"Aqil-cahil" haqqında aforizmlər

"Aqil-cahil" haqqında aforizmlər


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Aqil-cahil" haqqında aforizmlər

  • • Ağıllı adam axmaqlıq edərsə, onda bu, hər halda çox böyük axmaqlıq olar. (İohann Volfqanq Göte)
  • • Ağlı gödək olanın dili uzun olar. (Aristofan)
  • • Axmağa məsləhət vermək kora güzgü vermək kimi bir şeydir. (İ.Müller)
  • • Axmaq öndə dayanır ki, hamı onu görə bilsin, ağıllı həmişə arxada dayanır ki, hamını görə bilsin. (S.Karmen)
  • • Axmaqlar özlərini ağıllılar sırasına aid etməsəydilər, ağıllı adamlar tənha olardılar. (Vovenarq)
  • • Ayağı yerdə olmaq ayıb deyil, ayıb – başını yerdə qoyub ayağı ilə göyə çıxmaq cəhdidir. (Əbu Turxan)
  • • Bəziləri Günəşin işığında dünyaya baxmaq əvəzinə, gözlərini Günəşin özünə zilləyib kor olur. (Əbu Turxan)
  • • Bu dünyada sevinc və pərişanlıq iç-içədir. Sadəlövh adamlar bunların gah birini, gah da o birini görürlər. Aqillər isə həyatın hər iki üzünü görürlər. (Əbu Turxan)
  • • Cahilin sonda görəcəyi şeyi ağıllılar öncədən görür. (Cəlaləddin Rumi)
  • • Çəkicdən başqa heç nəyi olmayanın gözləri hər yerdə ancaq mismar görər. (Viktor Hüqo)
  • • Elə uğursuz vəziyyət yoxdur ki, ağıllı ondan nəsə bir xeyir götürməsin, elə uğurlu durum yoxdur ki, axmaq onu öz əleyhinə çevirməsin. (Fransua de Laroşfuko)
  • • Görünür, insan dünyasında ən ədalətlə paylanmış nemət ağıldır. Çünki heç kəs öz ağlından gileylənmir. (Monteqyu)
  • • Nadanın qulaqlarında ən canlı nitq də yuxuya gedir. (Uilyam Şekspir)
  • • Nadanlıq qürurla birləşdikdə təhlükəli olur. (Aristotel)
  • • Naşı ox dosta dəyər. (Əbu Turxan)
  • • Olmasaydı sarsaqlar, ac qalardı yaltaqlar. (Mirzə Ələkbər Sabir)
Dostlarınla Paylaş

Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024