"Zaman" haqqında aforizmlər

"Zaman" haqqında aforizmlər


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Zaman" haqqında aforizmlər

  • • Bir anlıq səadət bir qərinədir. (Səməd Vurğun)
  • • Biz gələcəyə çatanda, məlum olur ki, onun mənzərəsi öncədən çəkilibmiş. (Əbu Turxan)
  • • Biz gələcəyə getməsək də, gələcək bizi çəkib aparır. (Əbu Turxan)
  • • Bizim mövcudluğumuz fasiləsiz olaraq keçmişə doğru gedişdir. (Fridrix Nitsşe)
  • • Cahanda hər hökmü bir zaman verir,
    Dünən fərman verən bu gün can verir. (Səməd Vurğun)
  • • Dua: Vaxtın bərəkətli olsun. (Əbu Turxan)
  • • Dünən tarixdir, sabah müəmmadır, bu gün isə bir hədiyyədir. (Eleonora Ruzvelt)
  • • Əgər asudəlik istəyirsənsə,
    vaxtını hədər yerə itirmə. (Bencamin Franklin)
  • • Əgər lazımsız işlərə vaxt qalırsa, deməli, hansı isə vacib işlərə vaxt ayrılmamışdır. (Əbu Turxan)
  • • Ən təhlükəli oğru vaxt oğrusudur. (C.Kolenso)
  • • Gələcək keçmişə bənzəyir. (İbn Xəldun)
  • • Gələcək o zaman bizimkidir ki, keçmişimizin davamıdır. (Əbu Turxan)
  • • Gözləyə bilənə hər şey öz vaxtında gəlir. (Onore de Balzak)
  • • Heç kim əbədi qalib ola bilməz. (Heydər Əliyev)
  • • Heç nə nə gec olur, nə də tez...
    Hər şey vaxtında olur. (Konfutsi)
  • • Heç şey dəyişməz saydığımız keçmiş qədər sürətlə dəyişmir. (A.Koyre)
  • • Hər bir qənaət nəticə etibarı ilə vaxta qənaətdir. (Karl Marks)
  • • Hər dövranın bir hökmü var,
    Hər zamanın bir qələmi... (Səməd Vurğun)
  • • Hər şey itirildikdən sonra da hələ bir şey – gələcək qalır. (Kristian Bouvi)
  • • Həyat bir silsilədir; Bir fəsil başqa fəsil üçün bir fasilədir. (Əbu Turxan)
  • • İndi geniş planda xatirələrlə arzuların, dar planda isə təəssüratla istəyin vəhdətidir. (Tur Xander)
  • • İnsan gələcəyə öz keçmişinin çiynində gedir. (Əbu Turxan)
  • • İnsan gələcəyini də bu gün yaşayır. (Əbu Turxan)
  • • İnsan oğlu hər gün çarmıxa çəkilir; keçmiş ayaqları pərçimləyir, gələcək isə əllərindən tutub dartır. (Əbu Turxan)
  • • İnsanın itirdiyi ən böyük şey zaman ola bilər. (Teofrast)
  • • Keçmiş – insan nəfsinin vətənidir. (Heyne)
  • • Keçmiş – xatirələrdə, gələcək isə xəyallarda yaşayır. (Əbu Turxan)
  • • Keçmiş indinin virtual məkanıdır. (Tur Xander)
  • • Keçmiş ya ancaq salnamələrdə, yaddaşlarda qalıb tarixə daxil olur, ya da indinin strukturuna daxil olmaqla yaşamaqda davam edir. (Tur Xander)
  • • Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar. (Əbu Turxan)
  • • Keçmişi dəyişmək olmaz, deyirlər; amma biz dəyişdikcə keçmiş sanki dəyişir və qarşımızda hər dəfə yeni bir keçmiş canlanır. (Əbu Turxan)
  • • Məkan zamanın bir anıdır. (Əbu Turxan)
  • • Mən heç vaxt gələcək haqda düşünməyə macal tapmıram. O, kifayət qədər tez gəlib çıxır. (Albert Eynşteyn)
  • • Müasirlik zəmanəyə bənzəməkdir. (Əbu Turxan)
  • • Nəyisə unutmaq, yaxud unutmamaq insan iradəsindən xaricdir. (Korneli Tasit)
  • • Təxəyyül hadisələri zaman və məkan məhdudiyyətindən azad edir. (Əbu Turxan)
  • • Vaxtı öldürmək özünü öldürməkdir. (D.Pekk)
  • • Vaxtsız çiçək açan arzular bar verməz. (Əbu Turxan)
  • • Yaxındakı köz uzaqdakı Günəşdən daha betər yandıra bilər. (Əbu Turxan)
  • • Zaman gizli olan hər şeyin üstünü açır, aydın olan hər şeyin üstünü örtür. (Sofokl)
  • • Zaman pula bənzəyir – lazımsız yerə xərcləməsən hər şeyə çatar. (Konfutsi)
  • • Zaman təbib deyil, o sadəcə insanı kədərlə yaşamağa vərdiş etdirir. (Rövşən Abdullaoğlu)
  • • Zəmanə ancaq dayazda olanları dəyişir; dərin qatlara nüfuz edə bilmir. (Əbu Turxan)
Dostlarınla Paylaş

Saytda 156 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024