• Bədənlə birləşəndə ruh əqldən ayrılmış olur; bu məqamda əql insanı tərk etməsə,yenidən əlini uzadıb ruhu öz məqamına qaldıra bilər. (Əbu Turxan)
• Bəsirət gözü açılana qədər insan dünyanı bədənin gözü ilə dərk etməyə çalışır. (Əbu Turxan)
• Bəzən bir dəqiqəlik həzz ömürlük iztirabların səbəbi olur. (Viland)
• Bütün ömür boyu ruh yandıqca səpələnir, paylanır və onun qığılcımları münbit mühitlərə düşərək neçə-neçə yeni həyatların başlanğıcına çevrilir. (Əbu Turxan)
• İnsanın ruhun iki qütbü arasında hansı məqamda qərar tutması əqldən asılı olur. (Əbu Turxan)
• İradə zəif olanda, ağıl başqasının qulluqçusuna çevrilir. (Əbu Turxan)
• İstəklər əhvaldan və şəraitdən asılı olaraq dəyişir. Məqsəd isə ağıla əsaslandığı üçün sabit qalır. Ona çatmaq üçün isə neçə-neçə istəklərdən imtina etmək lazım gəlir. (Əbu Turxan)
• Könül xoşluğu bədənin daha yaxşı vəziyyəti üçün şərtdir. (Platon)
• Nəfsi bir dəfə boğmaq asandır, amma o, səni zəif məqamda yaxalayana qədər hər dəfə yenidən qayıdır. (Əbu Turxan)
• O qədər çox yemə ağırlıq etsin, O qədər ac qalma, can əldən getsin. (Sədi Şirazi)
• Öz iradənin ağası, öz vicdanının qulu ol! (Mariya Ebner-Eşenbax)
• Öz ruhumuzla başqalarını canlandırmaq onlara sahib olmaq deməkdir. (M. Unamuno)
• Öz ruhunun dərinliklərinə baş vur ki, o zaman hər gün yeni üfüqlər açacaq, ayaq dəyməmiş torpaqlar, dumduru çaylar, hələ heç kimin görmədiyi səmalar, yeni ulduzlar, yeni kəhkəşanlar kəşf edəcəksən. (M. Unamuno)
• Özünü nəfsin ixtiyarına buraxanlar – ağıla, ancaq ağılla yaşayanlar isə özünə xəyanət edir. (Əbu Turxan)
• Qəzəbin alovu ilk əvvəl sahibini yandırar. Sonrakı qığılcımı düşmənə ya çata, ya çatmaya... (Avraam Linkoln)
• Qüdrət əqllə ruhun ittifaqındadır; ayrılıqda əql ağıla, ruh – ehtirasa çevrilir. (Əbu Turxan)
• Qüvvətli ruh zəifləmiş bədəni xilas edir. (Hippokrat)
• Ruh nə qədər çox verirsə, o qədər zəngin olur. (M. Unamuno)
• Ruh sanki alternativ ruhlar sistemidir. İnsan onların matrisasıdır. (Tur Xander)
• Ruhu yenməyin ən asan yolu nəfsə meydan açmaqdır. (Əbu Turxan)
• Ruhun əqldən ayrılması iki cür ola bilər: birincisi, ruh göylərə yüksəlir və öz ilahi mənşəyinə qayıdır; ikincisi, yerə enir və bədənlə onu bağlayan məqamda qərar tutur. (Əbu Turxan)
• Ruhun sabitliyi ancaq ağıl ilə nəfsin müvazinəti sayəsində mümkün olur. (Əbu Turxan)
• Ruhun təntənəsi bədənin inkarı üzərində qurulmamalıdır. (Əbu Turxan)
• Sağalmağın şərtlərindən biri sağalmaq istəməkdir. (Kiçik Seneka)
• Sağlam bədəndə sağlam ruh olar. (El hikməti)
• Sağlamlıq təvazökardır, xəstəlik isə özünü tez biruzə verir. (Əbu Turxan)
• Şüur nəfsin özünü ələ almasıdır. (Berqson)
• Təqva qədər əsrarəngiz bir duyğu yoxdur. (Əbu Turxan)
• Yaşadığımız həyatda söz sahibi olmaq istəyiriksə, ruhani yaşantıların enerjisi həyatımıza cəlb olunan ictimai mühiti işıqlandırmaq və canlandırmaq üçün yetərli olmalıdır. (Tur Xander)