Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb
Bütün Aforizmlər
• Kim özündə yazıçılığa bir qabiliyyət hiss edirsə, deməli, söz musiqisinə, sadəlik sənətinə və sevgi sehrinə malikdir. (Cübran)
• Kim deyib ki, ən böyük eşqlər nifrətlə başlar? Mənim ən böyük nifrətim eşqlə başladı. (Kiçik İsgəndər)
• Kişi olmaq alın yazısı olsa da, adam olmaq hər kişiyə nəsib olmur. (Kiçik İsgəndər)
• Kişini təhlükə hər yerdə gözləyir, qadını isə sevgidə. (Aqata Kristi)
• Keyfiyyətli olan gitaralar deyil, onları istifadə edənlərdir. (Ceyms Hetfild)
• Keçmiş – insan nəfsinin vətənidir. (Heyne)
• Kişi ya da qadın, ikisi də birinin canını yandıra bilər, amma bir qadının canı yananda, bir kişinin başı bəlaya girmək üzrədir. (Pol Oster)
• Kim olursa olsun, əldə edə bilmədiyini pislər. Kişi ya da qadın; Çata bilmədiklərini ya qısqanar ya da sevər.. (Pol Oster)
• Kim yeməkdən əvvəl və sonra əllərini yusa həmin yeməyin əvvəlində və axırında ona bərəkət verilər və nə qədər ki, sağdır rifah halında yaşayar və cismani xəstəlikdən amanda qalar. (Cəfər Sadiq)
• Kişi arvadının söyləmədiyi hər sözcüyü anladığı andan etibarən həqiqətən evlidir. (Alfred Hiçkok)
• Kütləni heyran etmək üçün onu həmişə müəyyən məsafədə saxlamaq lazımdır. (Q.Lebon)
• Kapitalistləri asdığımızda, kəndirləri bizə onlar satacaqlar. (İosif Stalin)
• Kim ki, elm öyrənib tətbiq etmir, yeri əkib becərən, amma məhsulundan istifadə etməyən adama bənzəyir. (Nəvai)
• Korların ölkəsində, tək gözlü insan kral olur. (Rotterdamlı Erazm)
• Kiçikkən heyvanlarla danışa bilsəm nə maraqlı olardı deyə düşünərdim.Məgər illərdir ünsiyyət qura bildiyim bir çox heyvan varmış. (Özdəmir Asaf)
• Kimdi gedən, kimdi qalan? Əslində gedən deyil, qalandır tərk edən, gedən də buna görə getmişdir zatən. (Murathan Mungan)
• Kiçik işlərdə həddən artıq canfəşanlıq edənlər böyük işlərə yaramırlar. (Fransua de Laroşfuko)
• Kiçik qüsurlarımızı etiraf edişimiz, böyük qüsurlarımız olmadığına hər kəsi inandırmaq üçündür. (Fransua de Laroşfuko)
• Kinimiz böyüdükcə, kin saxladığımız kimsədən daha kiçilərik. (Fransua de Laroşfuko)
• Kimsə kimsəni razılığı olmadan idarə edə bilməz. (Avraam Linkoln)
• Kişilər azad və bərabər olaraq doğularlar, ancaq daha sonra bəziləri evlənər. (Anton Çexov)
• Keçilməsi mümkün olmayan heç bir divar yoxdur. (Anton Çexov)
• Keçmiş bir fəlakətə kədərlənmək bir yenisini dəvət etmənin ən əmin yoludur. (Uilyam Şekspir)
• Keçmiş bir dost üçün şikayətlənmək yeni dərdlər əldə etməkdir. (Uilyam Şekspir)
• Kiməsə bağlanma hissi qarşılıqlı olmaya bilər, amma dostluqda - əsla. (Jan Jak Russo)
• Kitab insanları yalnız onların başa düşmədikləri şeylər haqqında danışmağı öyrədir. (Jan Jak Russo)
• Kainatda təsadüfə rast gəlinməz. (Sokrat)
• Kimsəyə heç bir şey öyrədə bilmərəm yalnız onların düşünmələrini təmin edə bilərəm. (Sokrat)
• Kim ki bilir, axtarmasına ehtiyac yoxdur, çünki o artıq bilir. Amma kim ki, bilmir, onun da axtarması mümkün deyil, çünki nə axtardığını bilmir. (Sokrat)
• Kişi evin beyni, qadın isə ürəyidir. (Volter)
• Kasıblıq yox, nifrətdir dözülməz olan. Mən heç nəsiz yaşaya bilərəm, amma bunun kiminsə bilməsini istəmərəm. (Volter)
• Keçmişini bilməyən bu gününü anlaya bilməz və sabahını qura bilməz. (Barış Manço)
• Könülün hökmü altında olan ağıl – ilahi; hökmü altında olmayan ağıl isə – şeytanidir. (Məhəmməd İqbal)
• Kimsə sənə azadlığını verməz. Kimsə sənə bərabərliyi, ədaləti və başqa heç bir şeyi verməz. Əgər həqiqətən adamsansa, bunları özün alarsan! (Malkolm X)
• Kim səni özündən daha çox aldatdı? (Bencamin Franklin)
• Kim Bilİr.. Nağılınızın qəhrəmanı, başqa bir hekayənin fiquranı olmağa getmişdir bəlkə də. (Nazim Hikmət)
• Kimin ki, həm zikri, həm biliyi var, o, həqiqətən, Nirvanaya yaxındır. (Dhammapada)
• Kainatın əfəndisi insan ruhudur. (Əhməd Hamdi Tanpınar)
• Kim ana qəlbinin telini qırar Tanrının qəzəbi belini qırar. Sənin arsızlığın-xəyanət ona, Vüqarın, təmkinin dəyanət ona. (M. Bahar)
• Kimin ki, 20 yaşı var və hələ sosialist deyil - onun ürəyi yoxdur. Kimin ki, 40 yaşı var və hələ sosialist olaraq qalır - onun ağlı yoxdur. (Uinston Çörçill)
• Kim xoşbəxt olanda onu qiymətləndirmirsə, o, bədbəxtliyə yaxınlaşır. (İbn Sina)
• Kainatın ruhu həqiqətdir. (İbn Sina)
• Kişilər ağlamaz. Çünki heç bir qadın bir sevdiyini ağladacaq qədər heyvanlaşmaz. (Can Yücəl)
• Kim səndən qorxursa, qıl ondan həzər Olsan da yüz elə şəxsə bərabər. (Sədi Şirazi)
• Kim müsibət günü istər ona bir yar olsun De ki, xoş gündə özü xalqa havadar olsun. (Sədi Şirazi)
• Kəmərə qızıl taxıb qul kimi durmaqdansa, yavan çörək yeyib öz evində ağa kimi oturmaq yaxşıdır. (Sədi Şirazi)
• Keylik hər şeydən daha ədəbsizdir. (Henri Miller)
• Kim məsləhətləşsə peşman olmaz və kim də orta həddi gözləsə, yoxsul olmaz. (Mühəmməd peyğəmbər (SƏS))
• Kitabı müəllif, onun aqibətini isə cəmiyyət yaradır. (Viktor Hüqo)
• Kasıblıq, insanın sözdə Dostlarını uzaqlaşdırır. (Viktor Hüqo)
• Kainatın kitabı riyaziyyat diliylə yazılmışdır. (Qalileo Qaliley)
• Kəpənək kimi uçaram, arı kimi soxaram. (Məhəmməd Əli)
• Kainat nə qədər böyük və onun müxtəlifliyi nə qədər çox olsa da, o hər şeyi ehtiva edən ilahi bir qüvvənin sayəsində vəhdətdədir. Onun sayəsində bütün bu dünya ilahiləşir. (Plotin)
• Kimin inamı zəifdirsə, o başqalarını da inandıra bilməz. (Lao-tszı)
• Kim ki düşünür - o hər şeyi dərk edir, deməli, heç bir şeyi bilmir! (Lao-tszı)
• Kədər ağıllı adamların müəllimidir. (Corc Bayron)
• Kimsə bilsin istəmirəm ürəyimin qırıldığını. Və buna görə hər kəsdən gizləyirəm; Üzüm gülərkən içimin ağladığını. (Sunay Akın)
• Kədərlənmə getdi deyə, bu ilin dəbi belədi! 3 gün sevər sonra bezər, sənin axtardığın Əsli ilə Kərəm 21. əsrdə nə gəzər?! (Sunay Akın)
• Kəmiyyət o vaxt maksimum və ya minimum adlanır ki, o, bu anda nə irəliyə, nə də geriyə axır. (İsaak Nyuton)
• Kral da, dilənçi də eyni iştahla acırlar. (Mişel de Monten)
• Kim şöhrətpərəstlik xəstəliynə tutulmişsa, onun bütün ömrü iztirablarla zəhərlənmişdir. (Mişel de Monten)
• Kasıblıq içində ikən xoşbəxt günləri xatırlamaq qədər ağrılı bir şey yoxdur. (Dante Aligyeri)
• Kainat Allahın fikridir. (Fridrix Şiller)
• Kiməsə yaxşılıq etməyə çalış. Çox keçmədən onun məmnuniyyətlə parlayan üzündən necə iyrəndiyini görəcəksən. (Çezare Paveze)
• Kökünü bəyənməyən budaq və budağını bəyənməyən meyvə yetkinləşmədən çürüyər. (Nəcib Fazil Qısakürək)
• Kimə yar dediksə; O yar açdı yaranı.. Aydındır ki, gerçək sevənimiz yoxdur, Allahdan başqa! (Nəcib Fazil Qısakürək)
• Kaş ki, mən Allah sözündən başqa, ağzından tək söz belə çıxardamayan bir dilsiz olsaydım! (Nəcib Fazil Qısakürək)
• Kimnənsə ağıl alacaq qədər dəli deyiləm. Məncə sən ağıl vermədən əvvəl, geri qalanının sənə çatıb çatmayacağını hesabla. (Bob Dilan)
• Kim ki, milyonları axtarır, onları nadir hallarda tapır, kim ki, axtarmır, heç zaman tapmır. (Onore de Balzak)
• Kədərin ən yaxşı dərmanı səbrdir. Ona görə də mən həmişə səbr köynəyini geyinirəm. (Lüdviq van Bethoven)
• Külək od üçün nədirsə, ayrılıq da məhəbbət üçün odur: zəif hissləri söndürür, güclü hissləri isə üfürüb daha da alışdırır. (A.İ.Kuprin)
• Kütlənin istəkləri tez bir zamanda həyata keçməyəndə inqilab öz ətaləti ilə yeni hakimiyyətə gələnləri vurub yıxır. (Tur Xander)
• Kəşf özü faydalı olsa da, onun eyforiyası ziyan gətirir. (Tur Xander)
• Klassik qadınlar klassik poeziyaya, modern qadınlar isə modern poeziyaya bənzəyirlər. (Tur Xander)
• Keçmiş indinin virtual məkanıdır. (Tur Xander)
• Keçmiş ya ancaq salnamələrdə, yaddaşlarda qalıb tarixə daxil olur, ya da indinin strukturuna daxil olmaqla yaşamaqda davam edir. (Tur Xander)
• Kömürün küldən fərqi canında hələ də yanmaq potensialının qalmasıdır. (Tur Xander)
• Kim onu tanıyan adam qarşısında lovğalanırsa, özünün gülüş hədəfinə çevirir. (Ezop)
• Kainat hədisdir. (Əbu Hamid əl-Qəzali)
• Kainatda ən bol şey, hidrogen və axmaqlıqdır. (Frenk Zappa)
• Kim nə deyirsə desə desin, tək bir gerçəyi vardır eşqin; Qarşındakının adam olub olmadığını, aşiqkən deyil ayrılarkən anlarsan. (Ece Ayhan)
• Kim Allahdan bağışlamaq dilərsə və yenə də günah iş görərsə, Allahına rişxənd edən kimidir. (İmam Rza)
• Kimdə olursa olsun, azca səmimiyyət bir müvəffəqiyyət üçün köməkçi ola bilər. (Fətullah Gülən)
• Könülün öz qanunları var; ağıl onları bilmir. (Blez Paskal)
• Kitablarım, onları yazarkən içdiyim tütünün belə pulunu qarşılamadı. (Karl Marks)
• Kapitalist istehsalın ən böyük maneəsi, sərmayənin də özüdür. (Karl Marks)
• Kapitalizm kölgəsini sata bilmədiyi ağacı kəsər. (Karl Marks)
• Keçmiş haqqında söz salatı edənlər həmişə qəhrəman olur. Gələcək üçün döyüşənlər isə bir heç. Mənim bundan sonra heç olmağa niyyətim yoxdur. (Corc Uoker Buş)
• Keçmişin təhlükəsi əsir olmaq idi, gələcəyin təhlükəsi isə robot olmaq. (Erix Fromm)
• Kamalizm, keçmişin gözətçiliyi deyil gələcəyin liderliyidir. (Əhməd Tanər Qışlalı)
• Kim ki, heç vaxt uşaq olmayıb, heç vaxt böyük də olmayacaq. (Çarli Çaplin)
• Kütlənin duyğusu onun təxəyyülüdür. Bununla, istənilən vaxtda o sakitcə idarə edə bilər. (Edqar Allan Po)
• Kitabxanalar insanlığın tək etibarlı və qalıcı olan yaddaşıdır. (Artur Şopenhauer)
• Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur. (Heydər Əliyev)
• Kiçikliyində, məktəb illərində yoldaşları tez-tez Napolyonun boyu balaca olduğu üçün ələ salardılar. (Napoleon Bonapart)
• Kvant nəzəriyyəsi haqqında adi dildə danışmaq çox çətindir. Nəzəriyyədə istifadə olunmuş riyazi simvolları hansı sözlərlə əvəzləməyin mümkünlüyünü anlaya bilmirəm. Yalnız bir şey aydındır: Adi dil anlayışı atomun quruluşunu təsvir etməyə yaramır. (Verner Heyzenberq)
• Kasıba kömək edən, Tanrıya borc vermiş kimidir. (Alfred De Viqni)
• Kamil bir palançı olsa da insan, Yaxşıdır yarımçıq yüz papaqçıdan. (Nizami Gəncəvi)
• Kim aşiq olubsa, özünün çatışmayan parçalarını axtarır. Buna görə aşiq məşuqunu düşündükcə əzab çəkir. Eynilə uzun zaman görmədiyin birinin otağına girərkən xatırladığın xatirələr kimidir. (Haruki Murakami)
• Kişi bir sənəti bilər xalis, Çoxuna meyl edən qalar naqis. (Seyid Əzim)
• Kədər gələndə özü-özünün qayğısına qalır.Sevincin bütün dərinliyini yaşamaq üçünsə gərək onu kimləsə bölüşəsən. (Mark Tven)
• Kainat mənə bir həyat borcludur, deyərək ortalıqlarda gəzməyin. O, sizə heç bir şey borclu deyil. (Mark Tven)
• Kişini maraqlandıran başqalarının onun haqqında nə düşündükləri, qadını maraqlandıran isə – başqalarının onun haqqında nə söylədikləridir. (Hippel)
• Kitablar beyinin uşaqlarıdır. (Conatan Svift)
• Kral hökm edər, idarə etməz. (Otto fon Bismark)
• Kifayət qədər diqqətli olub dostlarımızın yalnız bizə uyğun tərəfləri ilə maraqlansaq və geri qalan tərəfləri ilə maraqlanmasaq, dostluqlar daha dayanıqlı və daha davamlı olardı. (İohann Volfqanq Göte)
• Kompasın sənə doğru yol göstərməsinimi istiyirsən, elə isə onu yanındakı maqnitlərdən qoru. (İohann Volfqanq Göte)
• Kişilər qocalır, qadınlarsa dəyişir. (İohann Volfqanq Göte)
• Kim özgə dili ilə tanış deyilsə, öz dili haqqında da heç nə bilmir. (İohann Volfqanq Göte)
• Köynəyin ilk düyməsi səhv düymələnsə digərləri də səhv gedər. (Cordano Bruno)
• Kişi həmişə uşaqdı, hətta böyüsə belə əlində hakimiyyət tutmuş uşaqdı. (Jorj Sand)
• Keçmişini unudan onu təzədən yaşamağa məhkumdur. (Santayana)
• Kaş onlar məni olduğum kimi qəbul edələr. (Vinsent van Qoq)
• Kin saxlamaq yanan bir kömür parçasını başqasına atmaq üçün əlinə almaq kimidir. Yalnız özünü yandırarsan (Qautama Budda)
• Keçmişdə kim olduğunu bilmək istəyirsənsə, bu an kim olduğuna bax. Kim olacağını bilmək istəyirsənsə, nə etdiyinə bax. (Qautama Budda)
• Kollektiv öz rəhbərinə oxşayır. (Deyl Karnegi)
• Keçmişi olmayan xalqın gələcəyi də yoxdur. (Oljas Süleymenov)
• Kamil insan gözəl söz söyləyə bilən insan deyil, söylədiyini edən və edə bildiyini söyləyən insandır. (Konfutsi)
• Kainatda boşluqlar yox, gizlinlər var; nə vaxtsa işıqlansa, xəzinələr bəlli olacaq. (Əbu Turxan)
• Kimsə deyib ki, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Lakin çox gəzənlərin çoxu könül evindən bixəbər qalıblar. (Əbu Turxan)
• Keçmişi dəyişmək olmaz, deyirlər; amma biz dəyişdikcə keçmiş sanki dəyişir və qarşımızda hər dəfə yeni bir keçmiş canlanır. (Əbu Turxan)
• Kimlərsə yaşadığı yeri gözəlləşdirmək üçün tər tökür, kimlərsə sadəcə gözəl yerə köçür. (Əbu Turxan)
• Kim ki, yeni dostları köhnələri itirmək hesabına qazanır, onun həqiqi dostu heç vaxt olmayacaq. (Əbu Turxan)
• Kol kola söykənibdir, Gülsə tikan üstədir. Yaxşılar ayrı düşüb, Yamanlarsa dəstədir. (Əbu Turxan)
• Kütlə yalnız öz həqiqi lideri ilə birləşəndə xalqa çevrilir. (Əbu Turxan)
• Kişilər elmi, qadınlar poeziyanı xatırladır. (Əbu Turxan)
• Kimə aşiq olmaq adamın iradəsindən asılı deyil, amma səviyyəsindən asılıdır. (Əbu Turxan)
• Kainatın insan dünyasında tutduğu yer bəzən insanın kainatda tutduğu yerdən də kiçik olur. (Əbu Turxan)
• Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar. (Əbu Turxan)
• Kədər eşqin astarıdır. (Əbu Turxan)
• Kitab ol, hamıya açılma; qoy səni ancaq anlayanlar oxusun! (Əbu Turxan)
• Kürənin görünən tərəfi onun səthidir, yəni mərkəzdən ən uzaq nöqtələrdir. Ən mərkəzi nöqtə isə onun həm də ən qaranlıq və məchul nöqtəsi olur. (Əbu Turxan)
• Kənardan qəbul etdirilən bir əhval uzunömürlü ola bilməz. Əsas olan real həyatın insana təlqin etdiyi əhvaldır. (Əbu Turxan)
• Kütlə əvvəl ayağa qalxır, nə istədiyini sonra düşünür. (Əbu Turxan)
• Keçmişimizin izlərini tarixin qaranlıqlarında deyil, bu günümüzün iç qatında axtarmalıyıq. (Əbu Turxan)
• Kütləni yönəldən ideya olmayanda onun inqilabçılığı dağıdıcı olur. (Əbu Turxan)
• Kişi də, qadın da tək qanadla yaranır. Pərvazlanıb uçmaq üçün qanadların qoşalaşması lazımdır. (Əbu Turxan)
• Klassik oxucu sənətkarın yazdığını onun özündən daha yaxşı başa düşə biləndir. (Əbu Turxan)
• Kiçik işlər üçün kiçik adamlar var. (Əbu Turxan)
• Kiminsə əllərində qalxmaq hələ yüksəlmək deyil; əsl yüksəliş ayağı yerdən üzülmədən yüksəlməkdir. (Əbu Turxan)
• Klassiklər müxtəlif xalqları və millətləri bir araya gətirən ümumbəşəri məbədin sütunlarıdır. (Əbu Turxan)
• Klassiklər keçmişlə bu gün arasında körpüdürlər. (Əbu Turxan)
• Kor bucaq düzə çatdığı məqamı görməyib ondan o tərəfə keçir. (Əbu Turxan)
• Kəşfiyyat yaxşı işləməyəndə düşmən gücündən xəbərsiz olursan. Amma ən pisi öz gücünü düzgün dəyərləndirə bilməməkdir. (Əbu Turxan)
• Keçmiş – xatirələrdə, gələcək isə xəyallarda yaşayır. (Əbu Turxan)
• Kin adamı kifirləşdirir. (Əbu Turxan)
• Kiminsə xoşbəxtliyinin arxasında kiminsə fədakarlığı durur. (Əbu Turxan)
• Kim güclüdürsə, o, haqlıdır fəlsəfəsi ilə kim haqlıdırsa, o, güclüdür fəlsəfəsi iki əks qütbdür. Gerçək həyat bu qütblərin arasındadır. (Əbu Turxan)
• Kölgəni yox edə bilmək üçün Günəş öz zirvəsinə qalxmalıdır. (Əbu Turxan)
• Kiçik planlar böyük planlardan kənarda yox, onların tərkib hissəsi kimi qurulmalıdır. (Əbu Turxan)
• Kasıb insan. Kasıb bəşəriyyət. (Uilyam Folkner)
• Kişi üçün hər şeyin əslində necə olduğu önəmlidir. Qadın üçün isə önəmli olan hər şeyin necə təqdim olunması və zahirən uyğun gəlməsidir. (Uilyam Folkner)
• Kimin rastına yaxşı kürəkən çıxıbsa, o, yaxşı oğul qazanıb, pis kürəkən çıxıbsa, qızını da itirib. (Demokrit)
• Kitab dövrümüzün həyatıdır.Hamının-qocanın,cavanın,iş adamının,işi olmayanın da, habelə uşaqlrın da ona ehtiyacı var. (Vissarion Belinski)
• Kitab insanda görmədiyim, bilmədiyim cəhətləri mənə sübut etmək qüdrətinə malikdir. (Maksim Qorki)
• Kasıb adamlar gözəl olur, lakin varlılar daha güclüdürlər. (Maksim Qorki)
• Kiçik ikən anama qəbiristanlıqdan qorxuram deyəndə "ölüdən yox, diridən qorx" demişdi. Zamanla anladım ki; anam yenə haqlıydı. (Camal Sürəya)
• Kaş uşaq olsam yenidən... Bir tək düşdüyüm üçün ağrısa içim... Və ürəyim; çox qaçdığım zaman döyünsə sadəcə. (Camal Sürəya)
• Kaş ki belə etsəydim bəlkə sevərdi demə. O sənin üçün nə etdi də sevdin sanki? Ağıl işi deyil, könül sevdimi gerisi bəhanə. (Camal Sürəya)
• Kim deyir ki, eşq uğruna ölmək çətindir? Uğruna ölünəcək eşq tapmaq çətindir. (Camal Sürəya)
• Kölgənə bax, məni anlamaq istəyirsənsə; O qədər yaxın, amma sənə əsla toxuna bilməyən. (Camal Sürəya)
• Kişi Hər Cür Yazılar, Qadın isə Pulu Görüncə Yazılar. (Milan Kundera)
• Kişi Xoşlandıqdan Sonra Tanıyar, Qadın Tanıdıqca Xoşlanar. (Milan Kundera)
• Komaların bədbəxt olduğu yerdə saraylar təhlükəsizlikdə ola bilməz. (Benjamin Dizraeli)
• Kişi ya da qadın ikisinin də bildikləri doğrudur; amma qadının təxmin etdiyi hər şey, kişinin əmin olduğu şeydən daha doğrudur. (Bob Marli)
• Kim bu cənnət vətənin uğrunda olmaz ki fəda? Şühəda fışqıracaq torpağı sıxsan, şühəda! Canı, cananı, bütün varımı alsın bu xuda, Etməsin tək vətənimdən məni dünyada cüda. (Mehmet Akif Ərsoy)
• Kül təpəcik olmaz. (Dədə Qorqud)
• Kədər, bəzən möhtəşəmdir... (Emi Li)
• Kamil insan bu dəyişkən dünyaya nikbin nəzərlərlə baxır və onu olduğu kimi qəbul edir. Hətta köhnə adət və ənənələrin müasirliyə uyğun gəlmədiyini görsə belə, onlara hörmətlə yanaşır. (Nikola Şamfor)
• Kişi özgəsinin sirrini öz sirrindən yaxşı saxlayır, qadın isə yalnız öz sirrini saxlaya bilir. (Jan de Labrüyer)
• Kiçik işlərdə də böyük olmaq lazımdır. (Andre Morua)