"Xoşbəxtlik" haqqında aforizmlər

"Xoşbəxtlik" haqqında aforizmlər


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Xoşbəxtlik" haqqında aforizmlər

  • • Ağıllı öz uğursuzluqlarının səbəbini özündə, nadan isə başqalarında axtarır. (Konfutsi)
  • • Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir. (T.Fontane)
  • • Başqalarının xoşbəxtliyi üçün çalışmaqla biz öz xoşbəxtliyimizi tapırıq. (Platon)
  • • Bədbəxt insan başqalarının ağrı-acısı ilə rahatlıq tapan şəxsdir. (Sədi Şirazi)
  • • Bədbəxt o adamdır ki, xeyirlə şəri qarışıq salır. (Naməlum)
  • • Bir var, şəxsi həyatın kortəbiiliyi, bir də var ictimai həyatın, cəmiyyətin kortəbii olması.
    Hər ikisi dərk olunmasa işıqlı həyat yaşamaq mümkün deyil. (Əbu Turxan)
  • • Biz səadətimizi özümüzlə daşıyan Adəm övladlarıyıq, eyni zamanda biz içimizdə olan səadətin çağırışını eşidib, səsin mənbəyini özümüzdən kənarda axtaran insanlarıq. (Rövşən Abdullaoğlu)
  • • Bu dünyada xoşşeylər azdır, xoş olan da çox vaxt ancaq başlanğıcdadır. (Yusif Balasaqunlu)
  • • Canıyananlıq başqasının bədbəxtliyinə yanmaq, paxıllıq isə başqasının xoşbəxtliyinə yanmaqdır. (Platon)
  • • Dərdin də öz lirikası, öz ahəngi var; dərddən ancaq onun ahəngini kompensasiya edən başqa ahənglərin təsiri ilə çıxmaq olar. (Tur Xander)
  • • Dünyada sonsuz bir xoşbəxtlik yoxdur; nə məşhur bir soy, nə gözəllik, nə güc-qüvvət, nə zənginlik, heç bir şey bizi fəlakətdən qurtara bilməz. (Aleksandr Puşkin)
  • • Əksər insanlar var-dövlət yığmaqla dərdlərinə son qoymamış, əksinə, onları daha da çoxaltmışdır. (Epikür)
  • • Ən böyük bədbəxtlik hər şeydən narazı olmaqdır. (Lao-tszı)
  • • Həqiqətdə siz tərəzinin oxu kimisiniz – öz kədəriniz və sevinciniz arasında. Yalnız boş olanda sakitləşir, tarazda olursunuz. (Cübran)
  • • Hər kəs öz səviyyəsində xoşbəxtdir. Kimin üçünsə çox adi olan bir hadisə başqasını xoşbəxt edə bilər. (Əbu Turxan)
  • • Hər kəs özünü bədbəxt hesab etdiyi qədər bədbəxtdir. (Kiçik Seneka)
  • • Hər şey, hər şey, hətta dərdlər də köhnəlir. (Flober)
  • • Həyat səhnələri, həqiqi yaşantılar və onların iztirab və sevinc xatirələri ruhla birlikdə uçub gedir. (Əbu Turxan)
  • • İnsan ancaq öz Məni ilə həmahəng mühitdə xoşbəxt ola bilər. (Əbu Turxan)
  • • İnsan yalnız xarici səbəblərdən bədbəxt olmur. (Kiçik Seneka)
  • • İnsanın özünü xoşbəxt hesab etməsi ilə xoşbəxt olması düz, bilikli hesab etməsi ilə bilikli olması isə tərs mütənasibdir. (Əbu Turxan)
  • • İnsanın təriflənəsi bir şeyi olmayanda öz bədbəxtliyi ilə öyünməyə başlayır. (A.Qraf)
  • • İnsanın xoşbəxtliyi üçün içindəki işıq yetərli deyil; yaşadığı mühit də işıqlı olmalıdır. (Əbu Turxan)
  • • İstək reallıqdan uzaq olanda xoşbəxtliyin qapıları bağlanır. (Əbu Turxan)
  • • Kiminsə xoşbəxtliyinin arxasında kiminsə fədakarlığı durur. (Əbu Turxan)
  • • Məsləhətlərimizlə yardım etdiyimiz insanların xoşbəxtliyi bizi o qədər də
    maraqlandırmır. (Vovenarq)
  • • Müdrik adamın faciəsinə şərik ol, nadan adamın xoşbəxtliyinə şərik olma. (Əbu Turxan)
  • • Nadan xoşbəxtliyi uzaqlarda axtarır, müdrik isə onu öz yanında yetişdirir. (C.Oppenheym)
  • • O kəs də xoşbəxtdir ki, hörmət etdiyi kəs haqqında xatirə belə onu özünü təkmilləşdirməyə sövq edir. (Kiçik Seneka)
  • • O şəxs bədbəxtdir ki, onun özəl hissi dünyası özgələşir;
    yəni ağıl və fikri həyatla, inamla, məhəbbət və etimadla birləşdirən ilməklər qırılır! (Georq Vilhelm Fridrix Hegel)
  • • Öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində qurmaq olmaz. (El hikməti)
  • • Qəlb bədbəxtliyi bəlkə də
    gizlədə bilər, amma xoşbəxtliyi gizlədə bilmir. (İohann Volfqanq Göte)
  • • Sevinc və kədər böyüyəndə bütün dünya kiçilir. (Cübran)
  • • Sevinclə iztirab – aydınlıqla qaranlıq kimi bir-birlərini təqib edir. (L.Ştern)
  • • Tamahkarlıqla xoşbəxtliyin bir-birini tanımadığına təəccüblənməyin, çünki onlar heç vaxt rastlaşmayıblar. (Bencamin Franklin)
  • • Xəyalda elə tərəf var ki, o, gerçəklikdən yaxşıdır; gerçəklikdə elə tərəf var ki, xəyaldan yaxşıdır. Tam xoşbəxtlik bunların ikisinin bir araya gətirilməsidir. (Lev Tolstoy)
  • • Xoşbəxt adam özünü xoşbəxt hesab edən adamdır. (Fildinq)
  • • Xoşbəxt adamın bədbəxtə ağıl verməsindən asan nə ola bilər. (Esxil)
  • • Xoşbəxt o adamdır ki, xoşbəxtlik axtarmağa ehtiyacı yoxdur. (Əbu Turxan)
  • • Xoşbəxt öz evində xoşbəxt olandır. (Lev Tolstoy)
  • • Xoşbəxtlik ən azı bir dəfə hər qapını döyür. (Uilyam Hezlitt)
  • • Xoşbəxtlik hissini yalnız müdriklər keçirə bilər. (Plavt)
  • • Xoşbəxtlik indiki gerçəyin keçmişin arzularına uyğun gəlməsidir. (Əbu Turxan)
  • • Xoşbəxtlik peşmanlığa gətirməyən həzzdir. (Lev Tolstoy)
  • • Xoşbəxtlikdən ikiəlli yapışsan, fürsət düşən kimi səni tərk edəcək. (Əbu Turxan)
  • • Xoşbəxtliyə də azadlıq vermək lazımdır. (Əbu Turxan)
  • • Xoşbəxtliyi dadmağın ən yaxşı yolu onu paylaşmaqdır. (Corc Bayron)
  • • Xoşbəxtliyi daxilində tapmaq çətindir, kənarda isə o sadəcə olaraq yoxdur. (Nikola Şamfor)
  • • Yalan ilə qurulan yuvanın səadəti də yalandır. (Füzuli)
  • • Yalnız o adam həmişə xoşbəxt ola bilər ki, onun bəxtinin sükanı öz əlində olsun. (Əbu Turxan)
  • • Yüngül iztirablar danışa bilər, amma dərin iztirablar dilsizdir. (Kiçik Seneka)
Dostlarınla Paylaş

Saytda 88 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024