Portal:UNESCO
Yeni istifadəçilərə · Cəmiyyət · Portallar · Seçilmiş məzmun · Layihələr · Sorğular · Qiymətləndirmə |
Yoqa — ənənəvi Asiya sisteminə əsaslanan fiziki tapşırıqların (tətbiqlərin, məşqlərin) sırasıdır. Yoqanın ən aydın, şəffaf mənası onun etmoloji mənşəyində saxlanılır. Yoqa sözü – Sanskrit dilində yuj sözündən götürülüb. Mənası, "birlik", "ittifaq" deməkdir.
"Yoqa" sözü öz mənşəyini sanskrit dilindəki "yuq" sözündən götürür ki, o da tərcümədə "birləşmə", "qovuşma", "tövhid" mənasını verir. Yoqa – altı əsas ortodoksal hind fəlsəfi sistemindən birini təşkil edir. Bu təlim ilk dəfə sistemli şəkildə qədim hind müdriki Patacalinin (e.ə. I əsr) "Yoqa sutra" əsərində təsvir edilir. Ümumi halda, yoqa sistemi – xatxa-yoqa, raca-yoqa, karma-yoqa, jnani-yoqa, bxakti-yoqa və s. kimi mərhələlərə bölünür. |
Kristian Amanpur — İran əsilli ingilis jurnalist və xəbər aparıcısı. Amerikanın CNN kanalının Xarici Xəbərlər Bölməsinin Rəhbəri və CNN Internationalda gecə xəbərlərinin aparıcısıdır. Kristian Amanpur eyni zamanda ABC News kanalının xəbər aparıcısıdır.
Kristian Amanpur atası iranlı, anası ingilisdir. 12 yanvar 1958-ci ildə Londonda dünyaya gəlmişdir. Anadan olduqdan sonra ailəsi ilə birlikdə Tehrana köçmüş və 11 yaşınadək Tehranda yaşamışdır. 11 yaşında təhsilini davam etmək üçün ailəsi tərəfindən İngiltərəyə göndərilmişdir. İran İnqilabından sonra ailəsi də İrandan qaçıb, Londonda yaşamağa başlamışdır. |
İnsan və biosfer — Beynəlxalq elmi tədqiqat insan və biosfera proqramı. 1970-ci ildə qəbul olunmuşdur. Bir sıra mühüm bioloji və ekoloji məsəslələri araşdırır.
Elm, təhsil və ekoloji baxımdan dünya səviyyəsində əhəmiyyət daşıyan az rast gəlinən canlı növləri və həyat məkanı nümunələrini saxlayan, təbii peyzajlara aid beynəlxalq bir qoruma sahəsi növüdür. "UNESCO"nun İnsan və biosfer (MAB) proqramı altında təsis edilən və qoruma ilə inkişaf arasındakı əlaqəni ortaya qoymağı məqsəd qoyan qoruma sahələri olub, qlobal bir şəbəkə vasitəsiylə bağlanan bir bioloji ehtiyat sahələr ardıcıllığını meydana gətirərlər.
Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan Böyük ipək yolu ərazilərinin Ümumdünya İrsi siyahısına daxil edilməsi üçün səylərini birləşdirib. [1]
- 14 yanvar — Ümumdünya Məntiq Günü (2019-cu ildən)
- 21 fevral — Beynəlxalq Ana Dili Günü (2000-ci ildən)
- 21 mart — Dünya Poeziya Günü
- 18 aprel — Tarixi Abidələrin Mühafizəsi Günü (1983-cü ildən)
- 23 aprel — Ümumdünya Kitab Günü (1996-cı ildən)
- 3 may — Ümumdünya Mətbuat Azadlığı Günü (1994-cü ildən)
- 23 avqust — Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirə Günü (1998-ci ildən)
- 8 sentyabr — Beynəlxalq Savadlılıq Günü (1966-cı ildən)
- 5 oktyabr — Beynəlxalq Müəllimlər Günü (1994-cü ildən)
- 10 noyabr — Sülh və İnkişaf naminə Ümumdünya Elm Günü (2002-ci ildən)
- 16 noyabr — Beynəlxalq Tolerantlıq Günü (1995-ci ildən)
- noyabrın üçüncü cümə axşamı — Beynəlxalq Fəlsəfə Günü (2002-ci ildən)
- Gilyermo Kano Mükafatı — mətbuat azadlığına verdiyi töhfəyə görə.
- Yana Amosa Komenskovo medalı — pedaqoqika sahəsində nailiyyətlərinə görə.
- Hans Xristian Andersen mükafatı — uşaq yazıçılar və illüstratorlar üçün ədəbi mükafat.
- "UNESCO"nun Sülh Rəssamı — yaradıcı peşə sahibləri üçün mükafat.
- Kalinqi mükafatı — elmin populyarlaşdırılması sahəsində nailiyyətlərinə görə.
- Albert Eynşteyn medalı — elmə verdiyi böyük töhfəyə və elmi sahədə beynəlxalq əməkdaşlığa görə.
|
|
|
|
|
|
|
Proqramlar: Ümumdünya İrsi • Qeyri-maddi mədəni irs • İnsan və biosfer • Dünyanın yaddaşı • "UNESCO" ilə əlaqəli məktəblər • Azad proqram kataloqu
Mükafatlar: UNESCO-nun Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatı • Yana Amosa Komenyus medalı • Hans Xristian Andersen mükafatı
"UNESCO" günləri: Beynəlxalq Savadlılıq Günü • Ümumdünya Kitab Günü • Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirə Günü • Tarixi Abidələrin Mühafizəsi Günü • Beynəlxalq Ana Dili Günü • Ümumdünya Mətbuat Azadlığı Günü • Beynəlxalq Tolerantlıq Günü • Beynəlxalq Müəllimlər Günü • Beynəlxalq Fəlsəfə Günü
Əsas siyahılar: Dünya irsi: Asiya • Afrika • Avropa • Okeaniya • Cənubi Amerika • Avstraliya, Kanada, Rusiya, ABŞ
- Vikianbarda UNESCO ilə əlaqədar mediafayllar var
Xarici keçidlər: |
|