Portal:Azərbaycan Silahlı Qüvvələri/Seçilmiş məqalə arxivi Haqqinda Melumat - Vikipedia

Portal:Azərbaycan Silahlı Qüvvələri/Seçilmiş məqalə arxivi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Azərbaycan Silahlı Qüvvələri/Seçilmiş məqalə arxivi

İstiqlal (snayper tüfəngi)
İstiqlal (snayper tüfəngi)

İstiqlal (İST-14,5 Anti-Material Rifle) - Azərbaycanın istehsal etdiyi snayper tüfəngi. Uzaq məsafədən hədəfi dəqiqliklə vurma qabiliyyətinə malikdir.

2008-ci ilin noyabr ayında Pakistanın Karaçi şəhərində keçirilən "İDEAS-2008" hərbi sərgisində nümayiş etdirilən "İstiqlal" sərgiyə qatılan bəzi dövlətlərin, o cümlədən Pakistan Silahlı Qüvvələrinin nümayəndələrinin marağına səbəb olub.[1]

"İstiqlal" snayper tüfəngi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) İstanbulda keçirilən IX Beynəlxalq Müdafiə Sərgisində (İDEF) nümayiş etdirilib. Məlumatlara görə, Azərbaycanın stendində diqqəti daha çox İST-14,5 Anti-Material Rifle (İstiqlal) adlı snayper tüfəngi çəkib. (...Daha ətraflı)


Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərən "Dəryal" tipli stasionar radiolokasiya stansiyasıdır.

SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olmuşdur. İstismara 1985-ci ildə verilmişdir.

Texniki parametrlərinə görə dünyada anoloqu yoxdur, 6000 km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadirdir, bu isə İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind Okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanı verir. Stansiya həmçini bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən onların taraektoriyasını müəyyən edə bilir...


Saytda 128 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024