"İş" haqqında aforizmlər

"İş" haqqında aforizmlər


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"İş" haqqında aforizmlər

  • • Alın yazısını ancaq alın təri ilə yumaq mümkündür. (Cübran)
  • • Başlama, başladınsa, başa çatdır. (Əbu Turxan)
  • • Bir bütöv iş yüz yarımçıqdan üstündür. (Əbu Turxan)
  • • Bir elm öyrənmək istədikdə sən
    Çalış ki, hər şeyi kamil biləsən
    Kamil bir palançı olsa da insan
    Yaxşıdır yarımçıq papaqçılıqdan. (Nizami Gəncəvi)
  • • Bizdən qabaqdadır avropalılar,
    İşi iş bilənə tapşırır onlar. (Şəhriyar)
  • • Böyük iş kiçik işlərin toplanmasından yaranmır. Böyük iş üçün böyük ideya lazımdır. (Əbu Turxan)
  • • Böyük işləri vəd vermədən həyata keçirin. (Pifaqor)
  • • Böyük məqsədə çata bilmək üçün kiçik məqsədlərdən imtina etməyi bacarmaq lazımdır. (Əbu Turxan)
  • • Bu gün keçmiş nəsillərin gördükləri böyük işlər əvvəllər bir insanın ağlında gizli yaranan bir fikir olub. (Cübran)
  • • Çalışmayana Allah da yardım etməz. (Sofokl)
  • • Çətin iş vaxtında etmədiyimiz asan işlərin üst-üstə yığılması ilə meydana gəlir. (Jan Jak Russo)
  • • Darıxma iş görünsə bir qaranlıq quyuda
    Çünki qaranlıqdadır o dirilik suyu da. (Sədi Şirazi)
  • • Dünyada heç bir böyük iş ehtirassız görülə bilməz. (Georq Vilhelm Fridrix Hegel)
  • • Düşüncə və zəhmətin barı tez yetişmir. (Vovenarq)
  • • Düzgün yol məqsədə çatmaq üçün ən yaxın yoldur. (Nəsirəddin Tusi)
  • • Əgər səhv etməsəydim, çox az iş görə bilərdim. (Qabriel Marsel)
  • • Ehtiyatlı olmaq gözəl bir şeydir, lakin bilmək lazımdır ki, hətta tısbağa belə irəli getməyi üçün başını möhkəm çanağının içindən çıxartmaq məcburiyyəti qarşısındadır. (Rövşən Abdullaoğlu)
  • • Əlindən iş gələn – iş görür, iş gəlməyən – başqalarını öyrədir. (Corc Bernard Şou)
  • • Əlinə tikan batmadan qızıl gül toplaya bilməzsən. (Bencamin Franklin)
  • • Ən böyük çətinliklər onları gözləmədiyimiz yerdən çıxır. (İohann Volfqanq Göte)
  • • Ən ləng insan da, əgər məqsədli iş görürsə, məqsədsiz dolaşan insandan daha cəld gedir. (Doris Lessinq)
  • • Ən pis memar ən yaxşı arıdan onunla fərqlənir ki, mumdan pətək hazırlamamışdan öncə o onu öz beynində artıq hazırlayıb. (Karl Marks)
  • • Ən şirin meyvə öz zəhmətimizin meyvəsidir. (Vovenarq)
  • • Eyni nəticəyə müxtəlif yollarla gəlmək olar. Məharət bu yolların ən qısasını seçə bilməkdədir. (Əbu Turxan)
  • • Gözüaçıq olmayan insanlar məqsədə çatmayan yox, ondan yan keçən insanlardır. (Fransua de Laroşfuko)
  • • Hədəfə yaxınlaşdıqca çətinliklər artar. (İohann Volfqanq Göte)
  • • Hər hansı bir məqsədə ciddi can atmaq ona nail olmağın yarısıdır. (Humboldt)
  • • Hər hansı iş hərəkətsizlikdən yaxşıdır. (Demokrit)
  • • Hər işin canı axıra çatdırılmağındadır. (Çingiz xan)
  • • Hər ümidsiz işdə xeyli ümid var,
    Qaranlıq gecədən ağ səhər doğar. (Nizami Gəncəvi)
  • • Heyrətlənmək üçün bir an kifayətdir; heyrətamiz bir iş görmək üçün isə illər lazımdır. (Helvetsi)
  • • İlk başlanğıc əməldir, işdir. (İohann Volfqanq Göte)
  • • İnsan işlərini tamamlamaq barədə dara düşəndə yox, genişlikdə düşünməlidir. (Əbu Turxan)
  • • İnsan özünə əyləncə və məşğuliyyət tapa bilməyəndə, başqalarını əyləndirməyə başlayır. (Vovenarq)
  • • İş bekarçılıqdan gələn nöqsanları aradan qaldırır. (Kiçik Seneka)
  • • İş iki gözlə görülməlidir; biri ayağın altını seçməli, o biri həmişə hədəfə baxmalıdır. (Əbu Turxan)
  • • İşgüzar adamlar işdən çox, işsizlikdən yorulurlar. (Vovenarq)
  • • Kamil bir palançı olsa da insan,
    Yaxşıdır yarımçıq yüz papaqçıdan. (Nizami Gəncəvi)
  • • Kiçik işlərdə də böyük olmaq lazımdır. (Andre Morua)
  • • Kiçik işlərdə həddən artıq canfəşanlıq edənlər böyük işlərə yaramırlar. (Fransua de Laroşfuko)
  • • Kiçik planlar böyük planlardan kənarda yox, onların tərkib hissəsi kimi qurulmalıdır. (Əbu Turxan)
  • • Kişi bir sənəti bilər xalis,
    Çoxuna meyl edən qalar naqis. (Seyid Əzim)
  • • Mən işləməyi özüm üçün həm də əyləncə sayıram. (Tomas Edison)
  • • Məqsəd yoxdursa, heç nə edə bilməzsən.
    Məqsəd dəyərsizdirsə, böyük bir iş görə bilməzsən. (Deni Didro)
  • • Məqsədə gedən yolda çox qurbanlar vermək olar; məqsədin özündən başqa! (Əbu Turxan)
  • • Məqsədə yalnız o zaman çatmaq olar ki, vasitənin canına məqsədin öz təbiəti işləmiş olsun. (Lassal)
  • • Müxtəlif yollarla gedən insanlar bir yerdə işləyə bilməzlər. (Konfutsi)
  • • Nəhəng işlər nəhəng vasitələrlə həyata keçirilir. (A.İ.Gertsen)
  • • Öküzün gücü böyürməsinə görə yox, iş vaxtı üzə çıxır. (Rəsul Həmzətov)
  • • Öz eləyə biləcəkləri işi bizim görməyimizlə adamlara yardımçı ola bilmərik. (Avraam Linkoln)
  • • Ruzi yalnız elmlə əldə edilsəydi, cahildən pis yaşayan olmazdı. (Sədi Şirazi)
  • • Səbir ilə yaranar hər böyük zəfər. (Səməd Vurğun)
  • • Səbir və zaman güc və ehtirasdan daha böyük işlər görür. (Lafonten)
  • • Səhv etməkdən qorxan heç bir işə başlaya bilməz. (Əbu Turxan)
  • • Tənbəllər həmişə nə isə etmək niyyətində olurlar. (Vovenarq)
  • • Torpağa mərhəmət xeyirdir, inan
    Lütf etsən gül verər, zülm etsən – tikan. (Nizami Gəncəvi)
  • • Yalnız uduzulmuş hesab etdiyin işi qəti olaraq uduzursan. (Anatol Frans)
  • • Yarımçıq iş heç iş görməməkdən daha pisdir. (Əbu Turxan)
  • • Yarımçıqlar toplana bilmir. (Əbu Turxan)
  • • Zərif ağ ipək qara işlərdən (toxunuşdan) yaranır. (Mənsur Həllac)
Dostlarınla Paylaş

Saytda 78 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024