Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2023 Haqqında Məlumat - Axtarış

Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2023 Haqqında Məlumat - Axtarış


Vikipediya:Kənd_meydanı/Arxiv/Mart/2023 üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2023 sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2023 sözünə uyğun gələn mahnı axtar və yüklə


Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2023 sözünə uyğun gələn lazımlı linklərə bax


Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2023 sözünə uyğun gələn şəkillərə bax və yüklə


Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2023 sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaVikipediya:Kənd meydanı/Arxiv/Mart/2023 sözünə uyğun gələn məqaləni oxu


Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2023 sözünə uyğun gələn xəbər axtar və oxu


Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2023 sözünə uyğun gələn kinoya bax və yüklə


Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2023 sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2023 sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2023 tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2023

Ukraine's Cultural Diplomacy Month 2023: We are back! redaktə

 

Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin

Hello, dear Wikipedians!

Wikimedia Ukraine, in cooperation with the Ministry of Foreign Affairs of Ukraine and Ukrainian Institute, has launched the third edition of writing challenge "Ukraine's Cultural Diplomacy Month", which lasts from 1st until 31st March 2023. The campaign is dedicated to famous Ukrainian artists of cinema, music, literature, architecture, design and cultural phenomena of Ukraine that are now part of world heritage. We accept contribution in every language! The most active contesters will receive prizes.

We invite you to take part and help us improve the coverage of Ukrainian culture on Wikipedia in your language! Also, we plan to set up a banner to notify users of the possibility to participate in such a challenge!

ValentynNefedov (WMUA) (talk) 07:58, 1 March 2023 (UTC)

Tərcüməsi

Salam, əziz Vikipediyaçılar!

Vikimedia Ukrayna, Ukrayna Xarici İşlər NazirliyiUkrayna İnstitutu ilə əməkdaşlıq çərçivəsində birgə 2023-cü il martın 1-dən 31-dək davam edən "Ukrayna Mədəni Diplomatiya Ayı" adlı yazı müsabiqəsinin üçüncü buraxılışına start verib. Kampaniya hal-hazırda dünya irsinin bir hissəsi olan Ukraynanın məşhur kino, musiqi, ədəbiyyat, memarlıq, dizayn xadimlərinə və Ukraynanın mədəni fenomenlərinə həsr olunub. Biz hər dildə töhfə qəbul edirik! Ən fəal iştirakçılar hədiyyələr əldə edəcəklər.

Biz sizi burada iştirak etməyə və Vikipediyada öz dilinizdə Ukrayna mədəniyyətinin işıqlandırılmasını təkmilləşdirməkdə bizə kömək etməyə dəvət edirik! Həmçinin, istifadəçiləri belə bir çağırışda iştirak etmək imkanları barədə məlumatlandırmaq üçün banner yaratmağı planlaşdırırıq!

--► Hörmətlə: SolaVirum 18:28, 7 mart 2023 (UTC)[cavabla]

Səsvermədə iştirak etmək üçün redaktə edənlər redaktə

Salam. Bir neçə gün əvvəl bir neçə istifadəçi SNS-də iştirak etmək hüququ əldə etmək üçün redaktələr edirdi.Onlardan sonra görünür, bu tip yeni bir istifadəçi hesabı yaradılıb. Söhbət bu istifadəçidən gedir. Fikrimcə bu istifadəçi müddətsiz bloklanmalıdır. Əks təqdirdə yeni bir ordu daha yarana bilər. Nə qədər tez hərəkətə geçsək bir o qədər yaxşı olar — Wealszy (müzakirə) 16:57, 3 mart 2023 (UTC)[cavabla]

Salam həmkar, hələ ki bloklanmasına səbəb görünmür. Bikar Orxan (müzakirə) 17:08, 3 mart 2023 (UTC)[cavabla]
Kiçik redaktələr edir deyə istifadəçini bloklaya bilmərik. WhiteDem✪n (utora) 18:15, 3 mart 2023 (UTC)[cavabla]
əgər redaktələri yanlışdırsa və dəxlisiz yerə hər sözə, əlaqəsiz sözlərə keçid verib əlaqəsiz məqalələrə yönləndirirsə və xəbərdarlıqlara məhəl qoymursa bloklana bilər. Atakhanli (müzakirə) 05:53, 6 mart 2023 (UTC)[cavabla]

Takson şablonu redaktə

Takson şablonunda yenə eyni səhvlər var. — Moses 16:58, 3 mart 2023 (UTC)[cavabla]

Takson şablonu deyil, onunla bağlı olan müəyyən şablonlar xəta çıxarır. "Kateqoriya:Cins şablonları" içində olan şablonları düzəldəndən sonra siz deyən xətalar yoxa çıxacaq. Yəni bitkilər və heyvanlar haqqında məqalələrdə xətaların aradan qalxması üçün təxminən 200 şablonda redaktə etmək qalıb. Onları düzəldim, "Takson" şablonunun məlumat kartını (docpage) yeniləyəcəm. Son 4-5 ay ərzində mənim tərəfimdən 6 000-ə yaxın şablon redaktə edilib/yaradılıb və bu kateqoriyada (Kateqoriya:Taksonomiya şablonları) toplanılıb. 200 şablonu da 5-10 günə redaktə edib düzəldəcəm. Azvikidə 29 000 bitki və heyvan haqqında olan məqalə (hamısı Kateqoriya:Takson şablonu istifadə olunan məqalələrdə toplanıb) bu 6 000-dən bir az çox olan şablonlara bağlanmış olacaq. Amma gələcəkdə bitkilər və heyvanlar haqqında məqalələri intervikilər ilə başqa dillərdə olan məqalələrə bağlamasaq yenə bəzi xətalar çıxacaq. Məsələn, kimsə gəlib burda Hövsan soğanı məqaləsi yaratsa, onun latınca adını, intervikilərini də tapmalıdır. Və həmin məqalə intervikilərlə digər vikipediyalardakı eyniadlı məqalələrlə bağlanmalıdır. Yoxsa məqalədə "takson" şablonu yenə xəta çıxaracaq. Bir soğana biz Hovsan soğanı, ingilis London soğanı, rus Moskva soğanı deyə bilər - yəni latınca adı ilə intervikilərə bağlanmasa, eyni bitki haqqında azvikidə 3 məqalə ola bilər. Mən təxminən 5 aydı bitki və heyvanlar haqqında azvikidə olan məqalələri redaktə edirəm - qarşıma çıxan ən böyük problem məhz bu sinonimlərlə bağlıdır. Hə, birdən, məsələn, bitki çox endemikdirsə, ancaq Azərbaycanda, ancaq Hövsanda bitirsə, o zaman vikidatada o bitkinin kartoçkasını yaratmaq lazım gələcək. Amma mən bu günə qədər azvikidəki demək olar ki, bütün bitki və heyvan məqalələrini araşdırdım, elə bir endemikə (ya bitki olsun, ya heyvan) rast gəlmədim ki, ancaq Azərbaycanda var. Hətta vəfasız xarıbülbül (lat. Ophrys caucasica) də Şuşadan başqa yerlərdə də bitir :)— Sortilegus (müzakirə) 22:25, 3 mart 2023 (UTC)[cavabla]
Başqa dillərdə məqaləsi olmasa da olar, vikidata elementini yaradıb uyğun dataları əlavə etmək xətanın qarşısını almağa bəs etməyəcək? WhiteDem✪n (utora) 00:20, 4 mart 2023 (UTC)[cavabla]
White Demon, Vikidata 3-4 element əlavə etmək kifayətdir ki, xəta çıxamasın. Takson növü, takson adı, yuxarı takson bəs edir.— Sortilegus (müzakirə) 21:28, 4 mart 2023 (UTC)[cavabla]
Takson şablonu ilə bağlı bütün xətalar düzəldildi.— Sortilegus (müzakirə) 11:41, 14 mart 2023 (UTC)[cavabla]

az.wikimedia.org redaktə

Hər kəsə salam, artıq "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun rəsmi saytı az.wikimedia.org domaini altında viki texnologiya əsasında çalışan sayt üzərində olacaq və eyni zamanda wikimedia.az saytı da buraya yönləndirilmiş formada çalışacaq. Saytın dizaynı, hazırlanması biz könüllülər tərəfindən həyata keçiriləcək. Bunu etməkdə əsas məqsədimiz viki texnologiyalar əsasında çalışan saytda istifadəçilərin asanlıqla məlumat əlavə edə bilməsidir. İstifadəçi qrupun fəaliyyətində, təşkilatı işlərdə və bütün bu fəaliyyətlərimizi bu sayt üzərində işıqlandırmaqda könüllü olmaq istəyən istifadəçilər az.wikimedia.org saytına daxil olub solda "Üzvlük" bölməsinə klik edərək üzv ola bilərlər. Hər hansısa sualınız yaranarsa çəkinmədən bu başlıq altında ünvanlaya bilərsiniz. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 11:19, 9 mart 2023 (UTC)[cavabla]

@Eldarado, salam. Xeyirli-uğurlu olsun. "Üzvlük" bölməsinə girdim belə yazaılıb: "Üzvlük üçün AWUG idarə heyətinə info@wikimedia.az ünvanı üzərindən müraciət edə bilərsiniz" samral müzakirə 17:04, 9 mart 2023 (UTC)[cavabla]
Bəli, e-poçt üzərindən müraciət edə bilərsiniz. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:30, 10 mart 2023 (UTC)[cavabla]
Mən mail ünvanına yazdım belə bir mesaj gəldi "This message was created automatically by mail delivery software.". Nə edim? — Moses 17:47, 11 mart 2023 (UTC)[cavabla]
Elə mail gəlməyinə baxmayaraq mailləri qəbul edirik. Kiçik sorun var sistemdə həll edəcəyik qısa zamanda. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:17, 13 mart 2023 (UTC)[cavabla]
Hörmətli həmkar, hal-hazırda kimlər üzv olub onu necə görək? E.Imanverified Verified  11:04, 19 mart 2023 (UTC)[cavabla]

Diqqət çəkən redaktə redaktə

Salam. bu redaktə diqqətimi çəkdi. — Wealszy (müzakirə) 12:05, 22 mart 2023 (UTC)[cavabla]

Salam. İstifadəçi vikiimzasını, digər istifadəçinin imzası kopyalamaqla yaradıb. Sonrakı redaktəsində vaxtın dəyişdiyini görə bilərsiz. Kukla hesab olmadığını düşünürəm. Əgər arqumentlər qane etməsə, checkuser-ə müraciət edə bilərsiz. Bikar Orxan (müzakirə) 12:35, 22 mart 2023 (UTC)[cavabla]
Salam hörmətli həmkar @Wealszy istifadəçi ola bilsin ki arxivdən copy edib deyə mənim istifadəçi adım qalıb. Əgər kukla hesaba şüphələriniz varsa. checkuserlərə müraciətinizi göndərə bilərsiniz. -- Hörmətlə: ⟨Qraf⟩061   (müzakirə) 13:29, 22 mart 2023 (UTC)[cavabla]
@Qraf061 ola bilər. Diqqətimi çəkdi deyə burada bu redaktə barədə bildirmək istədim. — Wealszy (müzakirə) 13:40, 22 mart 2023 (UTC)[cavabla]
Belə müzakirələrdə bəhsi keçən istifadəçiləri də teq etməniz yaxşı olar, @Əvəz Orucov. Gadir (müzakirə) 13:55, 22 mart 2023 (UTC)[cavabla]
Salam dəyərli həmkarlar. İlk öncə @Gadir bəyə minnətdaram məni teq etdiyinə görə. Bəli muraciət qaydası yadımnan çıxdığına görə Arxivdən istifadə etmişəm. Vikiimza və vaxtı dəyişmək diqqət yetirməmişdim, fikir verirsinizsə sonra vaxtı dəyişmişəm. Əgər hansısa şübhələriniz varsa checkuser-ə müraciət edə bilərsiz. -- Hörmətlə: Əvəz Orucov (müzakirə) 21:48, 22 mart 2023 (UTC)[cavabla]

Şablonda yaranan problemlər redaktə

Salam dəyərli Həmkarlar qeyd etdiyim şablonda ciddi problemlər var şablon yarı türk yarı bizim dildədir həmçinin foto yerləşdirmək də mümkün olmadı Vilson Vaynrey məqaləsini yaratmaq istəyirəm şablondakı problemlərə görə yarımçıq qalıb. Həmçini doğum ölüm illərini də qəbul etmir elə yazıldığı kimi görsənir. Zəhmət olmasa yaranan problemləri aradan qaldırmağa yardımçı olarsınız -- ⟨Qraf⟩061   (müzakirə) 07:07, 23 mart 2023 (UTC)[cavabla]

@Qraf061 məqaləyə şəkil əlavə edildi. — Wealszy (müzakirə) 10:36, 23 mart 2023 (UTC)[cavabla]
@Wealszy təşəkkür edirəm -- ⟨Qraf⟩061   (müzakirə) 13:46, 23 mart 2023 (UTC)[cavabla]
@Qraf061 həmin rəqəmlər avtomatik olaraq tanınmır. Module:Infocards sırf bunun üçündür. Şablon köklü şəkildə yığılmalı və məlumat qutusu sisteminə keçirilməlidir. Hazırlayacam Toghrul R (m) 13:00, 23 mart 2023 (UTC)[cavabla]
@Toghrul R çox sağolun təşəkkür edirəm -- ⟨Qraf⟩061   (müzakirə) 13:46, 23 mart 2023 (UTC)[cavabla]

Vikibahar 2023-lə bağlı redaktə

Salam, @Wertuose, @Toghrul R, @Eldarado, mənim yenicə başlamış olan Vikibahar 2023-ün qaydaları ilə bağlı narazıçılığım var. Qaydalarda qeyd olunur ki, ancaq müəyyən olunmuş siyahıdakı məqalələrə xal veriləcək. Bu qaydanın müəyyən edilməsinin səbəbi nədir? Məsələn, TrVikidəki müsabiqədə qeyd olunub ki, həmin siyahı sadəcə tövsiyə xarakterlidir, qeyd olunan ölkələrlə bağlı istənilən məqalə qəbul oluna bilər. Və həqiqətən baxıram, qəbul edirlər. Həmin ölkələr haqqında yaratmaq istədiyim bir sıra məqalələr var ki, siyahıda yoxdur. Ümumiyyətlə, bu cür müsabiqəni sadəcə həmin siyahı ilə məhdudlaşdırmaq nə qədər düzgündür?

Hazırda davam edən Ukrayna Diplomatiya Ayında da belə siyahının olmasına baxmayaraq, istənilən məqalə qəbul olunur. Lakin tövsiyə olunan məqalələrə görə əlavə xal verilir. Yəni əgər Vikibaharda məqsədlərdən biri tövsiyə olunan məqalələri yaratmağı təbliğ etməkdirsə, onda heç olmasa siyahıdakı məqalələr üçün əlavə xal nəzərdə tutmaqla, siyahıda olmayan məqalələri də qəbul etmək olardı. WhiteDem✪n 23:41, 23 mart 2023 (UTC)[cavabla]

razıyam, ümumi götürəndə siyahı da yaxşı seçilməyib heç. məqalə hazırlayanda görürəm ki, nə qədər məşhur yerlər var ki, heç azvikidə qaralamada belə məqaləsi yoxdur. və ya tarixi hadisələr. əksər ölkə siyahıya məncə çox məsuliyyətsiz yanaşıb :) Atakhanli (müzakirə) 10:22, 24 mart 2023 (UTC)[cavabla]
Salam White Demon, qaydada elə bənd olmamalıdır. Yanlışlıq olub, düzəliş olunacaq. Bildirdiyiniz üçün təşəkkür edirəm. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 14:15, 24 mart 2023 (UTC)[cavabla]
@Eldarado müvafiq səhifədə siyahını bütün istifadəçilər redaktə edə bilər? — Wealszy (müzakirə) 18:29, 24 mart 2023 (UTC)[cavabla]
Bəli, əlavələr edə bilərsiniz. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 18:43, 24 mart 2023 (UTC)[cavabla]
Kömək üçün təşəkkürlər. — Wealszy (müzakirə) 04:06, 25 mart 2023 (UTC)[cavabla]

Wikimania 2023 Welcoming Program Submissions redaktə

 
Do you want to host an in-person or virtual session at Wikimania 2023? Maybe a hands-on workshop, a lively discussion, a fun performance, a catchy poster, or a memorable lightning talk? Submissions are open until March 28. The event will have dedicated hybrid blocks, so virtual submissions and pre-recorded content are also welcome. If you have any questions, please join us at an upcoming conversation on March 12 or 19, or reach out by email at wikimania@wikimedia.org or on Telegram. More information on-wiki.

Keçid tövsiyələri funksiyasının ləğvi ilə bağlı redaktə

salam. bildiyiniz kimi yeni istifadəçilərə vikipediya Keçid tövsiyələri funksiyasından istifadə imkanı verir. bu da əksər hallarda sui-istifadə olunur. əksər hallarda isə vandalizmə belə yol açır. əlaqəsiz məqalələrə keçidlər verilir. son olanlardan demək olar ki, çoxunun xəbəri var. "ordu" məsələsi və s. mövzunu çox uzatmadan, bu funksiyanın yeni istifadəçilər üçün ləğv olunmasını təklif edirəm. hər həftə yeni belə istifadəçilər çıxır ki, açığı demək olar ki, heç məqalələrə faydası da olmur. bir az faydası varsa belə, ciddi, hətta çox ciddi ziyanları olur vikiyə. təmizləmək də çox vaxt aparır. mümkün olsa belə, bu əlavə iş yükü yaradır. mövzu ilə bağlı məlumatlısınız deyə Sizlərin də rəyi önəmlidir. @Bikar Orxan @Wealszy @Onyeddi təşəkkürlər. Atakhanli (müzakirə) 10:38, 18 mart 2023 (UTC)[cavabla]

+  Lehinə: öz və digər həmkarlarımın da fikirlərini öyrəndikdən sonra. Atakhanli (müzakirə) 09:49, 19 mart 2023 (UTC)[cavabla]

Şərhlər redaktə

Global tələb olunan funksiya deyilsə mən ləğv olunmasının tərəfdarıyam. Yeni gələnləri daha çox "icma portal"ına yönləndirmək lazımdı. Bikar Orxan (müzakirə) 10:41, 18 mart 2023 (UTC)[cavabla]
Ləğv edilməsinin tərafdarıyam. Atakhanlinın da qeyd etdiyi kimi keçid funksiyasına görə ciddi problemlər yaşanır. — Wealszy (müzakirə) 12:26, 18 mart 2023 (UTC)[cavabla]
Mən bir az müzakirədən uzaq qalmışam, ona görə məlumatsızam. Siz daxili keçidləri (məsələn, Bakı) nəzərdə tutursunuz, yoxsa istiqamətləndirmə səhiflərini (məsələn, Bakı şəhəri)?— Sortilegus (müzakirə) 06:31, 19 mart 2023 (UTC)[cavabla]
Daxili keçidlər. Bikar Orxan (müzakirə) 06:43, 19 mart 2023 (UTC)[cavabla]
Məsələn, son 2-3 həftədə hansı istifadəçilərdən buna görə narazı qalmısız? WhiteDem✪n 20:10, 18 mart 2023 (UTC)[cavabla]
@White Demon oxşar hadisələrin bir daha baş verməyəcəyinə kim zəmanət verə bilər? Bikar Orxan (müzakirə) 20:33, 18 mart 2023 (UTC)[cavabla]
Keçid tövsiyələri tez-tez doğru olmayan tövsiyələr verir, düşünürəm ki, əvvəlcə bu qüsurlarını aradan qaldıra bilib-bilməyəcəyimizi öyrənməliyik. WhiteDem✪n 22:00, 18 mart 2023 (UTC)[cavabla]
Keçənd dəfə də gördük ki, sui-istifadə hallarına qarşı müdafiə mexanizmi yoxdu. Bikar Orxan (müzakirə) 05:55, 19 mart 2023 (UTC)[cavabla]
Düzgün keçidləri patrullaya biləcək qədər belə adam yoxdu. Bikar Orxan (müzakirə) 06:09, 19 mart 2023 (UTC)[cavabla]
@White Demon misal üçün elə dünən (bu təklifi yazan gün). yeni istifadəçi idi. funksiyanın işi məqalədə işlənən sözlərdən o adda vikipediyada məqaləsi olan sözləri tapıb tövsiyə etməkdir. adı üstündə tövsiyə edir. amma 99% istifadəçi ağına-bozuna baxmadan, yeri gəldi-gəlmədi keçid verir. mən açığı bu funksiyanın vikiyə bir fayda verdiyini görməmişəm. çox nadir hallarda 2-3 redaktədə ola ya olmaya. onda da hər istifadəçi 100+ redaktə etmişdi. içlərindən biri yararlı olsun bir zəhmət :D bir də misal üçün dünən, məqalədə kraliça Sofiyadan söhbət gedir. funksiya Sofiyanı Sofiya şəhəri kimi tövsiyə edib. istifadəçi də götürüb keçid verib. redaktəyə nəzər yetirəndə cümləni tam oxumasam elə biləcəkdim ki, düzgün editdir. Atakhanli (müzakirə) 09:48, 19 mart 2023 (UTC)[cavabla]
Təcrübəsiz istifadəçilərin bu cür lazımsız, yersiz, səhv daxili keçidlər əlavə eləmələri çox böyük problemlər yaradır. Bəzən görürsən ki, 1 səhifədə 500 daxili keçiddən cəmi 5-i qaydalara uyğun olur. Mən belə olanda əllə bir-bir silməmək üçün bütün səhifənin daxili keçidlərini ləğv edirəm. Amma bu funksiyanı biz azvikidən çıxara bilmərik. Və ya yeni istifadəçilər üçün onu bağlamaq mümkün deyil. Ona görə çarəmiz ancaq ona qalıb ki, qabağımıza lazımsız daxili keçidlər çıxdıqca səhifələrdən təmizləyək.— Sortilegus (müzakirə) 15:56, 19 mart 2023 (UTC)[cavabla]
Texniki cəhətdən çıxara bilmərik yoxsa başqa səbəbə görə? Bikar Orxan (müzakirə) 17:00, 19 mart 2023 (UTC)[cavabla]
@Toghrul R lütfən rəy verə bilərsinizmi? Atakhanli (müzakirə) 16:54, 21 mart 2023 (UTC)[cavabla]

Sürətli silinmə → Dərhal silinmə redaktə

Salam, həmkarlar. Rus və ingilis dillərindən vaxtilə tərcümə olunan "Быстрое удаление" və "Speedy deletion" ifadələrinin Azərbaycan dilində mənaya uyğun olaraq "Dərhal silinmə" edilməsini təklif edirəm. Bununla adında "sürətli" sözü istifadə edilmiş şablon və kateqoriyalar (Məsələn, "Sürətli silinsin", "Sürətli silinəcək səhifələr") dəyişdiriləcəkdir Toghrul R (m) 11:16, 18 mart 2023 (UTC)[cavabla]

Fərq etdiyini düşünmürəm. Bu sözlər arasında nə kimi bir fərq var? Çox yaxın mənalı sözlərdi, hətta sinonim hesab edilə bilər. Gadir (müzakirə) 11:33, 18 mart 2023 (UTC)[cavabla]
@Toghrul R Salam Dəyərli həmkar fikrimcə Sürrətli silinmə olaraq qalması məqsədə uyğundur. Hər iki söz eyni mənanı ifadə edir -- ⟨Qraf⟩061   (müzakirə) 15:10, 18 mart 2023 (UTC)[cavabla]
−  Əleyhinə: mən sürətli silinmə termininin qalmasını daha çox dəstəkləyirəm. Sürətli və dərhal sözləri sinonim deyil. Sürətli silmək silmək prosesinin sürətli şəkildə aparılması deməkdir, dərhal deyil. Ümumiyyətlə, termin kimi də gedir. Türkcə Vikipediyada da Anında Silme değil, Hızlı Silme kimi işlənir. WhiteDem✪n 18:23, 18 mart 2023 (UTC)[cavabla]
Bəli, sinonim deyil. Zatən mən mənaları çox yaxın olduğu üçün hesab edilə bilər deyə qeyd etmişəm. Çünki hər iki söz hardasa eyni mənaya gəlir. Təklifə gəlincə, WD ilə həmfikirəm. Hörmətlə, Gadir (müzakirə) 19:13, 18 mart 2023 (UTC)[cavabla]
−  Əleyhinə: məncə, Sürətli silinmə kimi qalması daha məqsədə uyğundur. Atakhanli (müzakirə) 09:51, 19 mart 2023 (UTC)[cavabla]
−  Əleyhinə: fikrimcə süərtli silinmə daha doğrudur. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 08:06, 20 mart 2023 (UTC)[cavabla]
−  Əleyhinə: "Dərhal silmə" dedikdə səhifənin birbaşa olaraq təftişsiz silinməsi başa düşülür fikrimcə. "Sürətli silmə" isə prosesin sürətli olduğunu bildirir və daha doğru variantdır. — surə m 22:37, 30 mart 2023 (UTC)[cavabla]

Məlumat qutusu şablonlarına müvafiq əlavənin edilməsi barədə təklif redaktə

Salam. Təklif edirəm ki, məlumat qutusu şablonlarının sonuna "məlumat qutusu" yazısını əlavə edərək adlandıraq. Məsələn, "Şəxs" yox, daha dəqiq "Şəxs məlumat qutusu" olsun, digər vikilərdəki kimi. Əslində, bu, başından bəri belə də olmalı idi. Nə düşünürsünüz? Hörmətlə, Gadir (müzakirə) 20:34, 20 mart 2023 (UTC)[cavabla]

"məlumat qutusu" əlavəsinin edilməsinin nə kimi faydalara səbəb olacağını düşünürsüz? WhiteDem✪n 01:10, 21 mart 2023 (UTC)[cavabla]
Çox böyük faydası olmayacaq. Lakin standart belədir və daha dəqiq adlandırma olacaq. Hörmətlə, Gadir (müzakirə) 05:01, 21 mart 2023 (UTC)[cavabla]
İnfoqutularda "məlumat qutusu" yazırıqsa, belə çıxır ki, eyni məntiqlə onda naviqasiya qutuları üçün də "naviqasiya qutusu" yazmalıyıq. Digər vikipediyalar nəyə əsasən bunu standart kimi qəbul ediblər? Elələri də var ki, yazmır. Bunu araşdırmalıyıq. WhiteDem✪n 05:17, 21 mart 2023 (UTC)[cavabla]
Bəli. Güman ki, yenə də burda da rus viki faktoru rol oynayıb, bu şablonlar başdan belə yaradılıb. Eləcə də müvafiq əlavənin olmadığı vikilərin əksəriyyəti də elə kirilcə olanlardı. Düşünürəm ki, belə daha dəqiqdi. Onlar da dəqiqlik baxımından lazım görüblər. Məsələn, qaralama həkim məqaləsinə "həkim" yox, təbii olaraq "həkim-qaralama" yazırıq. Qısacası, bu əlavələr təkmil vikilərdə var. Araşdıra bilərsiniz. Hörmətlə, Gadir (müzakirə) 06:07, 21 mart 2023 (UTC)[cavabla]
@Gadir razıyam. Məsələn, "kitab", "jurnal" bu cür adlandırılsa, istinad şablonlarına ad verə bilərik. Hazırkı adlar "Cite journal" və ya "kitab3"-dür. "Məlumat qutusu" sözü əlavə edilməlidir, məncə də Toghrul R (m) 05:21, 23 mart 2023 (UTC)[cavabla]
Zəhmət olmasa, əgər sizlər də həmfikirsinizsə, konsensusa varılması üçün fikirlərinizi bildirin. @Atakhanli, @Xeyal, @Sura Shukurlu, @Wealszy, @Bikar Orxan, @Onyeddi, @Solavirum. Gadir (müzakirə) 13:35, 25 mart 2023 (UTC)[cavabla]
İndiyə kimi bu adda istifadə olunan şablonlar üçün bütün məqalələrdə dəyişiklik etmək lazım gələcək? Bikar Orxan (müzakirə) 13:54, 25 mart 2023 (UTC)[cavabla]
Bu fikrin leyhinəyəm. Bir zamanlar özümdə bu barədə düşünmüşdüm. Əslində şablonlar yaradılanda adlarında məlumat qutusu ifadəsi olmalı idi. Niyə görə olmayıb o mənə maraqlıdır — Wealszy (müzakirə) 14:10, 25 mart 2023 (UTC)[cavabla]
Olar, lakin icrası çətin olacaq bir az. --► Hörmətlə: SolaVirum 15:17, 25 mart 2023 (UTC)[cavabla]

Kateqoriyalar redaktə

Salam. Bir müddət öncə nazirlik, komitə, qurum və s. məqalələri "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi" formasından "Daxili İşlər Nazirliyi (Azərbaycan)" olaraq dəyişdirildi. Əsas kateqoriyalar isə olduğu kimi qaldı. Uyğunlaşdırmaq üçün onları da dəyişmək lazımdır? Gadir (müzakirə) 10:42, 21 mart 2023 (UTC)[cavabla]

Kateqoriya ilə məqalənin adı eyni olmalıdır. WhiteDem✪n 13:49, 23 mart 2023 (UTC)[cavabla]

Kateqoriyaların adlandırılması ilə bağlı redaktə

Salam. Keçən ilin iyul ayında belə bir razılığa gəlindi ki, "Kateqoriya:Şəxslər:Yaponiya" şəklində adlandırılmış bütün kateqoriyalar "Kateqoriya:Yaponiya şəxsləri" olaraq dəyişdirilsin. Lakin o vaxtdan bu vaxta bütün kateqoriyalara bu şamil olunmayıb, hələ də olduğu kimi qalan kateqoriyalar mövcuddur. İstifadəçiləri bu məsələdə fəallıq göstərməyə çağırıram. Hörmətlə, Gadir (müzakirə) 15:05, 22 mart 2023 (UTC)[cavabla]

Gadir bəy tarixçəyə baxsaz görərsiz ki, bir dəfə dəyişibsiz bu kateqoriyanı. Sonra Toghrul R bəy yenidən dəyişib. İndi siz bir də dəyişirsiz. Və onu da deyim ki bu dəyişmədə xeyli problem yaranmışdı. Onları bir-bir mən əllə həll etmişdim. — Araz Yaquboglu (müzakirə) 15:47, 22 mart 2023 (UTC)[cavabla]
Salam, Araz müəllim. Sizi artıq müzakirə səhifəmdə cavablamışam. Əsaslı dəyişiklik etmişəm. Bu başlıq ümumidir və təkcə ondan bəhs etmir. Gadir (müzakirə) 16:23, 22 mart 2023 (UTC)[cavabla]
Siz burada başlıq açanda yazmalıydız bu haqda da. Yazmadığınıza görə mən də bura da əlavə etdim. Araz Yaquboglu (müzakirə) 16:26, 22 mart 2023 (UTC)[cavabla]
Nə barədə? Müvafiq dəyişiklik yuxarıdakı konsensus istinad edilərək edilib. Gadir (müzakirə) 16:39, 22 mart 2023 (UTC)[cavabla]
@Gadir buna konsensus demək nə dərəcədə düzgündür? Müzakirədə sizdən başqa 4 nəfər iştirak edib.
Dil normalarına uyğun olmayan nə qədər dəyişikliklər edilib. Edilən nə qədər uğursuz adlandırmalar var. Biri də elə "Vikipediya təkmilləşdirmə"-dir. Nə məna verir bu ifadə? Toghrul R (m) 05:18, 23 mart 2023 (UTC)[cavabla]
@Gadir, @Toghrul R düz deyir axı. Vikipediya təkmilləşdirmə nə məna verir? Daha uyğun ifadə lazımdır, Azərbaycan dilinə uyğun deyil. WhiteDem✪n 13:52, 23 mart 2023 (UTC)[cavabla]
Dəyişiklik izahında da qeyd etdiyim kimi, adlandırma ilə bağlı təkliflərinizi yaza bilərsiniz, heç bir etirazım yoxdur. Lakin Toğrulun etdiyi addəyişmənin şəkli doğru deyil, ona görə geri aldım. "Vikipediyanın təkmilləşdirilməsi" ya da "Vikipediyanın yığılıb qalan işləri" necədir? Hörmətlə, Gadir (müzakirə) 16:01, 23 mart 2023 (UTC)[cavabla]

Mühafizə hüququ redaktə

Salam həmkarlar. Rolbakerlərə(partullara) qısamüddətli-tam genişləndirilməmiş mühafizə hüququnun verilməsini və ya bu səlahiyyətə malik malik yeni hüququn yaradılması barədə fikirlərinizi öyrənmək istərdim. Başqa vikilərdə bu cür təcrübə ilə qarşılaşmadım. Vandalizmlə mühafizə hallarında vacib olduğunu və bu cür qaydalarla tənzimlənə biləcəyini düşünürəm. Hazırda mühafizə hüququna malik olan inzibatçılar @Araz Yaquboglu, @Babək Akifoğlu, @Baskervill, @Burocan, @Eldarado, @Eminn, @Nicat49, @Qolcomaq, @Solavirum, @Sortilegus, @Turkmen, @Wertuose, @White Demon və digər istifadəçilərin fikri önəmlidir. @Toghrul R əgər məlumatlısınızsa, texniki cəhətdən necə tənzimlənəcəyini izah edə bilərsiniz? Bikar Orxan (müzakirə) 08:28, 24 mart 2023 (UTC)[cavabla]

Yaxşı fikirdir. Ancaq hər rolbaker, patrul və ya avtopatrula vərilsə bura olar bazar. Ən azından mühafizə hüququ verilən istifadəçilərin illik təcrübəsi olsun. Məsələn mən 1 aydı vikipediyada olan istifadəçinin rolbaker hüququ verildiyini görmüşəm. Ona görə də bu hüquqdan istifadə edilsə, gərək təcrübəli istifadəçilər olsun. — Moses 15:34, 24 mart 2023 (UTC)[cavabla]
Səhifə mühafizə etmək, səhifə silmək və istifadəçi bloklamaq kifayət qədər ciddi məsələlərdi və bu hüquqlar ancaq inzibatçılara verilir. Texniki cəhətdən mümkünlüyünü bilmirəm, amma səhifə mühafizəsi və vandal bloklanması ilə məşğul olmaq üçün inzibatçı olmaq bəs etmir? WhiteDem✪n 21:30, 24 mart 2023 (UTC)[cavabla]
mühafizə və bloklama mənə də çox tez-tez lazım olur. texniki cəhətdən mümkündürsə qəbul edilib verilsə düşünürəm ki, operativ müdaxilə cəhətdən çox-çox əla olar. amma təbii ki, seçilən istifadəçilərə. ümumiyyətlə azvikidə nə qədər patrul var, amma hüququndan istifadə edən çox azdır. hüquqdan istifadə olunmursa boşa status gəzdirməyin mənası yoxdur. rolbaklar var, axırıncı dəfə nə vaxt istifadə edib o hüququ, bəlli deyil. Atakhanli (müzakirə) 21:37, 24 mart 2023 (UTC)[cavabla]
Dostlar, sizi başa düşürəm ki, bu hüquqdan istifadə etməyə ehtiyacınız olur. Amma inzibatçı hüququ da bu məsələlərlə məşğul olmaq istəyən etibarlı istifadəçilər üçün nəzərdə tutulub. Əgər marağınız varsa, inzibatçılığa namizəd ola bilərsiz, özü də son vaxtlarda 2-3 yeni aktiv inzibatçıya ehtiyac var. WhiteDem✪n 21:44, 24 mart 2023 (UTC)[cavabla]
Həmkar @White Demonun fikri ilə tamamilə razıyam. Hər hüququn öz öhdəlikləri olur. Vandalizm halları ilə qarşılaşdıqda geri qaytarma edərək inzibatçılara müraciət etmək lazımdır ki müvafiq ölçü götürsünlər. ^ Hersoq01 (müzakirə) 01:44, 25 mart 2023 (UTC)[cavabla]
@White Demon söhbət inzibatçı "olmadan" inzibatçı olmaqdan getmir. İnzaibatçının yükünü azaltmaqdan gedir. Hüquqlar ayrılaraq ayrı istifadəçilərə verilə bilər. Çünki operativlik yoxdur. İşlək olan yalnız SSS-dir. Mühafizə tələblərinə baxan yoxdu. Hər dəfə aktiv inzibatçı axtarmaq effektiv deyil. (mümkünsə bura da fikir bildirin). Bikar Orxan (müzakirə) 06:49, 25 mart 2023 (UTC)[cavabla]
@White Demon Doğru qeyd edirsiz lakin azvikidə inzibatçı seçkilərində səsverənlərin bir qismi təcrübəyə, aktivliyə baxmır. Neçə ildi vikipediyada redaktə edir, redaktə sayı nə qədərdir ona baxırlar. — Wealszy (müzakirə) 03:36, 25 mart 2023 (UTC)[cavabla]
Texniki cəhətdən mümkündürsə çox gözəl olar bu hüququn verilməsi. Mühafizə, bloklamaq vandalizm səhifələrini silmək mənə də çox vaxt lazım olur — Wealszy (müzakirə) 03:38, 25 mart 2023 (UTC)[cavabla]
Siz deyirsiz ki, inzibatçı olmadan "inzibatçı" olmaq istəyirsiz? Sizin sadaladığınız xüsusiyyətlər elə inzibatçılarda olur. Texniki məsələni bir qırağa qoysaq, məntiqli səslənmir axı. Bir istifadəçiyə silmək, bloklama, mühafizə hüquqlarının verilməsi elə inzibatçı seçilməsi deməkdir. WhiteDem✪n 04:54, 25 mart 2023 (UTC)[cavabla]
Yeni hüququn yaradılması bizim səlahiyyətimizdə deyil, Fabrikatora müraciət olunmalıdır. Orada da bu məsələyə ciddi baxmayacaqlar, çünki heç bir vikidə olmayan dəyişiklikdir. @White Demon ilə razıyam. İnzibatçı ilə patrul arasında silmə, bloklama və mühafizə hüquqları fərqi var. Həmin hüquqlar üçün öz inzibatçı namizədliyinizi irəli sürə bilərsiniz. Yeni bir şey kəşf etməyə gərək yoxdur Toghrul R (m) 12:53, 25 mart 2023 (UTC)[cavabla]
WD və Toghrul R ilə razıyam. Hər hüququn özünə məxsus funksiyaları olur, əlavə funksiyalar əlavə edilə bilməz. O zaman inzibatçı hüququ sembolik bir hala çevrilər ki, deyəcəksiniz onsuz da elədir. Hə, elədir. Məsələn, bu sadəcə bir nümunədir, mühafizə tələbi edilən səhifələrə ümumiyyətlə baxılmır, gərək bir nəfərə yazıb müraciət edəsən ki, bunu mühafizə et. Halbuki bunun üçün müvafiq şablon-kateqoriya var. Niyə hər dəfə müraciət etmə zərurəti olmalıdır ki? Mən təklif edirəm ki, əgər etirazları yoxdursa, @Atakhanli və @Xeyal inzibatçılıq üçün öz namizədiklərini versinlər. Hörmətlə, Gadir (müzakirə) 13:22, 25 mart 2023 (UTC)[cavabla]
@Gadir etimad üçün təşəkkürlər. amma düşünürəm ki, yeni inzibatçı seçkilərinə getmək yerinə birinci olaraq sadəcə o statusu özündə gəzdirən inzibatçılara qarşı tədbir görmək lazımdır. passiv inzibatçıları icma məcbur etməmişdən əvvəl, könüllü olaraq hüquqdan imtina etməlidirlər, bu bir neçə dəfə aktuallaşıb. hər aktuallaşanda da gəlib bir neçə dəfə "özlərini göstərib" gediblər. bu hazırki hüququ özündə daşıyan patrul və rolbakerlərə də aiddir. Atakhanli (müzakirə) 15:54, 25 mart 2023 (UTC)[cavabla]
o vaxt Sura universitetə görə əvvəlki kimi aktiv olmayacağını düşündüyünə görə özü hüququqndan könüllü vaz keçmişdi. halbu ki, o dönəmdə ən aktiv inzibatçılardan biri idi. səhv bilmirəmsə, hansısa inzibatçı da özü könüllü imtina etdiyi vaxt olub. amma indiki halda elə inzibatçılar var ki, son dəfə azviki üçün nə edib heç özü də bilmir. bizim icma niyəsə bu hüququ kreslo sevdasına dönüşdürür. istifadə etmirsənsə imtina elə. əvvəlki fəaliyyətlərin üçün də sağ ol.
madam ki, yeni inzibatçı seçkilərinə gedəcəyiksə, mən öz yerimə Suranın @Sura Shukurlu bu hüququnu bərpa etməsini təklif edirəm. təbii ki, əgər özü də razıdırsa. @Xeyal bəyə gəldikdə isə, mən ilk seçkilərdə də onu dəstəkləmişdim. Atakhanli (müzakirə) 15:59, 25 mart 2023 (UTC)[cavabla]
Bu fikirlə tam razılaşmıram. Sayın azalması müəyyən vaxtda aktiv olacaq inzibatçı sayını azaldacaq. O da operativliyi. Müzakirələrdə bütün inzibatçıların fikrini öyrənmək çox vaxt aparsa belə..(Düzü bunun əziyyətini keçən dəfə çəkdik). Bikar Orxan (müzakirə) 16:06, 25 mart 2023 (UTC)[cavabla]
@Atakhanli sizinlə tam olaraq razılaşmıram. Əlbəttə, inzibatçı fəaliyyətində aktiv olmayan inzibatçılar icma məcbur etmədən öz istəyilə inzibatçılıq hüququndan imtina etməlidirlər. Lakin bir inzibatçının vaxtı olmadıqda, məşğul olduğu vaxtlarda digər inzibatçı aktiv olsa nə silinməyən vandalizm səhifələri, nə bloklanmalı istifadəçilər, nə də bir ay olub hələ də yekunlaşdırılmayan müzakirələr, SNS'lar, BNS'lar qalmaz. Bunun üçün də yeni, aktiv inzibatçılar seçilməlidir. — Wealszy (müzakirə) 13:19, 26 mart 2023 (UTC)[cavabla]
@Wealszy aylarla aktiv olmayan inzibatçılar var. aylarla öz hüququndan istifadə etməyən patrul və rolbakerlər var. əlbəttə, vikipediyaya görə heç kəs ödəniş almır, bu, könüllü işdir, heç kəsi məcbur edə bilmərik. amma hər hüququn öz öhdəliyi varda. belə fəaliyyətsizliyə heç nə haqq qazandırmır. mən demirəm ki, adam bir az aktiv olmadı alaq hüququ ondan. azvikidə bu qədər inzibatçı var, bu qədər patrul, rolbak var. gərək bu saya görə belə mövzular heç açılmaya. yeni seçkilərə getməmişdən əvvəl say optimallaşdırılmalıdır. Atakhanli (müzakirə) 14:05, 26 mart 2023 (UTC)[cavabla]
Say aktivliyə təsir göstərmir axı.? Bikar Orxan (müzakirə) 14:22, 26 mart 2023 (UTC)[cavabla]
İstifadəçi gəldi, 4 həftəyə 27 məqalədə 1000 redaktə elədi. Göznən də görürsən ki,redaktə sayı artır. Buna patrul nə eləsin? Bikar Orxan (müzakirə) 14:39, 26 mart 2023 (UTC)[cavabla]
Digər Həmkarları fikrinə qatılıraq demək istəyirəm ki inzibatcıların bir çoxu bir neçə günlərdir ki fəaliyyətsizdir. səs vermə edərək bir neçəsinin hüququnu götürərək, aktif istifadəçilərə verilməsi əla olardı ^ Hersoq01 (müzakirə) 17:41, 26 mart 2023 (UTC)[cavabla]

Şərh  Şərh: İnzibatçılardan hüquqları artıq müvafiq qaydaya əsasən alınmalıdır. Bunun üçün son 6 ayın inzibatçı statistikasını burada paylaşıram. Statistikadan da göründüyü kimi son 6 ayda 300 inzibatçı hüququndan istifadə edilmədiyinə görə bəzi inzibatçılardan hüquq alınmalıdır. — Wealszy (müzakirə) 19:07, 8 aprel 2023 (UTC)[cavabla]

@Wealszy müvafiq qayda rəsmi olaraq qəbul edilmədiyinə görə hüquqlar alınmayacaq. Həmin qaydalara dəyişiklik edib müzakirə-səsvermə başlada bilərsiz. İlkin səsvermədə qəbul olunmayıb. @Atakhanli, @Gadir, @Xeyal, @Sura Shukurlu - inzibatçılığa kim namizədin irəli sürür? Bikar Orxan (müzakirə) 19:23, 8 aprel 2023 (UTC)[cavabla]
@Dr.Wiki54 qaydaları tərtib edən olaraq, sizin də fikrinizi öyrənək. Bikar Orxan (müzakirə) 19:27, 8 aprel 2023 (UTC)[cavabla]
Salam. Təşəkkür edirəm. Mən bir dəfə namizədlik vermişdim, lakin yaxın gələcəkdə belə bir düşüncəm yoxdur, bəlkə də uzun bir müddət ərzində. Hesab edirəm ki, bir müddət aktiv fəaliyyət göstərib, təcrübə toplayıb siz özünüz də namizəd ola bilərsiniz. Digər istifadəçilər barədə fikirlərimi yuxarıda bildirmişəm. @Sura Shukurlu, vaxtilə hüquqdan özü imtina etmişdi və deyəsən o da bu barədə düşünmür, ən azından hələlik. Hörmətlə, Gadir (müzakirə) 22:07, 8 aprel 2023 (UTC)[cavabla]
Aşağıdakı eyniadlı başlıqda da qeyd etmişəm, daha çox məzmun üzrə töhfə vermək niyyətindəyəm. @White Demon, müraciətimə baxa bilərsiz? Gadir (müzakirə) 22:12, 8 aprel 2023 (UTC)[cavabla]

Sürətli silinəcək səhifələr kateqoriyası redaktə

Vikipediya:Sürətli silinəcək səhifələr kateqoriyası fayllar cəhətdən nəzarətsiz qalıb. Kateqoriyada 345 sürətli silinəcək fayl var. Demək olarki çoxunu vaxtı ilə Grenzsoldat etmişdi. Şəkillərə baxırsan "sil" şablonu 5 ay bundan qabağ qoyulub. Zamanında da bunları müzakirə etmişik ki, Grenzsoldat yerli-yersiz bir çox fayllara "sil" şablonu əlavə edib. Yəni bunları çıxarmağın vaxdı gəlməyib? 345 faylın yarısından çoxu Vikipediya üçün lazımlı fayllardır. — 21:48, 25 mart 2023 (UTC) Moses 21:48, 25 mart 2023 (UTC)[cavabla]

Vikipediyaya fayllar lazımlılığa görə yüklənmir, ədalətli istifadəyə uyğun olanda yüklənir. Vaxtım olanda təftiş aparıb uyğun olmayanları siləcəm. WhiteDem✪n 02:53, 26 mart 2023 (UTC)[cavabla]
mən zatən ədalətli istifadədən yanayam, sadəcə "sil" şablonu maksimum 15 gün qala bilər səhifədə. Bu fayllarda 1, 2, 5 ay və s. kimi gedir. — Moses 03:35, 26 mart 2023 (UTC)[cavabla]

"Vətəndaş" sözü redaktə

Salam. İndi və yaxın keçmiş tarixdəki şəxslər üçün bu ifadənin işlənməsi normaldır, ancaq keçmiş dövrdə yaşamış olan bir şəxsə, məsələn, "Vətəndaşlığı: Səfəvi imperiyası" mənə qəribə gəlir. Bu sözü başqa bir sözlə əvəzləyə bilərik? Məsələn, tr viki "bağlılığı" yazır ki, bu söz hazırkı sözdən qatbaqat yaxşıdır deyə düşünürəm. Fikirləriniz nədir? Hörmətlə, Gadir (müzakirə) 23:52, 27 mart 2023 (UTC)[cavabla]

Səfəvi dövləti haqqında vətəndaş yox, təbəə ifadəsindən istifadə etmək daha doğrudur. Təbəəlik bir dövlətə tabe olmaq deməkdir, vətəndaşlıq anlayışından bir az fərqlənir. Elə Osmanlıda da təbəəlik anlayışı olub. Qədim Romada isə vətəndaşlıq. WhiteDem✪n 00:54, 28 mart 2023 (UTC)[cavabla]
Şablonlarda vətəndaşlığı olaraq yazıldığını müşahidə edə bilərik, amma bu doğru deyil. Bəli, qeyd etdiyiniz ifadə Bir dövlətə tabe olan, onun vətəndaşı olan əhali, adam. mənasını verir, lakin bu söz ümumişləkdirmi? Yəni bunu yazmaq olarmı? Lüğətdə mövcud olsa da, bu söz nə qədər ümumişləkdir, tərəddüd edirəm bu məsələdə. Həmçinin ümumi bir söz tapa bilmərik ki, hamısına yazaq. Gadir (müzakirə) 01:11, 28 mart 2023 (UTC)[cavabla]
Niyə deyil ki? Universitetdə konstitusiya dərsində vətəndaşlıq anlayışının tarixini keçəndə təbəəlik sözünə tez-tez rast gəlirdim. WhiteDem✪n 01:53, 28 mart 2023 (UTC)[cavabla]

Ümumiyyətlə, düşünürəm ki, şablonlardan "Vətəndaşlığı" parametrləri çıxarılmalıdır. Həm bu, tam dəqiq anlayış deyil, həm də əksər hallarda ciddi mənbə tələb edir Toghrul R (m) 07:59, 28 mart 2023 (UTC)[cavabla]

@Toghrul R bütün şablonlardan çıxarılmalıdır? — Wealszy (müzakirə) 09:25, 28 mart 2023 (UTC)[cavabla]
@Wealszy məncə, bəli. Mübahisəli parametrdir və heç bir faydalı məlumat vermir Toghrul R (m) 09:31, 28 mart 2023 (UTC)[cavabla]
@Toghrul R bəzi şablonlardan götürülməlidir. Lakin bəzilərində qalmalıdır. Məsələn:Futbolçu şablonunda qalmalıdır — Wealszy (müzakirə) 09:54, 28 mart 2023 (UTC)[cavabla]
@Wealszy heç orada da olmasının əhəmiyyəti yoxdur. Şəxsin vətəndaşlıq alıb-almamasını bilmək olmur. Wikidata-da həmin məlumatlar istinadsız şəkildə yerləşdirilir, bu da məlumatların təhrifinə gətirib çıxarır. Heç enviki-də futbolçu məqalələrində bu barədə məlumat verilmir. Filan yerdə doğulub, filan ölkəni təmsil edir – bu qədər. Toghrul R (m) 10:23, 28 mart 2023 (UTC)[cavabla]

Fikrimcə, "Futbolçu" şablonunda vətəndaşlığı ifadəsini təmsil etdiyi ölkə ilə dəyişsək daha uyğun olar. Hörmətlə: Memmedli Farid 22:01, 1 aprel 2023 (UTC)[cavabla]

Vikidatadan idxal ilə bağlı redaktə

Salam. Şablonlara məlumatların vikidatadan idxalı ilə bağlı nə düşünürsünüz? Məsələn, En və Tr vikidə belə bir praktika yoxdur. Düşünürəm ki, biz də məlumatları şablona əllə daxil etsək daha yaxşı olar, çünki məlumatlar heç də tam idxal edilmir. Bu barədə fikirləriniz nədir? Gadir (müzakirə) 19:01, 29 mart 2023 (UTC)[cavabla]

−  Əleyhinə: salam. idxal olunmayan və ya yanlış idxal olunan (bəzən mükafatlarda bu hal olur) məlumatları əllə daxil etməmə qadağası yoxdur ki? problem yaşayan əllə daxil etsin. ingilis vikisində də, isveç vikisində də baxmayaraq ki, əsasən əllə daxil etmək olur, onlarda da vikidatadan məlumatlar idxal olunur (bununla bağlı şablonları da var). ümumilikdə azviki üçün və şəxsən mənim üçün idxal olunma çox faydalıdır. həm dəqiqlik (mənbə və s. məsələləri), kateqoriyalaşdırma, həm də digər məsələlərdə çox-çox faydalıdır. rus vikisində də belədir. siz düşünürsünüz ki, ləğv edək? Atakhanli (müzakirə) 05:59, 30 mart 2023 (UTC)[cavabla]
Tam daxil edib-etməsinin nə əhəmiyyəti var? Bütün parametrlər dolu olacaq deyə şey yoxdur, nə qədər dolu olsa, yaxşıdır. Boş olmasından yaxşıdır. WhiteDem✪n 07:11, 30 mart 2023 (UTC)[cavabla]
−  Əleyhinə: fikrimcə idxal edilməsi daha yaxşıdır — Wealszy (müzakirə) 10:16, 30 mart 2023 (UTC)[cavabla]
Şərh  Şərh: Qeyd edim ki, trwikidə bu sistemin tətbiq edilməsini istəmişdilər, mən də tətbiq edilməsində iştirak etmişəm. Bu sistemi onlar da müzakirə edib qəbul edəcəklər. Yarımçıq hesab etdiyiniz məlumatları isə əllə şablona daxil edə bilərsiniz, mən də elə edirəm Toghrul R (m) 14:14, 30 mart 2023 (UTC)[cavabla]
Məndən öncə fikir bildirinlərlə şərikəm. — Araz Yaquboglu (müzakirə) 14:37, 30 mart 2023 (UTC)[cavabla]
−  Əleyhinə: idxal olunması işi asanlaşdırır. — Moses 19:52, 30 mart 2023 (UTC)[cavabla]
  • −  Əleyhinə: Hazırda azvikidə mövcud olan məqalələrin böyük əksəriyyəti qaralama halındadır və çoxsunda məqalənin məzmunundan çox məlumat qutusundakı məlumatlar oxuyucular üçün faydalı olur və bu tip məqalələrin böyük əksəriyyətində məzmunla birlikdə məlumat qutusundakı məlumatlar da zamanla güncəllənmir. Qutudakı məlumatların vikiverilənlərdən idxalı nəticəsində isə məqalə azvikidə "unudulsa" belə, oxuyucu məqalədən lazımi məlumatları ala bilir. — surə m 22:45, 30 mart 2023 (UTC)[cavabla]
  • −  Əleyhinə: Fikrimcə məlumatların vikidatadan idxalı işimizi çox asanlaşdırır. Hörmətlə: Memmedli Farid 22:11, 1 aprel 2023 (UTC)[cavabla]

Təklif rədd edildi. Gadir (müzakirə) 09:59, 22 aprel 2023 (UTC)[cavabla]

İl və ədəd səhifələri redaktə

Salam. Təklif edirəm ki, ədəd səhifələrindəki dəqiqləşdirmələri silək və il səhifələrini də məsələn, "1-ci il" bu şəkildə adlandıraq. Düşünürəm ki, ədəd səhifələri üçün qeyd edilən dəqiqləşdirmə lazımsız və il səhifələrinin də bu cür adlandırılması daha dəqiqdir. Hörmətlə, Gadir (müzakirə) 14:35, 29 mart 2023 (UTC)[cavabla]

  1. +  Lehinə: Bu təkliflə razıyam. Adətən il məqalələrinin adı yalnız ədəddən ibarət olduqda həmin məqalənin ilə yox, ədədə aid olduğu haqda təəssürat yaranır. Ədədlərdə də dəqiqləşdirmələr silinməlidir. — Wealszy (müzakirə) 15:12, 29 mart 2023 (UTC)[cavabla]
  2. +  Lehinə: məncə də, bu cür daha doğru olar Toghrul R (m) 15:12, 30 mart 2023 (UTC)[cavabla]
  3. +  Lehinə: yaxşı təklifdir. bu cür daha doğru olduğuna inanıram. Atakhanli (müzakirə) 12:33, 1 aprel 2023 (UTC)[cavabla]
  4. +  Lehinə: Gadir (müzakirə) 18:36, 22 aprel 2023 (UTC)[cavabla]
Şərh  Şərh: ədəd səhifələrində dəqiqləşdirilmələrin silinməsinin tərəfdarıyam. Amma digər vikilərə baxdıqdan sonra hər ikisində dəqiqləşdirmə yazılmalı olduğu qərarına gəldim. İllərlə bağlı eramızdan əvvəl, eramız kimi dəqiqləşdirmələr də qeyd oluna bilər.(eramızdan əvvəl yazılıb, eramız yazılmıyıb) Bikar Orxan (müzakirə) 05:55, 15 aprel 2023 (UTC)[cavabla]

Şərh  Şərh: White Demon, Eldarado, Solavirum, Bikar Orxan zəhmət olmasa mövzu ilə bağlı fikirlərinizi bildirin. — Wealszy (müzakirə) 03:33, 15 aprel 2023 (UTC)[cavabla]

Niyə görə "1 (il)" yox, "1-ci il"? WhiteDem✪n 04:16, 15 aprel 2023 (UTC)[cavabla]
−  Əleyhinə: ötən illərdə 1-ci il kimi idi səhifələr. Nə qədər redaktələr edib məqalələrdə hamsını indiki vəziyyətə saldıq. Ən çox da Sortilegus gördü o işləri. İndi yenidən o vəziyyətə qayıtmağa lüzum görmürəm. — Araz Yaquboglu (müzakirə) 04:23, 15 aprel 2023 (UTC)[cavabla]
@Araz Yaquboglu, ümumi müzakirə olunub? Keçid atın, zəhmət olmasa. Fikrimcə, təklif edilən kimi olması daha yaxşıdır. Mənimlə bərabər 3 istifadəçi də bunu dəstəkləyir. Məsələn, mən oxucuların götürüb də 1 yazıb 1-ci il axtaracaqlarını sanmıram, ədəd axtarar onlar. Gadir (müzakirə) 18:35, 22 aprel 2023 (UTC)[cavabla]
−  Əleyhinə: Məncə, "1 (il)" kimi olsa yaxşıdır. --► Hörmətlə: SolaVirum 19:00, 22 aprel 2023 (UTC)[cavabla]
Solavirum, deyəsən mexaniki səhv etmisiniz şablon istifadəsində. Biz də elə sizin kimi deyirik, ədədlərdə dəqiqləşdirmə lazım deyil. Gadir (müzakirə) 22:57, 22 aprel 2023 (UTC)[cavabla]
@Atakhanli, həmkar, nə qərar veririk bu haqda? Gadir (müzakirə) 19:43, 17 may 2023 (UTC)[cavabla]
@Gadir belə ciddi dəyişiklik üçün məncə müzakirəyə qoşulan istifadəçi sayı çox azdır. gözləməkdə fayda var. Araz bəyin bildirdiyi fikri də maraqlıdır. Konsensus yoxdur hələki. Atakhanli (müzakirə) 11:22, 18 may 2023 (UTC)[cavabla]
Konsensus üçün yetərli olduğunu hesab edirəm. Gadir (müzakirə) 00:10, 23 may 2023 (UTC)[cavabla]
−  Əleyhinə:Bu məsələni bir vaxtlar müzakirə eləmişdik, amma lap çoxdan. Niyə bu cür adlandırmanı saxladıq, konkret onu yazım. Məsələn, deyək ki, 1980 - sizcə, azvikidə rəqəm olaraq "1980" rəqəminə neçə daxili keçid ola bilər və il olaraq "1980-ci il"ə nə qədər daxili keçid ola bilər? Əgər 100 keçid varsa yəqin ki, onun 99-u 1980-ci il məqaləsinədi. Çünki vikipediyalarda rəqəmlərə daxili keçid qoymaq ənənəsi yoxdur. Lap əgər bir məqalədə kimsə, məsələn, "Xəzər dənizində 1980 növ canlı yaşayır" yazırsa - burada 1980-ə rəqəm olaraq daxili keçid qoymaq məntiqsizdir. Ona görə də şəkilçisiz variantı rəqəm yox, il olaraq saxladıq. Bu digər 100 vikipediyadan 95-də belədir. Məsələn, ruslar "1980 год" yazırlar, o rus vikisinə xas bir xüsusiyyətdir. Nə bilim, şəxslərdə familiyanı da addan qabaq yazırlar, familiyadan sonra vergül qoyub ad və ata adı yazırlar. Yəni elə spesifik şeyləri bizim vikidə tətbiq etməyə ehtiyac yoxdur. İkincisi də rus "1980 год" yazanda ili bildirən rəqəm şəkilçisiz olur. Biz məqalənin adını "1980 il" yaza bilməyəcəyik. Bu Azərbaycan dilində "1980 dənə il" anlamına gəlir. Rusda o mənanı vermir. Bir də əgər "1980-ci il" variantını qəbul etsək, nəzərə almalıyıq ki, bizim azərbaycandilli redaktorların ən çox qrammatik səhvlərindən biri də "cı-ci-cu-cü" şəkilçisinin əlavə edilməsi ilə bağlıdır. Biri yazacaq "1980-cı il" ("min doqquz yüz həştadın il"), o biri yazacaq "1980-ci il" ("min doqquz yüz səksəninci il"), elə "3-cü", "3-ci" və s. çox belə səhvlər olacaq. Hamısı yanlış daxili keçidlər verəcək, "3-cü il" məqaləsi ola-ola təcrübəsiz bir redaktor baxacaq ki, "3-ci il" məqaləsi qırmızıdır, onu yaradacaq. Yəni bütün bu problemləri və digər vikipediyaların təcrübələrini nəzərə alıb əsas rəqəmi illərə keçid olaraq saxladıq.— Sortilegus (müzakirə) 20:09, 23 may 2023 (UTC)[cavabla]
@Sortilegus, illərə də keçid verilmir heç. 100-ə qədər ədəd sözünü silsək yaxşı olar. 101-dən başlayıb qeyd edərik. Nəzərə alsaq ki, hər il üçün ayrıca məqalə yoxdur və buna heç gərək də yoxdur. İngilis dilində hamısı müvafiq olaraq yuvarlaq ədədlərə istiqamətləndirilir və orada 100-ə qədər düz verilib. 1980 falan qalsın, razıyam, amma 100-ə qədər, (əslində 1000-ə qədər) ağla ədədlər gəlir daha çox. Keçiddən ziyadə bu, oxucuların nə axtardığı önəmlidir. Nəticə olaraq 100-ə qədər ədədsiz yazılmasını təklif edirəm. İllər üçün isə 100-cü il və ya 100 (il) şəklində yazıla bilər. Gadir (müzakirə) 12:25, 24 may 2023 (UTC)[cavabla]
Gadir 100-ə qədər bir cür, yüzdən sonra başqa cür eləsək qarışıqlıq yaranacaq. Konkret bir standart olmalıdır. — Sortilegus (müzakirə) 00:46, 25 may 2023 (UTC)[cavabla]
@Sortilegus, ingilis dil bölməsində bu, belədir və heç bir problem yaratmır. Gadir (müzakirə) 02:50, 25 may 2023 (UTC)[cavabla]
@Atakhanli, @Toghrul R, @White Demon, bu başlığı da bağlayıb arxivləşdirə bilərsiniz. Konsensus yoxdur, olmadı başqa vaxt yenidən müzakirə edərik. Gadir (müzakirə) 13:30, 18 iyun 2023 (UTC)[cavabla]
Hə Y Şiroi Akuma 14:13, 18 iyun 2023 (UTC)[cavabla]

Saytda 128 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024