuxa qəzası16 oktyabr 1938, Tbilisi) — udinəsilli Gürcüstan-sovet ictimai xadimi. O, Gürcüstanda udin icmasının ilk rəhbəri və Kvareli bələdiyyəsinin Zinobiani kəndinin yaradıcısı olmuşdur.[1]

Zinobi Silikaşvili
Şəxsi məlumatlar
Doğum tarixi 1891
Doğum yeri
Vəfat tarixi 16 oktyabr 1938(1938-10-16)
Vəfat yeri
Vəfat səbəbi siyasi repressiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Erkən illəri redaktə

Zinobi Silikaşvili 1891-ci ildə Nuxa qəzasının Vartaşen (indiki Azərbaycanın Oğuz şəhəri) kəndində Andriya Silikov və Məryəm Ceyranovanın ailəsində anadan olmuşdur. Silikovlar varlı və yerli udin icmasının əhəmiyyətli nümayəndələri idi. Onların ailəsi Vartaşendə və onun ətrafında yerləşən ipək fabriklərinə, torpaqlara və digər əmlak növlərinə sahib idi. Silikaşvilinin əcdadı Petre Silikov 1822-ci ildə Müqəddəs Yelisey Kilsəsini qurmuşdur.[2] Zinobi Silikaşvili 1911-ci ilə qədər Tbilisi İlahiyyat Seminariyasında təhsil almışdır.[3] Daha sonra 1917-ci ildə Rusiyaya getmişdir.[4] 1920-ci ildə Zinobi Silikaşvili Moskvada oxuyurdu, burada Moskva Ticarət İnstitutunda elmlər namizədi olmuşdur. Elə həmin il Silikaşvili 160 gürcü taciri Rusiya həbsxanalarından azad olunmasında rol oynamış, onları vaqon və vəsiqə ilə təmin edərək Gürcüstana qaytarmışdır.[5]

Gürcüstanda redaktə

1918–1920-ci illərdə Azərbaycan–Ermənistan müharibəsinin qopması kiçik miqyasda olan udin icmasını əhəmiyyətli təhlükə qarşısında qoymuşdu.[1] Bu dövrdə baş verən münaqişədə bir çox udin kişiləri itkin düşmüşdü, çünki udilər çox vaxt ermənilərlə səhv salınırdılar. Münaqişə və təqib qurbanları arasında Zinobi Silikaşvilinin əmisi və yerli din xadimi Nikolay Silikov da var. Bu şəraitə görə Vartaşenə Silikaşvili əvvəlcə öz qohumlarını, yerli əhalinin təkidi ilə isə Vartaşen udilərinin əhəmiyyətli bir hissəsini Gürcüstana köçürmək qərarına gəlmişdir.[4] Gürcüstana keçdikdən sonra icma 1922-ci ildə indiki Zinobiani kəndini qurmuşdur.[6] 1923-cü ilə qədər udilər kəndi öz liderləri Zinobi adına Zinobiani adlandırdılar.[7]

Udinlərin Gürcüstana köçündən az sonra Zinobi Silikaşvili Gürcüstan–Udi Cəmiyyətinin yaradılmasına rəhbərlik etmişdir. Onun ilk təşkilat iclası 25 mart 1923-cü il də keçirilmişdir.[8]

1933–1934-cü illərdə udin dilinin qorunması və lüğətinin nəşri üzərində işləmək üçün "Udin daimi komissiyası" yaradılmışdır.[2] Komissiyaya Zinobiani sakini olan Zinobi Silikaşvili, Aleksandr Aciaşvili, Mixeil və Teodor Ceyranişvili qardaşları, Nic kəndindən olan Vahan Qukasyan və Gürcüstan linqvisti Davit Karbelaşvili daxil idi.[9]

Silikaşvili bir müddət Gürcüstan Xalq Təsərrüfatı Komissarlığında işləmişdir. O, 11 oktyabr 1938-ci ildə məhkəmə iclası Silikaşvilinin güllələnməsi və şəxsi əmlakının müsadirə edilməsi haqqında hökm çıxarmışdır. Silikaşvili 16 oktyabrda güllələnmişdir.[10]

İstinadlar redaktə

  1. 1 2 Gabunia, Kakha. "The Language Situation in Contemporary Georgia 2. Caucasian and Non-Caucasian Languages" (PDF). International Journal of Multilingual Education. II (4). 2014-12-15: 13. doi:10.22333/ijme.2014.4001. 2023-11-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-01-07.
  2. 1 2 Bläsing, Uwe; Dum-Tragut, Jasmine. Cultural, Linguistic and Ethnological Interrelations In and Around Armenia (ingilis). Cambridge Scholars Publishing. 2020-05-15. 174. ISBN 978-1-5275-5136-7. 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-07.
  3. "Graduates of the Tiflis Theological Seminary 1891-1893, 1895-1904, 1910-1913, 1915" (rus). 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-07.
  4. 1 2 Kavtaradze, Alexander. "Merit of Zinobi Silikashvili". paideia.ge (gürcü). 2021-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-02.
  5. "Zinobi Silikashvili". Prosopographic Database of 20th Century Georgia (gürcü). 2024-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-07.
  6. "Расстрелянному в 30-х годах общественнику ставят памятник — он помог сотням удинам". OC Media по-русски (rus). 2021-02-28. 2021-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-02.
  7. "Newspaper "Kommunist", No: 122" (gürcü). 1923-05-31. 2024-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-07.
  8. "Newspaper "Kommunist", No: 70" (gürcü). 1923-03-29. 2024-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-07.
  9. Gukasyan, Voroshil. Udi-Azerbaijani-Russian Dictionary (PDF). Baku: Elm. 1974. 21. 2024-01-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-01-07.
  10. "Silikashvili Zinobi Andria - Stalinist lists from Georgia". www.nplg.gov.ge (gürcü). 2021-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-02.

Saytda 95 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024