Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb
Bütün Aforizmlər
• Xatirə görüşün bir növüdür. (Cübran)
• Xoşbəxt olmanın ən zəmanətli yolu bir başqasını xoşbəxt etməkdir. (Oldos Haksli)
• Xəyal etdikləriniz sadəcə sizin xəyallarınız deyil; bütün dünya da sizin xəyal etdiklərinizi xəyal edər. (Nüaymə)
• Xoşbəxt son deyə bir şey yoxdur. Çünki bir şeydə son varsa orada xoşbəxtlik yoxdur (Fyodor Dostoyevski)
• Xoşbəxtlik xoşbəxtliyin özündə deyil, onu qazanmaqdadır. (Fyodor Dostoyevski)
• Xəyallarının ardınca qaç, bir gün mütləq yorulacaqlar! (Pol Oster)
• Xoşbəxt adamlar üçün ən uzun ömür də bir gün qədər qısadır, bədbəxtlər üçünsə bir gün də əzablı ömür qədər uzundur. (Lukian)
• Xeyirxah olmaq çətindir. (Pittak)
• XX əsrin ilk yarısını Türkiyə təyin etdi; XXI əsrin də ilk yarısını Türkiyənin gedişatı təyin edəcək. (Bill Klinton)
• Xoşbəxtliyin gözü kordur; yalnızlıq isə kar. Ona görədir biri büdrəyərək yeriyir, o biri yuxusunda da qışqırır. (Özdəmir Asaf)
• Xatirə bağçalarında üşümək isti idi. (Özdəmir Asaf)
• Xatırlamaq üçün bir yaddaşımız varkən, unutmaq üçün əlimizdə heç bir şeyin olmaması; Həyatın bizə etdiyi ən böyük kələyidir. (Murathan Mungan)
• Xarakter ağac isə, şan və şərəf o ağacın kölgəsi kimidir; biz həmişə kölgəni düşünürük halbuki gerçək olan ağacın özüdür. (Avraam Linkoln)
• Xidmətçi olmağı istəmədiyim kimi, xidmətçi istifadə etməyi də sevmirəm; mənim demokratiya anlayışım budur. (Avraam Linkoln)
• Xoşbəxtkən görməməzlikdən gəldiyin şeylər bədbəxtkən ürəyini qırar. Çünki unutma, İnsan səhvlərini xoşbəxtkən yox, bədbəxtkən anlar. (Anton Çexov)
• Xeyirxahlıq fəaliyyətdə olan gözəllikdir. (Jan Jak Russo)
• Xoşbəxtlik hər zaman arzudur - bədbəxtlik isə həmişə realdır. (Volter)
• Xəyal insan yaradıcılığının müqəddiməsi, yaradıcı aktın başlanğıcıdır. (Mejelaytis)
• Xoşbəxt adamın bədbəxtə ağıl verməsindən asan nə ola bilər. (Esxil)
• Xoşbəxtlik ən azı bir dəfə hər qapını döyür. (Uilyam Hezlitt)
• Xalqın özünə başçı seçə biləcəyi bir respublikanı götürsək pul, reklam və buna bənzər vasitələrlə dövlətin başında təlxəyi də oturtmaq olar. (Adolf Hitler)
• Xəyal qanadlarında uçan elm möcüzələr yaratmağa qadirdir. (Faradey)
• Xoşbəxt öz evində xoşbəxt olandır. (Lev Tolstoy)
• Xəyalda elə tərəf var ki, o, gerçəklikdən yaxşıdır; gerçəklikdə elə tərəf var ki, xəyaldan yaxşıdır. Tam xoşbəxtlik bunların ikisinin bir araya gətirilməsidir. (Lev Tolstoy)
• Xeyirxahlıq təbiidir, bədxahlıq isə sonradan özünə yer tapıb. (Lev Tolstoy)
• Xoşbəxt olmaq üçün xoşbəxtliyin mümkün olduğuna inanmaq lazımdır. (Lev Tolstoy)
• Xəbərdarlıq yolu ilə təhsil həm çox əmək istər həm də az işə yarayar. (Platon)
• Xeyirxah adamda paxıllıq hissi ola bilməz. (Platon)
• Xətt uzanıb sularda o tərəfə – uzaqlara gedirdi. Tuami yelkənin böyründən qabağa baxdı ki, görsün xəttin o biri qurtaracağında nə var, amma suyun parıltısı gözünü qamaşdırdı və o, qaranlıq xəttin sonu olub-olmadığını görə bilmədi. (Uilyam Qoldinq)
• Xatirə yazmaq, ölümün əlindən bir şey qurtarmaqdır. (Andre Jid)
• Xam düşüncələri ancaq ağıl bişirər. (Əbülqasım Firdovsi)
• Xalq, həyatın özüdür. (Əhməd Hamdi Tanpınar)
• Xalqı fəlsəfəsiz qoymaq məbədi kahinsiz qoymaq kimi bir şeydir. (Alber Kamyu)
• Xeyiri azaltmayın, kiçiltməyin, çünki onun kiçiyi də böyükdür, azı da çoxdur. (Əli bin Əbu Talib)
• Xainlərə vəfa etmək Allaha xəyanətdir. (Əli bin Əbu Talib)
• Xoşbəxtlik qapısını bağladığında, bir başqası açılar, amma biz bağlanan qapıya o qədər baxırıq ki, açılmış olan yeni qapını görmürük. (Qabriel Qarsia Markes)
• Xoşlandığınız şeyi əldə etməyə baxın, yoxsa əldə etdiyinizdən xoşlanmağa çətinlik çəkə bilərsiniz. (Corc Bernard Şou)
• Xalqın rəhbərliyə qatılmasında əhəmiyyətli bir vasitə olan münsif sistemi, eyni zamanda xalqın necə yaxşı idarə olunacağını vətəndaşlara öyrədər. (Aleksis de Tokvil)
• Xalq, xatırladıqlarımız qədər unutduqlarımızla meydana gələr. (Ernest Renan)
• Xalqın ən şücaətlisi öz nəfsinə qalib gələn şəxsdir. (Mühəmməd peyğəmbər (SƏS))
• Xalqa möhtac olmayın və ondan bir diş çöpü belə istəməyin. (Mühəmməd peyğəmbər (SƏS))
• Xəyal elmdən daha əhəmiyyətlidir, çünki elm məhduddur. (Albert Eynşteyn)
• Xöşbəxt olmaq istəyirsənsə, bir məqsədə bağlan; insanlara ya da əşyalara deyil. (Albert Eynşteyn)
• Xoşbəxtliyi dadmağın ən yaxşı yolu onu paylaşmaqdır. (Corc Bayron)
• Xoşbəxtliyin sirri, dünyanın qorxunc, qorxunc bir yer olduğu gerçəyiylə üzləşməkdir. (Bertran Rassel)
• Xoşbəxtlik hissini yalnız müdriklər keçirə bilər. (Plavt)
• Xəsis öz sərvətinin ağası deyil, sərvət onun ağasıdır. (Bion)
• Xalq musiqisinə sırf qoruyuculuq baxımından yanaşanda o, muzey eksponatına çevirir. (Qara Qarayev)
• Xoşbəxtlik maddi sevinclərdən ibarət olsaydı, çayıra qaçan öküzləri xoşbəxt saymaq lazım idi. (Heraklit)
• Xalq qanun yolunda öz yaşadığı qala divarları uğrunda vuruşduğu kimi vuruşmalıdır. (Heraklit)
• Xəlqə ağzın sirrini hərdəm qılır izhar-i söz Bu nə sirdir ki olur hər ləhzə yoxdan var söz. (Füzuli)
• Xoşbəxt adam özünü xoşbəxt hesab edən adamdır. (Fildinq)
• Xaos məni heyran edir. Əslində mən pulları belə qazanıram: maliyyə bazarlarında baş verən inqilabi tərəqqini dərk etməyə, başa düşməyə çalışıram. (Corc Soros)
• Xatirələr həyatı gözəlləşdirə bilərlər, amma həyatda ayaq üstə dura bilməyimizin səbəbi unutqanlığımızdır. (Onore de Balzak)
• Xudpərəst adama özündən başqa heç kəs fikir vermir. (Ezop)
• Xoşbəxtlik yaxşı bir sağlamlıq və pis bir yaddaşdan başqa bir şey deyil. (Albert Şveytser)
• Xoşbəxtlik bizdə olmadığı halda, başqalarına verə biləcəyimiz tək şeydir. (Albert Şveytser)
• Xəstəlik törədən amilləri sən Çalış ki, özündən kənar edəsən Uzaq ol dərmandan, acmamış yemə Doymamış əlini götür süfrədən. (Əbdürrəhman Cami)
• Xalis, hüdudsuz zəka elə ilahiyyatın özüdür. (Georq Vilhelm Fridrix Hegel)
• Xalq gərək daim öz kökünü xatırlasın. (Heydər Əliyev)
• Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır. (Heydər Əliyev)
• Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür. (Heydər Əliyev)
• Xalq ayağa qalxanda necə də amansız olur. O, öz yolunda heç nəyə rəhm etmir, heç kəsin kömək çağırışlarını eşitmir, darda olan heç kəsə yardım etmir. (Müəmmər əl-Qəzzafi)
• Xəyal edərəm. Bəzən ediləcək tək düzgün şeyin bu olduğunu düşünürəm. (Haruki Murakami)
• Xatirələr səni içindən isidən şeylər olduğu kimi, eyni zamanda, gözlərindən çölə ağladan şeylərdir. (Haruki Murakami)
• Xəyallarınızı itirdiyiniz an həyatınızın sonu gəlmiş deməkdir. (Mark Tven)
• Xəsis həmişə ehtiyac içində yaşayır. (Horatsi)
• Xoşbəxt insanlar; Hər şeyin ən yaxşısına sahib olanlar deyil, Sahib olduqlarını itirməyəcək qədər çox sevənlərdir. (Çarlz Bukovski)
• Xidmətçim belə olsa, səhvlərimi düzəldən əfəndim olar. (İohann Volfqanq Göte)
• Xəstəlikli bir cəmiyyətə uyğunlaşmaq, sağlam olmaq deyil. (İohann Volfqanq Göte)
• Xoş göz yaşları olanların halına!. (İohann Volfqanq Göte)
• Xəsis adam kasıb yaşayır ki, öləndə varlı ölsün. (Helvetsi)
• Xoşbəxtlik... bacara bilmənin keyfindən, yaradıcı çalışmanın həyəcanından törəyir. (Vinsent van Qoq)
• Xarakter insanın öz üzərində, istedad isə – başqaları üzərində hakim olmasıdır. (V.O. Klüçevski)
• Xoşbəxt ola bilmək üçün istədiyimizə nail olmalıyıq, istədiyimizə nail olmaq üçünsə səbirli olmalıyıq. (Henrik İbsen)
• Xoşbəxtliyə də azadlıq vermək lazımdır. (Əbu Turxan)
• Xoşbəxtlikdən ikiəlli yapışsan, fürsət düşən kimi səni tərk edəcək. (Əbu Turxan)
• Xoşbəxtlik indiki gerçəyin keçmişin arzularına uyğun gəlməsidir. (Əbu Turxan)
• Xoşbəxt o adamdır ki, xoşbəxtlik axtarmağa ehtiyacı yoxdur. (Əbu Turxan)
• Xarakter insanın azadlığı üçün təbii qəfəsdir; hər bir insan ancaq bu qəfəs çərçivəsində yaşaya bilər. (Əbu Turxan)
• Xəyanət insanın öz öhdəliklərini unutmasıdır. (Əbu Turxan)
• Xəyanət andın pozulmasıdır. (Əbu Turxan)
• Xalqın içində olmaq hələ xalqla olmaq deyil. (Əbu Turxan)
• Xalqı millətə çevirən dövlətçilik şüurudur. (Əbu Turxan)
• Xarici aləm əqllə, daxili aləm imanla işıqlanır. (Əbu Turxan)
• Xoşbəxtlik uzun sürməz. Mütləq gündəlikdir. Ölümə məğlub olan, əslində qorxuya məğlub olmuşdur. (Attila İlhan)
• Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur. (Əbül Fərəc)
• Xüsusi ümumidən hasil olduğu kimi, Vətənə məhəbbət də bəşəriyyətə məhəbbətdən hasil olmalıdır. (Vissarion Belinski)
• Xoşbəxt olmağın yolunu, qarşıdakını xoşbəxt etmək sanırdıq. Yanıldıq! Çünki nə qədər xoşbəxt etdiksə, o qədər tək qaldıq. (Camal Sürəya)
• Xatırlanan Keçmiş, Zamandan Məhrumdur. Bir Eşqi, Bir Kitabı Yeni Başdan Oxucu Ya Da Filmi Təkrar Seyr edər Kimi Yenidən Yaşaya bilməzsiniz. (Milan Kundera)
• Xoşbəxt olduğumuz üçün gülmərik. Güldüyümüz üçün xoşbəxtdik. (Vilyam Ceyms)
• Xoşbəxtliyin haqqını göz yaşlarıyla vermək lazımdır. (Edit Piaf)
• Xoşbəxtmi olmaq istəyirsən? Kimsədən bir şey gözləmə. (Bob Marli)
• Xeyir, xəyal ilə yoxdur mənim alış-verişim; İnan ki, hər nə demişsəm, görüb də söyləmişim. Budur cahanda mənim ən bəyəndiyim məslək; Sözüm odun kimi olsun, həqiqət olsun tək! (Mehmet Akif Ərsoy)
• Xoşbəxtliyi daxilində tapmaq çətindir, kənarda isə o sadəcə olaraq yoxdur. (Nikola Şamfor)