"Böyük-kiçik" haqqında aforizmlər

"Böyük-kiçik" haqqında aforizmlər


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Böyük-kiçik" haqqında aforizmlər

  • • Bəzən böyük həyat üçün yaranmış insanların ömrü kiçik və yeknəsəq səhnələrdə keçir. Bu halda onlar öz mənəvi ehtiyaclarını ancaq ədəbi qəhrəmanların həyatında tapa bilirlər. (Əbu Turxan)
  • • Böyük adam böyüklüyünü kiçik adama hərəkətləri ilə göstərər. (Oldos Haksli)
  • • Böyük adamlar kiçik işlərdə çox vaxt səriştəsiz olurlar. (Əbu Turxan)
  • • Böyük dünya kiçik dünyadan böyük deyil. (Əbu Turxan)
  • • Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır. (Konfutsi)
  • • Böyük iş kiçik işlərin toplanmasından yaranmır. Böyük iş üçün böyük ideya lazımdır. (Əbu Turxan)
  • • Böyük kəşflər o qədər işıqlı olur ki, yaxın ətrafdakı kiçik yeniliklər onun kölgəsində qalır. (Əbu Turxan)
  • • Böyük məhəbbət kiçik qığılcımlardan doğur. (Stendal)
  • • Böyük məqsədə çata bilmək üçün kiçik məqsədlərdən imtina etməyi bacarmaq lazımdır. (Əbu Turxan)
  • • Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz. (Heydər Əliyev)
  • • Hamıya eyni gözlə bax ki, böyüyü böyük, kiçiyi kiçik görəsən. (Əbu Turxan)
  • • Kiçik işlərdə də böyük olmaq lazımdır. (Andre Morua)
  • • Kiçik işlərdə həddən artıq canfəşanlıq edənlər böyük işlərə yaramırlar. (Fransua de Laroşfuko)
  • • Kiçik nöqsanlar böyük səhvlərə aparır. (Kiçik Seneka)
  • • Kiçik planlar böyük planlardan kənarda yox, onların tərkib hissəsi kimi qurulmalıdır. (Əbu Turxan)
  • • Sənin şöhrətin sənin kölgən kimidir – o gah səndən qabaqda, gah arxada gedir; bəzən səndən böyük, bəzən kiçik olur. (Hippel)
Dostlarınla Paylaş

Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024